Qiymətləndirilmə
Qeyri -maddi aktivlərin tərifinə və tanınma kriteriyalarına cavab verən bütün obyektlər ilkin olaraq maya dəyəri ilə qiymətləndirilməlidir.
Qeyri -maddi aktivlərin qiymətləndirilməsi onların əldə olunma yollarından yaxud üsullarında asılı olaraq müəyyən edilməlidir.
Ayrıca əldə olunan QMA-rin maya dəyərinə daxildir :
* ticarət güzəştləri çıxılmaqla,satınalma qiyməti,o cümlədən idxal rüsumları və stınalma ilə əlaqədar əvəzləşdirilməyən vergilər; və
* aktivin təyinatı üzrə istifadəsi üçün onun işçi vəziyyətə gətirilməsi üzrə işlənilən müstəqim ( birbaşa ) məsrəflər.
Daxildə yaradılan QMA-rin maya dəyəri ,qeyri - maddi aktivin ilk dəfə tanınma kriteriyalarına cavab verdiyi tarixdən başlayaraq işləmələr mərhələsində ona çəkilmiş xərclərin məbləğindən yaranır.
Bu cür QMA-rin maya dəyərinə aşağıdakı müstəqim məsrəflər daxil edilir :
- QMA-ınn yaradılması zamanı materiallara və xidmətlərə çəkilmiş məsrəflər ;
-QMA-nın yaradılması ilə əlaqədar yaranan işçilərin mükafatlandırılmasına məsrəflər ( MHBS (İAS) 19 -a əsasən ) ;
- ixtiyari hüququn qeydiyyatı üzrə məsrəflər ;
- QMA-nın yaradılması üçün istifadə olunmuş patentlərin, lisenziyaların amortizasiyası .
MHBS (İAS) 23- ün müəyyən etdiyi şərtlər daxilində QMA-ya aid borclar üzrə məsrəflər ( faizlər ) də maya dəyərinə daxil edilir .
Qalan məsrəflər daxildə yaradılan QMA-in maya dəyərinə aid edilmir.
Çəkilmiş məsrəflər QMA-in maya dəyərinə daxil edilmədikdə xərclər kimi tanınır.
İlk dəfə xərclər kimi tanınmış QMA üzrə məsrəflər sonrakı tarixlərdə QMA-nın maya dəyəri kimi tanına bilməz .
MHBS (İFRS) 3-ə əsasən,əgər QMA müəssisələrin birləşməsi zamanı əldə olunursa , onda belə QMA-nın maya dəyəri əldə olunma tarixinə onun ədalətli dəyərinə bərabərdir.Bu zaman satınalan - təşkilat satın aldığı tərəfin qeyri-maddi aktivini qüdvildən ayrı tanıyır,bir şərtlə ki, həmin qeyri-maddi aktivin ədalətli dəyərini dürüst müəyyən etmək mümkündür.Əldə olunan QMA-nın ədalətli dəyəri MHBS (İFRS) 13-ə əsasən müəyyən olunur.
Əvəzsiz qaydada yaxud dövlət subsidiyası vasitəsilə alınan QMA və subsidiya - ədalətli dəyərlə qiymətləndirilməlidir .
Əgər QMA üzrə tədiyyənin ödənilməsi kreditləşmənin adi şərtlərindən ( məsələn,60 gündən) yuxarıdırsa,onda həmin aktivin maya dəyəri pul vəsaitlərinin ekvivalent- lərində satınalma qiymətinə bərabərdir . Həmin məbləğ ilə, ümumi ödəniləcək məbləğ arasındakı fərq kreditləşmə dövründə ödəniləcək faizlər üzrə məsrəflər kimi tanınmalıdır .
Əgər təşkilat aktivi ilkin olaraq ədalətli dəyərlə qiymətləndirməyi üstün tutursa ,onda təşkilat həmin aktivi ilkin olaraq nominal məbləğdə, üstəgəl aktivin təyinatı üzrə istifadəsi üçün hazırlanmasına bilavasitə aid edilən işlənilən məsrəflər məbləğində tanınmalıdır.
Dostları ilə paylaş: |