Mövsümi işsizlik müəyyən sahələrin: il ərzində əməyə tələbin kəskin dəyişildiyi kənd təsərrüfatı, tikinti, ov və balıq ovu və s. istehsal həcmində mövsümi tərəddüdlərlə şərtlənir. Əməyə tələbdə mövsümi tərəddüdlər, bir qayda olaraq, istehsal prosesinin ritminin xüsusiyyətləri ilə müəyyənləşirlər. Buna görə də mövsümi işsizliyin ölçüləri ümumi şəkildə proqnozlaşdırıla və işə götürənlə işçi arasında müqavilə bağlananda nəzərə alına bilər.
Tsiklik işsizlik. Onun əsasını iqtisadi tənəzzüi və tələbin qənaətbəxş olmaması ilə əlaqədar məhsul istehsalı və məşğulluğun həcmindəki tsiklik dəyişikliklər təşkil edir. Tsiklik işsizlik real ÜMM-in azalması və iş qüvvəsinin bir qisminin azad olunması ilə əlaqədardır ki, bu da işsizlərin sayının artmasına səbəb olur. Bir də həqiqi (real) və saxta işsizliyi fərqləndirmək lazımdır. Birinci halda adam əmək qabiliyyətinə malikdir və işləmək istəyir, lakin əmək bazarında yaranmış vəziyyətə görə iş tapa bilmir. Ikincisi bu və ya digər səbəblərdən əmək fəaliyyəti ilə məşğul olmaq istəməyənləri səciyyələndirir. İşsizlik aşkar və gizli, uzunmüddətli və qısamüddətli ola bilər. Uzunmüddətli işsizliyə tsiklik və struktur, qısamüddətliyə isə mövsümi və friksion işsizlik aiddir.
BƏT-nın qiymətləndirmələrinə görə, gizli işsizliyin miqyası aşkar işsizliyin miqyasmdan xeyli çoxdur.
Könüllü işsizlik onunla şərtlənir ki, işçilərin müəyyən qismi bu və ya digər səbəbdən (kollektiv müqaviləyə müvafiq olaraq və ya öz iş qüvvəsini daha yaxşı əmək şəraitli və ödənişli, daha əlvərişli tətbiq etmək məqsədilə ) əmək bazarına çıxır və «könüllü» işsiz olur. Bundan başqa, əmək bazarmm təhlili zamanı təkrar (dövri) işsizlik və iş tapmağa ümidini itirib birdəfəlik iş qüvvəsi sırasından çıxan şəxsləri nəzərdə tutan durğunluq işsizliyi kimi hadisələri nəzərə almaq lazımdır.
Müddətinə görə durğunluq və axar işsizliklər fərqləndirilir. İşsizliyin müddəti iş yerinin itirilməsi ilə yeni iş yerində işə düzəlmək arasındakı zaman kəsiyi ilə ölçülür.
Işsizliyin axar forması işçinin müəssisədən öz istəyi və müdiriyyətin təşəbbüsü ilə işdən getməsi ilə səciyyələnir. İşdən getmənin səbəbləri olduqca müxtəlif olub, həm obyektiv, həm də subyektiv səciyyə daşıyır. Keçid dövründə işçilərin öz istəkləri ilə işdən getməsinə səbəb müəssisələrin maliyyə vəziyyəti, onun ölçüləri (kiçik, böyük), mülkiyyət forması (dövlət, özəlləşdirilmiş, xüsusi şəxslər tərəfindən alınmış) olmuşdu. Işdən çıxarılma və ixtisara salınmaq səbəbindən işdən çıxarılma əmsalı özəlləşdirilmiş müəssisələrdə xüsusi və dövlət müəssisələrinə nisbətən daha böyükdür. Ümumi və qeydə alınan işsizliklərin üst-üstə düşməməsi transformasiya olunan iqtisadiyyatlarda formalaşan əmək bazarmm səciyyəvi xüsusiyyətidir. Belə ki, Rusiyada işsizliyin müxtəlif növlərinin qeydə alınması formal olaraq tanınsa da, praktikada əmək bazarının vəziyyətinin qiymətləndirilməsində, böhranlı regionların üzə çıxarılmasında, məşğulluq siyasətinin işlənib hazırlanmasmda və işsizlərin əmək bazarına adaptasiyasında əsas oriyentir kimi qeydə alınmış və ya rəsmi adlandırılan işsizliyin səviyyəsi götürülür.
Beləliklə, qeydə alınan işsizlik haqqında vərilənlər heç də həmişə işsizliyin əsl miqyasının, hətta onun inkişaf tendensiyasınm göstəricisi qismində çıxış edə bilməz. Iş qüvvəsinin tədqiqi vasitəsilə aşkarlanan işsizlik parametrlərində də real vəziyyətin xeyli təhrif olunmasına yer qalır. Bununla belə, ümumi işsizliyin göstəricisinə xas olan təhriflərin özünəməxsusluğu belə dir ki, onlar nisbətən sabitdir və konyunktura amillərinin təsiri altında tərəddüdlərə daha az meyillidirlər
Kütlavi işsizlik ən kəskin sosial-iqtisadi problemlərdən biridir və cəmiyyətin və insanlar arasında sivil münasibətlərin mövcudluğu üçün real təhlükədir.
Region işsizliyi həmin ərazidə iş qüvvəsinə tələblə onun təklifi arasında nisbətin pozulması nəticəsində yaranır. O, ərazilərin qeyri-bərabər iqtisadi inkişafının təsiri altında formalaşır, demoqrafik, tarixi, mədəni və başqa spesifik amillərin təsirinə məruz qalır.
• Ocaqvari işsizlik - işsizliyin regional differensiasiyası əmək bazarında vəziyyətin region daxilində yekrəng olmaması ilə güclənir.. Region daxilində işsizliyin differensiasiyası hərdən on və daha artıq səviyyəyə çatır. Işsizlik müəyyən regionlarda kifayət qədər möhkəm kök atır və kənardan müdaxilə olmazsa, praktik olaraq aradan qaldırıla bilmir. Ocaqvari işsizliyin formalaşmasma rəvac vərən əsas amilləri göstərmək olar:
• bir çox şəhər və rayonların monosahə ixtisaslaşması;
• əhalinin yüksək nəqliyyat xərcləri və yaşayış yerlərinin qiymətindən irəli gələn aşağı ərazi mobilliyi;
• iqtisadi dəyişikliklərin aparılmasına region hakimiyyətlərinin fərqli yanaşmaları;
• miqrasiya proqramlarma həvəsləndirmənin əksinə olaraq dövlət maliyyə dəstəyinin gərginliyin zəiflədilməsinə yönəldilməsi.