Mövzu maliYYƏ UÇotunun mahiYYƏTİ,TƏYİnati, TƏNZİMLƏNMƏSİNİn qanunveriCİLİk bazasi və konseptual əsaslari


Uçot qeydlərində səhvlərin düzəldilməsi üsulları



Yüklə 1,21 Mb.
səhifə71/124
tarix30.12.2021
ölçüsü1,21 Mb.
#49076
1   ...   67   68   69   70   71   72   73   74   ...   124
Maliyyə mühazirələr hamısı(1)

5.5. Uçot qeydlərində səhvlərin düzəldilməsi üsulları

Mühasibat uçotunda tərtib edilmiş sənədlərin məlumatlarının uçot registrlərinə köçürülməsi xüsusi əsasnaməyə müvafiq həyata keçirilir. Uçot registrlərinin dolduruması əllə, makina və ya kompyuter texnikasının köməyi ilə həyata keçürilə bilər.

Mühasibat uçotu təcrübəsində sənədlərin registrlərə işlənməsi gedişatında və tərtib edilmiş hesabatlarda bir sıra səhvlər buraxıla bilər. Lakin həmin səhvlərin təkcə aşkar edilməsi ilə yanaşı onun harada baş verməsi və mahiyyətinin nədən ibarət olduğunu da bilmək vacibdir. Səhvin aşkar edilməsinin davamı kimi onun baş verdiyi registr tapılmalı və səhvin məbləği müəyyən edilməlidir.Registrdəki səhvi tapmaq məqsədi ilə ona işlənilən bütün sənədlər başdan-başa yoxlanılmalı və

beləliklə həmin səhv müəyyən edilməlidir.

Lakin təcrübədə səhvlərin tapılmasının digər üsulları da mövcuddur. Bu səhvlər miqdar və məbləğlərin əskik yazılışı, mətndə səhv, əməliyyatın uyğun olmadığı hesaba və sütuna yazılışı kimi ola bilər. Səhvlərin aşkar edilməsi ilə yanaşı onun hansı registrlərdə və hansı məbləğdə baş verməsi də müəyyən olunmalıdır. Belə yoxlama zamanı səhv yazılış aşkara çıxarılır. Səhvlər aşkara çıxarıldıqdan sonra onun düzəldilməsi həyata keçirilirvə bu zaman müxtəlif üsullardan istifadə edilir.

Uçot registrlərində buraxılmış səhvlər xarakterindən asılı olaraq üç üsulla - korrektura (təshihat),qırmızı storno (mənfi rəqəm üsulu) və əlavə yazılış üsulu ilə düzəldilir.

Korrektura üsulu ilə səhvlərin düzəldilməsi uçot registrlərində yekunların müəyyən edilməsinə qədər səhvlər aşkar edilən zaman həyata keçirilir. Bu zaman səhv yazılmış söz və ya rəqəmin üstündən təkcə bir nazik xətt çəkilir və onun sağı, solu, üstü və yaaltında düzgün söz və ya rəqəm yazılır. Həmin yazılış səhvin düzəldilməsini həyata keçirən şəxs tərəfindən “düzəlişə inanmalı” sözləri yazılmaqla imza ilə təsdiqlənir. Çoxrəqəmli ədədlərdə düzəliş edilən zaman səhv yazılmış bir rəqəm deyil, bütün ədədin üzərindən xətt çəkilir.

Qırmızı qələm (storno) üsulu ilə səhvlərin düzəldilməsi əməliyyatların bir hesab və sütunda təkrar yazılması və aid olmadığı hesab və ya sütuna yazılması zamanı həyata keçirilir. Qırmızı qələm metodunun mahiyyəti ondan ibarətdir ki, səhv yazılmış yazılış kənarlaşdırılır (“qırmızı qələmlə” yazılır) və onun əvəzinə düzgün adi yazılış edilir. Səhvlərin bu üsulla düzəldilməsi zamanı iki yazılış edilir: əvvəlcə səhv yazılış qırmızı qələmlə, sonra isə yeni (düzgün) yazılış adi çernillə yazılır. Bunun üçün mühasibat arayışı tərtib edilir, burada buraxılmış səhvin əməliyyat, sətir, hesab və kod nömrəsi, tarixi, qısa məzmunu və s. göstərilir. Qırmızı yazılış mənfi işarəli yazılış hesab edilir. Odur ki, hesab və ya sütun yekunlaşdırılan zaman qırmızı qələmlə yazılan rəqəm yekuna daxil edilmir, əksinə ondan çıxılır. Bu qayda ilə səhv kənarlaşmış olur. Məsələn, müəssisədə sosial söğortaya 1000 manat məbləğində ayırma edilmiş və hesablarda yalnış mühasibat yazılışı ilı əks etdirilmişdir:

