Mövzu Marketinq müəssisələrin istehsal-satış fəaliyyətinin idarə edilməsinin bazar konsepsiyasıdır Plan


Marketinqin məqsədi, funksiyaları və prinsipləri



Yüklə 0,8 Mb.
səhifə5/13
tarix02.01.2022
ölçüsü0,8 Mb.
#41450
1   2   3   4   5   6   7   8   9   ...   13
M-vzu-1

1.3. Marketinqin məqsədi, funksiyaları və prinsipləri

Marketinqin məqsədi. Marketinqin məqsədi dedikdə bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nətijəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliyyətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateci (başlıja) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.

Marketinqin strateci (başlıja) məqsədi istehlakçıya yönümlülük, istehlakçının və jəmiyyətin tələbatının ödənilməsi şərtilə mənfəət əldə etmək, daha effektli mar­ke­tinq tədbirləri həyata keçirməklə müəssisənin başlıja məqsədinə nail olmaqdır. Ümumiyyətlə müəssisənin və marketinqin uzunmüd-dətli strateci məqsədi istehlakçıların tələbatının ödənilməsi və digər bazar sub-yektlərinin maraqlarının nəzərə alınması şərtilə mənfəət əldə edilməsidir. Lakin, müəyyən dövr üçün müəssisə və onun marketinq fəaliyyəti qarşısında digər strateci məqsədlər, məsələn, mümkün qədər yüksək istehlaka nail olunması, yüksək istehlakçı razılığına nail olunması, geniş çeşiddə məhsul təklif edilməsi və ya həyat keyfiyyətini yüksək həddə çatdırmaq məqsədi qoyula bilər.

Marketinqin taktiki (lokal) məqsədlərinə strateci məqsədlərə nail olunma­sını təmin edən məqsədlər aid edilir. Məsələn, müəssisəni mənfəətin məblə­ğinin və səviyyəsinin artırılması strateci məqsədinə nail olunması üçün marketinq qarşısında satışın həjminin və bazar payının artırılması, xərjlərin aşağı salın-ması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip digər taktiki (lokal) məq-sədlər qoyula bilər.

Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:



  1. Marketinqin məqsədini müəyyən edən, qərar qəbul edən şəxslər məqsəd­yön­lü fəaliyyət göstərməli və məqsədin qiymətləndiril­məsini nəzərə al­ma­lıdırlar;

  2. Marketinqin məqsədi dəqiq müəyyən edilməlidir;

  3. Marketinqin məqsədi real olmalıdır;

  4. Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır;

  5. Marketinqin məqsədi aydın ifadə edilməli və onun haqqında informasiya almağa imkan olmalıdır;

  6. Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin