Bu konnektorlar da tək tərəfli qoşulmadır. Yəni qoşulacaqları yuvaya uyğun olaraq yuxarı küncləri kəsik formadadır. Tərs qoşulma mümkün deyil. SATA sərt diskləri və SATA CD/DVDdisk sürücülər “SATA Power connector” vasitəsi ilə qoşularlar.
Qoşulmaya diqqətlə baxdığımızda konnektorun sağ tərəfində porta uyğun boşluq olduğunu görərik. Bu da tərs qoşulmanın qarşısını alır.
PCI e genişləmə yuvasına qoşulan və əlavə enerji ehtiyacı olan qrafik kartlar üçün 6 və ya 8 pinli konnektorlar nəzərdə tutulmuşdur.
Floppy disk sürücüləri 4 pin xüsusi qoşulma istifadə edir.
Bütün bu qoşulmalardan başqa konnektor çeviriciləri də vardır. Çeviricilər ən çox Molex qoşulmanı SATA qoşulmaya çevirmək üçün istifadə olur. Sistem bloku fanları (soyutma) üçün də Molex qoşulma 3 pinli fan qoşulmaya çevrilə bilir.
Cooler : Qurğuları soyutmaq üçündür. Kompüterin çox istilik ayıran elektron komponentlərinin -sistem blokun, prosessorun, videokartın , çiplərin, qida blokunun üzərinə qoyulur. CPU – nun cooleri mütləq ana plataya qoşulmalıdır. Səbəbi sistemin istiliyinə nəzarət etməkdir. İstilik ayıran qurğunun üzərinə radiator quraşdırılır. İstilik ayıran qurğunun və radiatorun təmas yerlərinə termointerfeys qatları sürtülür. Radiator üzərinə havanı radiatora tərəf ötürən ventilyator bağlanır.
KVM Switch :KVM Switch ( Klaviatura, Video, Mouse sözlərininin baş hərflərini ifadə edir) birdən çox kompüterin tək bir klaviatura, monitor və mouse vasitəsi ilə idarə edilməsini təmin edən təchizat cihazıdır. Hazırda 64 kompüterin idarə olunmasına imkan verən KVM Switch modelləri mövcuddur. KVM
Switchlər ümumiyyətlə Analoq və Digital (IP) olmaq üzrə iki qrup olur.
TV Tuner : Müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur. İnternal TV
Tunerlər PCİ slotuna, external isə USB portuna qoşulur. Analoq TV Tunerlər artıq istehsaldan çıxmışlar, onları indi Hibrid TV Tunerlər əvəz etmişdir ki, bunlar həm analoq həm də rəqəmsal yayıma imkan verir