Neoklassik və neokeynsçi tsikl nəzəriyyəsi
Neoklassiklər və neokeynsçilər həmrəydilər ki, tsikliklik mexanizminin
fundamental səbəblərindən biri kapital ehtiyatının təkrar istehsal şəraitlərinə
uyğunlaşmasıdır ki, həmin şəraitlərin özləri də bu uyğunlaşmanın təsiri altında və
gedişində dəyişilirlər. Güman edilir ki, bir tərəfdən, hər il təkrar istehsal olunan
dəyərin həcmi (axını) və digər tərəfdən, onun həmin an üçün yığılmış ehtiyatı
arasında hansısa normal və ya tarazlı nisbət mövcuddur. Bu tarazlı nisbət po-
zulmayıncaya qədər tsiklik artıb-azalmalar ola bilməz. Və əksinə, bir halda ki, bu
dəyişmələr, faktiki axın/ehtiyat nisbəti normal kəmiyyətdən gah bu, gah da digər
tərəfə meyillənir, özü də həm istehsal, həm də kapital artıb-azalmaları baş verir.
Kapitalla manevr etmək sanki daim əldən sürüşüb çıxan məqsədə - illik təkrar
istehsalın həcmi ilə müqayisədə normal kəmiyyətə çatmağı güdür.