Mövzu İtaliyada beynəlxalq turizmin coğrafiyası plan: İtaliyanı turizm-rekreasiya potensialı


Florensiya və Mərkəzi İtaliyanın şimal hissəsinin turizm bölgəsi



Yüklə 288,32 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix16.12.2023
ölçüsü288,32 Kb.
#181505
1   2   3   4   5
BTC-movzu8

Florensiya və Mərkəzi İtaliyanın şimal hissəsinin turizm bölgəsi. 
İntibah dövrünün nadir rəsm 
əsərləri və memarlıq abidələri ilə zəngin olduğu üçün, Florensiyanı haqlı olaraq muzey-şəhər adlandırırlar. 
Leonardo da Vinçi, Mikelancelo, Qaliley kimi məşhur rəssam və alimlərin həyat və fəaliyyəti bu şəhərlə bağlı 
olmuşdur. Santa-Mariya-del-Fiore kilsəsi (XIII-XV əsrlər), San-Covanni baptist məbədi (XI-XIII əsrlər), 
Mikelancelonun "David" heykəli, Santa-Trinita kilsəsi (XIII-XIV əsrlər) şəhərin görkəmli yerlərindəndir. Santa-
Mariya Novella, San-Lorenso, Mikelancelonun məzarı yerləşən Santa-Kroçe, San-Marko muzey-monastırı, 
Podesta saray-muzeyi, Mediçi-Rikardo və s. misilsiz memarlıq abidələridir. Şəhərin muzeyləri, xüsusilə də 
Uffisa rəsm qalereyası incəsənət yerləşən Adriatika Rivyerası, Nravennadan-Kattolikayadək sahəni tutur. 
Adriatika və Liqur Rivyeralarında yay isti və günəşli keçir. Liqur sahillərində payız nisbətən tez girir. 
Adriatika Rivyerasmda Ravenna, Çerviya, Çezenatiko, Rimini, Kattolika kimi sahil kurortları fəaliyyət 
göstərir. Rimini kurortunun yaxınlığından, hələ Sezar dövründən məlum olan Rubikön adlı kiçik çay axırdı 
(hazırda qurumuşdur). 
Bu turist bölgəsinin qərbində, Tirren dənizinin şimal hissəsində əlverişli iqlimi və qumlu çimərlikləri 
olan Elba adası yerləşir. 3 may 1814-cü ildən - 26 fevral 1815-ci ilədək Fransa imperatoru Napoleon taxt-tacdan 
birinci dəfə məhrum edildiyi dövrdə burada sürgündə yaşamışdır. 
Lombardiya turizm bölgəsi. 
Bu turizm bölgəsi Alp dağlarının ətəklərindən Po çayına qədər olan bütün 
Lombardiya vilayətini əhatə edir. Vilayətin baş şəhəri olan Milan, ölkənin iri sənaye və mədəniyyət mərkəzidir. 
Şəhər özünün çoxsaylı tarixi-memarlıq abidələri, muzey və teatrları ilə turistləri cəlb edir. İtalyan 
memarlığının nadir abidələrindən olan möhtəşəm, qotik üslubda ağ mərmərdən tikilmiş Kafedral kilsə (XIV-
XIX əsrlər), həmçinin Santa-Mariya-della-Qratsiya qəsri (XV əsr) bu şəhərdə yerləşir. Qalereyaları arasında 
Brera bədii qalereyası (XVII əsr) xüsusilə seçilir. Bütün dünyada məşhur "La Skala" opera teatrı Milandadır. 
Azərbaycanın məşhur müğənnilərindən Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov və b. müğənnilik 
sənətini "La Skala" da daha da təkmilləşdirmişlər. Lombardiyamn mənzərəli gölləri olan Komo, Luqano, Loqo-
Macoro, İzeo geniş tanınır. Bu göllərin sahillərində və adalarda dəbdəbəli kurortlar vardır. Laqo-Macore və 
Komo gölləri sahillərində daha çox kurort fəaliyyət göstərir. 

Yüklə 288,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin