Passiv hesablar açılarkən ilk qalıq balansın passivindən götürülərək hesabın kreditində yazılır. Bu hesablar üzrə artma onların kreditində , azalma isə debetində əks etdirilir. Hər bir hesabat dövrünün sonunda hesablarda əks etdirilmiş əməliyyatların məbləğlərinin yekunu yəni dövriyyələr müəyyən edilir. Passiv hesab üzrə də dəövriyyə müəyyən edilərkən ilk qalıq (S1) nəzərə alınmır. Passiv hesab üzrə son qalıq (S2) müəyyən edilərkən ilk qalığın, yəni kredit üzrə ilk qalığın (S1) üzərinə kredit dövriyyəsini (Kd) gəlib, debet dövriyyəsini (Dd) çıxmaq lazımdır. Passiv hesablar ancaq kredit saldosuna (qalığına) malik ola bilər və yaxud qalıq sıfra bərabər ola bilər. Qeyd edilənləri düstur şəklində belə ifadə etmək olar: