Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


Mövzu5.Audit yoxlamasının təşkili.Auditor rəyinin hazırlanması



Yüklə 465,1 Kb.
səhifə26/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   22   23   24   25   26   27   28   29   ...   82
Audit yeni

Mövzu5.Audit yoxlamasının təşkili.Auditor rəyinin hazırlanması.

Plan:

1.Auditor yoxlamalarının təşkili

2.Auditor yoxlamalarının mərhələləri


3.Auditin metodları
4. Auditorun, auditor təşkilatlarının və sifarişçilərin

vəzifələri, hüquqları və məsuliyyətləri

5.Auditor rəyləri


Ədəbiyyat:
1.C.Namazova; R.Kazımov “Praktiki audit” 2012;
2. C.Namazova “Audit” 2012
3. F.Ş.Hacıyev, Ş.H.Əliyev “Audit” 2011
4. Q.Rzayev “Mühasibat uçotu və audit” 2009
5. R.S.Hacıyev, S.M.Səbzəliyev, “Auditin əsasları” 2004
6. “Auditor xidməti haqqında” Azərbaycan Respubliaksının qanunu, B 1994
7. Azərbaycan Repsublikasının “Auditorlar Palatası haqqında” əsasnaməsi , B1995

1.Auditor yoxlamalarının təşkili


"Auditor fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq auditor (auditor təşkilatı) ilə sifarişçi arasında münasibət müqavilə əsasında qurulur («Auditin aparılmasına dair müqavilə» ASİÜS 020/ 029).
İlkin mərhələ təsərrüfat subyektinin auditor yoxlamasının aparılması ilə əlaqədar müraciət etməsi ilə başlanır. Müqaviləni bağlamazdan əvvəl auditorun sifarişçinin fəaliyyətinin xarakteri haqda bilikləri olmalıdır. Bunun üçün auditor müqavilə qabağı tədqiqat aparır. Auditor (auditor təşkilatının əməkdaşı) sənədləşmə ilə ümumi tanışlıq məqsədi ilə sifarişçi təşkilata gedir. Daha dərin tədqiqat məqsədi ilə müştəriyə müqaviləqabağı test-sorğunun doldurulması təklif oluna bilər:
MÜQAVİLƏQABAĞI TEST-SORĞU

  1. Sifarişçi-təşkilatın tam adı.

  2. Ünvan _________________

  3. Bank rekvizitləri

  4. Rəhbərin soyadı, adı, vəzifəsi, tel.

  5. Mühasibat uçotu üzrə məsul şəxsin soyadı, adı, tel. ______

  6. Auditin aparılması müddəti “ ______ ” __________ 201. ___- cı ildən “ ____ ” __________ 201. ___ -ci ilədək

  7. Təsərrüfat subyektinin mülkiyyət və təşkilati-hüquqi forması

  8. Hansı vaxtdan fəaliyyət göstərir ________________________

  9. Yoxlanılacaq dövrdə təşkilatın fəaliyyət növü _____________

  10. Törəmə və digər müştərək müəssisənin mövcudluğu, onların hüquqi statusu.

  11. Qalan məsələləri auditor təşkilatı (auditor) müəyyən edir. Belə test təşkilatın mühasibi tərəfindən doldurulur.

Auditin aparılması haqda müqavilə sənədlə təsdiqlənir. Auditin aparılması ilə əlaqədar müqavilənin müfəssəl məzmunu konkret situasiyadan asılı olaraq fərqlənir, lakin bir sıra məqamlar vardır ki, istənilən halda müqavilədə öz əksini tapmalıdır:

    • auditlə əlaqədar lazım olan istənilən yazılışların, sənədlərin və digər informa siyalarm əldə edilməsinin mümkünlüyü;

    • auditora informasiyaların tam təqdim olunması və ya təqdim olunmamasına görə yoxlanılan müəssisənin rəhbərliyinin məsuliyyəti;

    • yoxlamanın ciddiliyi və auditə məxsus digər məhdudiyyətlərlə əlaqədar hər hansı nöqsanların aşkar edilməsinin mümkünlüyü və ya ehtimalına aid qeyd;

    • auditor tərəfindən aparılan işlərin nəticələri haqqında sifarişçiyə informasiyanın verilməsi forması;

    • auditin aparılması ilə əlaqədar görülən işlərə görə hesablaşma qaydası.

Qeyd olunanlardan savayı müqaviləyə aşağıdakı qaydalar da əlavə oluna bilər:

    • planlaşdırılmış auditlə əlaqədar razılaşma;

    • auditin bəzi aspektləri üzrə yoxlamaya ekspertlərin cəlb edilməsi ilə bağlı razılaşma;

    • auditin miqyası üzrə istənilən mümkün məhdudiyyət;

    • əlavə iş və xidmətlərin göstərilməsi üzrə razılaşma.

Auditin aparılması ilə bağlı müqavilənin nümunəvi forması əlavədə verilmişdir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin