Ədəbiyyat siyahısı “Audit xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 1994 (sonrakı dəyişikliklər və əlavələrlə).
Daxili audit fıaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı. 2007
Auditorların peşə etikası məcəlləsi. Bakı. 2007
Beynəlxalq Audit Standartları. AR Auditor Palatasının rəsni saytı/ https://audit.gov.az/Az/page/414
Audit və əminlik. AR MN yanında METM. https://www.tedris-maliyye.gov.azaudit.gov.az/Az/page/414
“Mühasibat uçotu haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanunu. Bakı. 2018.
“Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına əsasən Mühasibat uçotunun aparılması Qaydaları. AR MN tərəfindən 30 yanvar 2017-ci ildə təsdiq edilmişdir. http//85.132.71.30/framework/34909; framework/31986
Abbasov İ.M. Audit. Dırslik. Bakı.2007
Kazımov R.N, Namazova C.B. Praktiki audit. Bakı. Elm və təhsil. 2011.
Müslümov S.Y., Kazımov R.N. Maliyyə təhlili. Dərslik. Bakı. CBS. 2011.
Namazova C.B. Audit. Bakı. CBS. 2012
Mövzu 11.Əməyin ödənilməsi üzrə hesablaşmaların və əmək qanunvericiliyinə əməl olunmasının auditi
Plan:
Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaların auditinin əsas məqsədi
Əməyin ödənilməsi üzrə hesablaşmaların audit yoxlanılması
3. Əmək qanunvericiliyinə əməl olunmasının auditi
1. Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaların auditinin əsas məqsədi
Əməyin ödənişi üzrə heyətlə hesablaşmaların auditində əsas məqsəd müəssisə və təşkilatlarda əmək haqqının və ondan tutulmaların hesablanması zamanı mövcud qanunvericiliyin gözlənilməsinin, vəzifə maaşlarının, tarif dərəcələrinin, işəmuzd haqqların tətbiqinin və əməyin ödənişi üzrə mühasibat uçotunun aparılmasının düzgünlüyünün yoxlanılmasıdır.
Auditor əmək haqqının və ondan tutulmaların hesablanması üzrə sənədlərin kim tərəfindən qəbul edilməsi və uçotunun kim tərəfindən aparılmasını, təşkilatda tətbiq olunan ilkin sənədlərin siyahısını, onların nömrələnməsi sitemini, bütün rekvizitlərin doldurulmasını, işlənilməsi texnologiyasını, hansı normativ sənədlərdən istifadə olunduğunu, mühasibin kimə tabe olmasını və onun yerinə yetirdiyi işlərə kim tərəfindən nəzarət olunduğunu yoxlayır.
Audit prosesində informasiya mənbələri kimi 533 saylı "Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar" hesabının "Əməyin ödənişi üzrə avans hesablaşmaları" (70 "Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar"), "Depozitə qoyulmuş əmək haqqı üzrə işçilərlə hesablaşmalar" subhesablarınm (76 "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar" hesabının "Deponentlərlə hesablaşmalar" subhesabı), 411 "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər", 511 "İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər" (76 "Müxtəlif debitor və kreditorlarla hesablaşmalar"), 343 "Keçmişillər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)" hesablarının məlumatlarından, hasilatın uçotu və əmək haqqının hesablanması üzrə ilkin sənədlərdən (iş vaxtının uçotu), müvəqqəti əmək qabiliyyətini itirmək haqda vərəqlər,bu əməliyyatları tənzimləyən normativ hüquqi sənədlərdən istifadə olunur.
Əməyin ödənişi üzrə heyətlə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:
ilkin sənədlərin və onların doldurulmasının düzgünlüyü, əmək haqqının və ondan tutulmaların normativ sənədlərəuyğunluğu;
görülmüş işlərin uçotu üzrə məsul olan vəzifəli şəxslərin imzalarının mövcudluğu, bütün rekvizitlərin doldurulmasının düzgünlüyü, düzəliş və ya pozun-tularmolub-olmaması;
iş vaxtının tabel uçotunun və naryadlarm, eləcə də əməkhaqqının hesablanması üzrə digər ilkin sənədlərin yoxlanması zamanı həmin sənədlərdə kollektivin üzvü olmayan şəxslərin daxil edilməsi faktlarının mövcudluğu;
əvvəllər ödənilmiş ilkin sənədlər üzrə təkrar məbləğin hesablanması, eyni soyadın bir neçə hesablaşma-ödəmə cədvəllərinə daxil edilməsi hallarının mövcudluğu;
xərclərin əməyin ödənişi fonduna aid edilməsinindüzgünlüyü;
ayrı-ayrı ödəmələrin məhsulun (işin, xidmətin) maya dəyərinə aid edilməsinin düzgünlüyü;
əmək haqqının hesablanması üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü;
şəxsi heyətin və kənardan cəlb edilmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə işçilərin yerdəyişməsi və məzuniyyətdə olması haqqında tabel və bütün əmrlər yoxlanılır. Heyətin orta illik siyahı sayı müəyyən edilir.
podrat müqavilələrinin və əmək müqavilələrinin, işlərin görülməsini təsdiq edən sənədlərin mövcudluğu, siyahısı və tərtib edilməsinindüzgünlüyü.
kassa üzrə hər bir soyad üzrə əmək və podrat müqavilələr üzrə vəsaitlərin verilməsiyoxlanılır;
ödəmənin bütün mənbələrini (ƏÖF, MHF, sosial sığorta fonduvə b.) müəyyən etmək məqsədilə 533 (70) saylı hesabın debeti və krediti üzrə yazılışlarındüzgünlüyü;
konkret işçilərdən tutulmaların seçmə yoxlanılması;
kənar işçilərə bütün ödəmələrin reyestri tərtib edilir və əmək
müqavilələrinin mövcudluğu yoxlanılır;
Növbəti mərhələdə aşağıdakı məsələlər yoxlanılır:
işəmuzd qiymətlə, tarif dərəcələri və maaşlar üzrə hesablamaların düzgünlüyü;
mükafatların, əlavələrin və digər ödəmələrin (normal əmək şəraitindən kənarlaşmaya, artıq işlənmiş saatlara, briqadirliyə, boşdayanmaların ödənilməsinə, ağır və təhlükəli şəraitdə işə, bazar və bayram günlərində işə görə əlavə Ödəmələr, xəstəliyə görə yardım vəi.a.) hesablamaların əsaslı olması və düzgünlüyü;
əməyin ödənişi fondu üzrə sintetik və analitik uçotun aparılmasının, icmal məlumatlarının və mühasibat hesabatı formalarının doldurulmasının düzgünlüyü.
533 (70) və 411, 511 (76)sayh hesabların icra vərəqələri və deponentləşdirilmiş əmək haqqı üzrə hesablaşmalara aid analitik uçot yazılışlarının registrlərdə, baş kitabda və balansda əks etdirilmiş yazılışlara uyğunluğu.