Mövzu Kimyəvi silahlar və onlardan qorunma üsulları. 1-ci tədris sualı. Kimyəvi silah haqqında məlumat. Kimyəvi silahlar



Yüklə 56 Kb.
səhifə3/20
tarix31.03.2022
ölçüsü56 Kb.
#54489
1   2   3   4   5   6   7   8   9   ...   20
M-8

1. SİNİR İFLİCEDİCİ ZM

Zarin – metilflorfosfon turşusunun flüoranhidridinin izopropil efiridir.



Zarin –adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır.

Zarinin zədələyici əlamətləri: göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir.

Deqazasiya - xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur. Qızdırdıqda və ya parlaq işıqlandıran zaman parçalanaraq O2 və Cl2 qazları əmələ gəldiyi üçün preparatı qaranlıq və sərin yerdə saxlamaq lazımdır. Turşular (hətta karbonat turşusu) xlorlu əhəngi Cl2O ayrılmaqla parçalayırlar: 2CaCl(OCl) + CO2 = CaCl2 + CaCO3 + Cl2O

Zoman – (metilflorfosfin turşusunun pinakolin efirdir) rəngsiz, zəif kamfora iyi verən mayedir. Sıxlığı 1,02 q/sm3, qaynama temperaturu 2000 C, donma temperaturu mənfi 800 C-dir. Suda həll olmur, üzvi həlledicilərdə isə yaxşı həll olur. Toksiki xassələrinə görə zoman zarindən güclüdür, onun buxarları zarin buxarlarından 3-4 dəfə çox toksikdir. Maye - damla halında isə zarindən 15-20 dəfə toksikdir. Zoman öz zəhərləyici xassələrini su tutumlarında 2,5 ayadək saxlayır. Zəhərlənmənin ilkin əlamətləri – göz bəbəklərinin daralması (mioz), bronx tutmaları, ağız suyu və tər ifrazının artması, ürək döyüntülərinin qısamüddətli şiddətlənib, sonra isə sakitləşməsini göstərmək olar.

İlk yardım: Zoman buxarları ilə zəhərlənmiş adama əleyhqaz geydirib zəhərli zonadan çıxarmaq lazımdır. Əgər tibbi preparatlar varsa, zərərçəkənə antidot (zəhərlənməyə qarşı həblər) vermək lazımdır. Zoman damcıları geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya fərdi kimyəvi paketdə olan polideqazasiya mayesi ilə təmizləmək lazımdır. Bundan sonra zəhərlənmiş şəxsi yaxınlıqdakı tibb məntəqəsinə çatdırmaq lazımdır.


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin