2.5.MALIYYƏ SIYASƏTININ TIPLƏRI
Maliyyə siyasəti maliyyə münasibətləri sferasında dövlətin müstəqil fəaliyyətidir. Maliyyə siyasətinin reallaşdırılması dövlətin maliyyə resurslarının toplanması, onun funksiyalarının, uzunmüddətli, ortamüddətli və qısamüddətli proqramların yerinə yetirilməsi üçün onların bölgüsü və yenidən bölgüsünə yönəldilən tədbirlərdən ibarətdir. Dövlətin inkişafı zaman-zaman maliyyə siyasətinin dəyişdirilməsinə səbəb olur. Müxtəlif dövlətlər tərəfindən tətbiq edilmiş maliyyə siyasətinin təhlili onun üç əsas tipinin seçilməsinə imkan verir:
klassik;
tənzimləyici;
plan-direktiv.
Klassik tip. 1920-ci illərin axırlarınadək əksəriyyət dövlətlərin maliyyə siyasətinin əsas tipi onun klassik variantı idi. Bu maliyyə siyasəti siyasi-iqtisad klassiklərinin-A.Smit, D.Rikardonun əsərlərində əsaslandırılmışdır. Klassik tip maliyyə siyasətinin əsas istiqamətləri aşağıdakılardlır:
1.dövlətin iqtisadiyyatın idarə edilməsinə müdaxilə etməməsi;
2.azad rəqabət;
3.təsərrüfat proseslərinin tənzimlənməsində bazar mexanizmlərindən istifadə;
4.tarazlı büdcənin formalaşdırılması və istifadəsi üçün şəraitin təmin edilməsi.
Dostları ilə paylaş: |