Dt “İstehsalat məsrəfləri” hesabı – 1000 man.

Kt “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı- 1000 man.Lakin həmin məbləğ 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”

hesabının deyil, 522“Sosial söğorta və təminat üzrə öhdəlik hesabının” kreditində əks etdirilməlidir.Təcrübədə bəzi hallrda qırmızı qələmlə aparılası storno yazılışı adi qələmlə səhv məbləğin çərçivəyə alınması ilə əvəz edilir. Yuxarıdakı səhv yazılışın düzəldilməsi məqsədi ilə əvvəlcə “qırmızı storno” yazılışı, sonra isə adi qaydada düzgün yazılış tərtib edilməlidir. Ona görə də əvvəlcə “qırmızı storno” üsulu ilə və dediyimiz kimi məbləği çərçivəyə almaqla aşaığıdakı yazılış tərtib edilməlidir:

Dt “İstehsalat məsrəfləri” hesabı – 1000 man.

Kt “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” hesabı- 1000 man.

Bu yazılışdan sonra səhv yazılış ləğv edilir. Sonra adi yazılışla düzgün olan ikinci aşağıdakı yazılış yazılış tərtib edilir:

Dt “İstehsalat məsrəfləri” hesabı – 1000 man.

Kt “Sosial sığorta və təminat üzrə ohdəliklər” hesabı- 1000 man. Sonuncu tərtib edilmiş mühasibat yazılışı ilə buraxılmış səhv bərpa edildi.

Səhvən yaddan çıxaraq uçot qeydlərindən kənarda qalmış və yaxud hesablara düzgün, lakin az məbləğdə yazılmış səhvlər əlavə yazılış üsulu ilə düzəldilir. Belə səhvlərin düzəldilməsi məqsədi ilə uçotda əks etdirilməyən əməliyyatın məbləğinə, iknci halda isə məbləğ fərqinə əlavə mühasibat yazılışı tərtib edilir. Bunun üçün ilk sənəd aid olduğu qrupdan kənarlaşdırılmır. Bu sənədin qısa məzmunu tərtib edilmiş mühasibat arayışında göstərilir. Eyni zamanda arayışda ilk sənədin tarixi, nömrəsi və saxlanıldığı qovluğun nömrəsi göstərilir. Mühasibat arayışı gecikmiş əməliyyat kimi hesaba qeyd edilir və həmin tarixə olan sənədlərin tərkibinə daxil edilir. Təcrübə göstərir ki, heç bir mühasib və ya heç bir müəssisə səhlərdən qaça bilmir. Əgər belə səhvlər auditor yoxıamaları zamanı müəssisənin daxili nəzarət sistemi vasitəsi ilə və ya mühasibin özü tərəfindən sərbəst surətdə aşkar edildikdə vergi məsuliyyətindən azad oluna bilər.

Mövcud olan səhvlər müxtəlif dövrlərdə aşkar edilə bilər. Əgər səhvlər hesabat dövrü başa çatdıqdan, lakin hesabatın təsdiqinə qədər aşkar edilərsə, onda düzəliş yazılışları hesabat dövrünün sonuncu günü tarixinə tərtib edilir. Əgər səhvlər bir hesabat dövründə baş verib, lakinsonrkı hesabat dövründə aşkar edilərsə, bu zaman təsdiq edilmiş və istifadəçilərə təqdim edilmiş hesabatlarda düzəlişlər aparılmır. Belə düzəlişlər səhvin aşkar edildiyi növbəti hesabat dövrünün hesabatında həyat keçirilir.




Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin