Nümunə: I sinifdə Ana dili fənni üzrə “Ad günü” mövzusunda mətn tədris edilir. Mətn:
Səbinənin ad günü idi. Qohumları, yoldaşları onu təbrik etməyə gəlmişdilər. Onlar Səbinəyə hədiyyə gətirmişdilər. İlhamə ona kukla almışdı. O bilirdi ki, Səbinə kuklanı çox sevir. Vaqif ona marka albomu almışdı. Nərgiz şəklli kitab almışdı. Əli isə ona qızılgül gətirmişdi. Səbinə qızılgülü güldana qoydu. Görəsən daha çox hansı hədiyyə Səbinənin xoşuna gəldi? Mən bilirəm ki, hər bir insan öz ad gününü həvəslə gözləyir. Ətrafdakılara bu haqda heç nə deməsə belə, həmin gün insanın daxilində özü üçün bir bayram olur. Sanki hamıya demək istəyir:”Bilirsiniz? Bu gün mənim ad günümdür.” İnsanlar həmin gün ən yaxın qohumların, dostların əhatəsində olmağa çalışır. (Oxudan əvvəl düşünmə).Mətndə haqqında oxuduğumuz Səbinə də belə edib.Səbinənin ad günü idi. Qohumları, yoldaşları onu təbrik etməyə gəlmişdilər. (Əlaqələndirmə). Onlar Səbinəyə hədiyyə gətirmişdilər.Görəsən ad gününə gələnlər nəyə görə müxtəlif hədiyyələr gətirilər.(Sual vermək) İlhamə ona kukla almışdı. O bilirdi ki, Səbinə kuklanı çox sevir. Vaqif ona marka albomu almışdı. Nərgiz şəklli kitab almışdı. Əli isə ona qızılgül gətirmişdi. Səbinə qızılgülü güldana qoydu.Nəyə görə mətndə digərlərinin hədiyələrinin haraya qoyulduğu haqda məlumat verilmir, yalnız Əlinin gətirdiyi güllərin güldan qoyulduğu göstərilir?(Sual vermək) Görəsən daha çox hansı hədiyyə Səbinənin xoşuna gəldi?(Nəticə çıxarma) Sizcə hansı hədiyyə Səbinənin xoşuna gəldi? Nəyə görə belə qərara gəldiniz? (Oxudan sonra düşünmə)Sizə təqdim edilən hədiyyəni necə qəbul edərdiz. (Təsəvvür etmə) Müəllim ucadan düşünməklə şagirdlrini düşündürərək oxudan əvvəl, oxu zamanı, oxudan sonra
II strategiya: Mətnlərin müqayisəsi.Mövzu təqdim edilir. Şagirlərə həmin mövzuda kiçik mətn yazmaq tapşırılır. Sonra şagirdin yaratdığı və dərslikdə təqdim edilən mətnlərin hər ikisinin müqayisəli oxusuna yönəldən tapşırıq verilir:Mətnləri oxuyun, hər iki mətndə oxşar və fərqli cəhətləri seçin. Seçimi aşağıdakı məsəllərə əsasən aparın: