İnvestisiya layihəsində sualların işlənməsi maliyyə fəaliyyəti ilə bağlıdır.Bu zaman layəhəçilərin nəzərindən problemin məkan ,ərizə aspektrləri yayınır.
İnvestisiya təhlilinə aşağıdakılar daxildir:
Müəssisənin kapitalının orta qiymətinin dəyəri. Kapitalın orta qiyməti baxılan obyektdə investisiyanın qiymətindən və müəssisənin cari andakı qiymətindən asılıdır:
Şəxsi və borc alınan vəsaitlər;
Məhsulun bir vahidinə işlənmiş nisbi və daimi xərclər.
Kapitalın quruluşu onun mənbələri ilə xarakterizə olunur:
İstiqraz vəsaitləri;
Şəxsi kapital
Gəlir (şəxsi vəsait fondlarından və paylanmış gəlirlər)
Borc vəsaitlərinin qiyməti (KP) (bankların krediti,kredit borclar) aşağıdakı düstur ilə təyin olunur:
KP = b • h
b-kredit üzrə faizin dərəcəsi;
h-bu qiymətləri alan əmsal ;
Paylaşdırılmamış gəlir investisiyasının və müəssisənin inkişafında istifadə edilir.Paylaşdırılmamış gəlirin qiyməti aşağıdakı kimi təyin olunur:
K2 = (g+ D2 ) / (S+ H1 );
K3 =D1 / ( P1•(1+k+k1).
D2 - dividentlərin cəmi;
S - satışdan yığılan aksiyaların nisbəti;
H1 - paylanmış gəlir;
g - gəlirin artma tempi;
P1 – paylanmamış gəlir ;
D1 – aksionerlərə əlavə verilən dividentlərin miqdarı;
k – gəlirin orta bazar faizi;
k1 – düzəlmiş əmsal ;
İnsafilyasiya təsirini nəzərə alan istənilən maliyyə aktivinin ( S ) qiyməti ,gəlirin P səviyyəsində D gəlirlər, Nillərin sayı olduqda bu düstur ilə hesablanır:
S=
Kapitalın müxtəlif tərkib hissəsinin dəyəri və onun ümumi qiymətinin təyin edilməsi orta qiymətə görə paylanmanın (DP) gəlirini təyin etməyə imkan verir.Yəni,vəsaitlərin ümumi məbləğı,şəxsi və kənardan cəlb edilən kapitalın məbləğinə bərabərdir.
kənardan gələn kapitalın istifadəsinə görə xərclənmiş %-lər;
Bu məbləğ xərci çıxarılmış gəlir ilə ölçülür ( gəlirdən vergini çıxmaq ilə).İqtisadçıların təklifi ilə müəssisənin qiyməti (S2) belə təyin olunur.
S2 = D* P/CK
CK kapitalın orta qiymətidir.
Biznesin qiyməti (S3) aşağıdakı nisbət ilə təyin edilir: təmiz gəlir (P) və kapitalın orta qiyməti ilə (CK) :
S3 = P/CK
Burada :
Təmiz gəlir kapital nöqteyi nəzərindən gəlirin mütləq göstəricisinə uyğun olan hissəsidir.Bu isə vəsaitlərin ümumi cəminə bərabərdir.
Güman olunan investisiya obyektinin keyfiyyətlərinin dəyərlənməsi (səmərəliyinin bir sıra meyar göstəricilərinə görə isə rentabelliyi və ödəmə müddətini xarakterizə edir.Yəni, investisiya obyektinin investisiya portfelinə salınmasının məqsədəuyğunluğunun nəticəvi qiymətidir.
İnvestisiya təhlilinin ümumi prinsipləri müəssisələrin qiymətlərinin,kapitalın qiymətinin və onun fəaliyyətinin göstəricilərinin gözlənilən göstəricilər ilə müqayisəsi aşağıdakıları əldə etməyə imkan verir:
Müəssisənin iqtisadi və istehsal artımına imkan verir;
Müəssisənin yüksək imicinin formalaşdırılmasına imkan verir;
İnvestisiya fəaliyyətinin dövlət dəstəyini alırlar.
Konkret investisiyalaşdırılmış layihələrin bir-birindən kifayət qədər fərqli olmalarına baxmayaraq onlara prinsipial qiymət nəzərindən baxılarsa,onda biz onlar arasında bir çox bağlılıqların olduğunu asanlıqla görə bilərik.
İnvestisiyalaşdırılmış layihələrdə səmərəliyin qiymətləndirilməsini 3 dəqiq qrupa bölmək olar:
1.Metodoloji.Bu daha çox işin konseptual tərəfinı aid edilir.
2. Metodiki.Bu bilavasitə layihə ilə əlaqədardır.Burada layihənin iqtisadiyyatı və maliyyələşməsi nəzərdə tutulur.
3.Əməliyyatlaşdırılmış.Burada informasiya və hesablama əməliyyatlarının asanlaşmasına nəzər yetirilir.
Metodoloji prinsiplər - Bu halda layihənin səmərəliliyi adətən elə xarakterizə olunur ki,layihənin səmərəli realizə olunması üçün məcmuu əldə olunan gəlirlər xərcləri üstələməlidir.Belə olan halda ən səmərəli lahiyədən danışmaq olar.Belə ki,bir neçə alternativ layihədən ən maksimal səmərəli olunanı həyata keçirmək lazımdır.
