3. F list, V.Zombrat və V.Oykenin milli iqtisadiyyata dair iqtisadi
fikirləri.
Fridrix List (1789-1846) XIX əsrin Alman burjasiyasının görkəmli
ideoloqu olmuşdur. XIX əsrin 40-cı illərində Almaniyada yaranmış
Alman siyasi-iqtisad tarixi məktəbinin əsasında məhs onun baxışları
dururdu. 1841-ci ildə Listin baş əsəri olan “Siyasi iqtisadın milli sistemi”
çapdan çıxmışdır. Bu əsərin mərkəzi ideyası indan ibarətdir ki, ayrı-ayrı
ölkələrin iqtisadiyyatı öz xüsusi qasnunları ilə inkişaf etdiyinə görə bütün
ölkələr üçün vahid siyasi iqtisad ola bilməz. Hər bir ölkənin öz milli
siyasi-iqtisads sistemi olmalıdır. Listin rəyincə millətin müasir şəraitdə
bütün dünyada xüsusi milli münasibətlərin mövcudluğu zamanı özünün
iqtisadi vəziyyətin saxlamaq və yaxşılaşdırmaqdan ibarətdir. List
dəfələrlə qeyd etmişdir ki, siyasi (milli) iqtisadın vəzifəsi hər şeydən əvvəl
millətin iqtisadi tərbiyəsindən ibarətdir. Müəllif siyasi iqtisad terminini
əvəz edərək “Milli İqtisad” terminini tətbiq edir. “Milli İqtisad” dedikdə
o, inkişaf edən Alman burjuaziyası üçün iqtisadi siyasət üzrə tövsiyyələr
sistemini başa düşür. Milli siustemdə List məhsuldar qüvvələr
nəzəriyyəsinə, həmçinin onunla əlaqədar əmək bölgüsü və millətlərin
təsərrüfat inkişafı və mərhələləri haqqında təlimə mühüm yer ayırırdı.
List hesab edirdi ki, Almaniya üçün proteksionist siyasət əsasında
sənayenin sürətli inkişafı daha mühümdür.
List belə hesab edirdi ki, millətin rifahı var-dövlətin kəmiyyəti ilə
deyil, bu sərvəti yaradan məhsuldar qüvvələrin inkişaf dərəcəsi ilə
şərtləndirilir. Məhsuldar qüvvələrin tərkib hissəsini o, “əqli kapital”da ,
yəni onun sərvətin başlıca mənbəyi hesab etdiyi elmdə, incəsənətdə olan
naliyyətlərdə, kəşflərdə, ixtiralarda görürdü. List hesab edirdi ki, geridə
qalan ölkələri onları qabaqlayan millətlərin səviyyəsinə qaldırmaq üçün
yeganə vasitə proteksionist (himayəçilik) siyasətidir. List proteksionizm
sistemini “millətin sənaye tərbiyyəsi” vasitəısi adlandırırdı. Listə görə
Almaniya öz məhsuldar qüvvələrini və sənaye gücünü inkişaf etdirməklə
birinci dərəcəli sənaye olkəsi olub İngiltərəni ötər.
Listin ideyaları müasir dövrdə öz əhəmiyyətini saxlayaraq iqtisadi
geriliyini aradan qaldırmağa, siyasi birliyini möhkəmlətməyə can atan,
inkişaf etməkdə olan ölkələr üçün xüsusilə aktualdır.
|