Cəld alətlər paneli lentin yuxarı sol güncdə yerləşir.Bura daha tez-tez istifadə olunan əmrlər daxil edilir və istifadəçinin işini asanlaşdırmaq məqsədi daşıyır. Hər hansı bir əmr düyməsini cəld alətlər panelinə əlavə etmək üçün şəkildə göstərilən Настройка панели быстрого доступа (Cəld müraciət panelini fərdiləşdir)düyməsindən istifadə olunur.
MS Word 2010 istifadəçi interfeysi.
. Главная (Ev)
Bu tab-vərəqə daxil olan əmrlər yaradılmış sənədin mətni üzərində müxtəlif redaktə, formatlaşdırma, strukturlaşdırma və s. əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Həmin əmrlər sənəddə şriftin seçilməsi, ölçüsünün, üslubunun, rənginin dəyişdirilməsi, abzaslarla və siyahılarla iş, sənəddə fraqmentin axtarılması, əvəz edilməsi, mətnin və ya onun fraqmentinin qeyd edilməsi, köçürülməsi, silinməsi, başqa yerə daşınması, mübadilə buferində saxlanılması, istifadəsi və digər funksiyaları yerinə yetirir..