Nəticə və xərclər “layihəli” və “layihəsiz “ vəziyyətlərin qarşılaşdırılması əsasında müəyyən edilməlidirlər.Layihə təhlilinin təbiəti layihələrin daha bir təsnifatını nəzərdə tutur.
Layihə artıq fəaliyyətdə olan obyektə tətbiq oluna bilər.Belə olan halda , yeni layihənin hal-hazırda fəaliyyət göstərərək müəssisəyə aid olduğu təsir aspektrlərinə nəzər yetirmək lazımdır.Bəzən belə vəziyyəti “layihə - müəssisədən” fərqli olaraq “müəssisə - layihə” adlandırırlar.Layihənin düzgün seçilməsi və onun gələcək həyatındakı vəziyyəti düzgün proqnozlaşdırılmasına və effektiv qiymətləndirilməsinə görə onlara “layihəli” və “layihəsiz” olaraq baxırlar.
Layihənin işə salınması nəticə etibarı ilə müəssisənin fəaliyyətinə aşağıdakı formalarda təsir göstərə bilər:
İstehsalın artması ;
İstehsalatın stabilləşməsi;
İstehsalatın aşağı düşməsinin ləngidilməsi.
Metodiki prinsiplər - Bu prinsip layihənin xüsusiyyətini və onun əhatə dairəsini – konkret göstəricilərin səmərəliliyinin mahiyyətini,onların strukturunu və sintezini təyin edir.Bu halda qüvvədə olan təşkilatı – iqtisadi mexanizmin xüsusiyyətlərini və onların müxtəlif iştirakçılarının layihə variantlarına təsir qiymətini nəzərə almaq lazımdır.Bütün iştirakçıların marağını kompromis şəkildə həyata keçirmək lazımdır.İnvestisiya proseslərinin bir neçə iştirakçılarının olması onların maraqlarının üst- üstə düşməsinə səbəb ola bilər.Bu onunla əlaqədardır ki, bir neçə iştirakçı layihənin müxtəlif variantlarını irəlicədən müxtəlif prioritetləri olmasına görə müəyyən edə bilər.
Ona görədə , layihənin hər bir iştirakçısının ( dövlət,firma , bank və s) mövqeyi səmərəlilik nöqteyi nəzərincə gözdən keçirilməlidir.Bu zaman onların nəinki mövqeyi,həmçinin ilkin parametrləri və metodları, həm də ,nəticələrinin qiymətləndirilməsi müxtəlif ola bilər.
Bununla belə qeyd etmək lazımdır ki, bazar və keçid iqtisadiyyatında (mərkəzləşdirilmiş plan iqtisadiyyatından fərqli olaraq) layihədə iştirak edən investora əmr etmək olmaz.Belə ki, o layihədə o vaxtı iştirak edəcək ki,layihə investor üçün sərfəli olsun.Buna görədə layihədə müxtəlif növ səmərəlilikləri nəzərə almaq lazım gəlir.
Layihənin reallaşması ilə bağlı proseslərin dinamikliliyi göstərir ki,layihıyə daxil olan obyektlərin strukturu və xarakteristikası zamandan asılı olaraq dəyişir.
Həmçinin xərclərinin həcmi bu sahədə mütəhərrik olur.Bununla yanaşı,layihənin realizasının keçid dövrü zamanı ümumi struktura infilyasiyanın təsiri olur.Bunu da nəzərə almaq üçün müxtəlif metodlardan istifadə edilir.Bu zaman metodik məsləhətlər vasitəsi ilə,layihənin bazis qiymətləri və bu qiymətlərin gələcəkdə dəyişmə proqnozu hesablanır.Qiymətləndirmə nəzərindən layihənin realizə olunması və onun səmərəliliyi layihənin bütün ömrü boyu dinamiki göstəricilərində özünü göstərir.Yəni, obyektlərin həyata keçməsi üçün lazımi maliyyə ehtiyatlarının olması gələcəkdə götürülmüş kreditlərin ödənilməsi üçün çox zəruridir.
Qeyri- bərabər qiymətləndirmə - yalnız infilyasiyaya görə yox,həmdə gələcəkdə istehsalın sıfıra enməsi və sairəyə görə aparılır.Buna görə də hal-hazırki 1 manat bir il sonrakı bir manatdan fərqlənir.Buna görə də pul axını xərclərini cəmləşdirəndə nəticəni eyni vaxta gətirmək lazımdır.Bu adətən müəyyən pul axınının cəmi əmsala çevirilərək müəyyən olunur və həmin əmsal azalma xərclərinin nəticələri ilə zaman görə uyğunlaşdırılır.Razılaşdırılama qaydaları prinsipi ilə - qiymətləndirəndə layihənin səmərəliliyini artırmaq üçün aşağıdakı şərtlər nəzərə alınmalıdır:İerarxiya,zaman,məqsad,quruluş və s.
Quruluşa görə razılaşma qaydaları aşağıdakı kimi olur:yaxşı quruluşlu,zəif və səmərəsiz.Bu şərtlərə görə quruluşlar formalaşdırılan və formalaşmayan olur.Bundan başqa qiymətlər haqqında yenilikləri izləmək lazımdır.