Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mövzu 12: Fövqaladə hallar zamanı əhalinin köçürülməsi



Yüklə 0,67 Mb.
səhifə59/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   70
Mövzu 12: Fövqaladə hallar zamanı əhalinin köçürülməsi


Mühazirənin planı.
1. Əhalinin köçürülməsi. Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər.
2. Dinc və müharibə dövrlərində əhalinin köçürülməsinin prinsipləri.
3. Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili
4. Köçürmə tədbirlərinin təminatı
5. Köçürmə orqanlarının yaradılması


1. Əhalinin köçürülməsi. Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər.
Köçürmə tədbirlərinin yerinə yetirilməsi FH-da əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir. Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda ,həm də müharibə dövrünün FH-da əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə )-insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil surətdə çıxarılıb təhlükəsiz rayonlarda(zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 1993-cü il tarixli 438 saylı qərarı ilə “Sülh və müharibə dövrlərindəki FH-da AR-da əhalinin köçürülməsi haqqında Əsasnamə” təsdiq edilmişdir. Bu əsasnamədə sülh və müharibə dövrlərindəki FH-da əhalinin mühafizəsinin üsullarından biri olan köçürmə tədbirlərinin AR-sı ərazisində planlaşdırılması və həyata keçirilməsi üzrə əsas tələblər müəyyən edilir. Əsasnamə aşağıdaki üç bölmədən ibarətdir:
1.Ümumi müddəalar.
2.Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili.
3.Köçürmə tədbirlərinin təminatı.
Keçmiş müharibələrdə ,xüsusən də Böyük Vətən müharibəsi və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə işləri geniş tətbiq edilmişdi.
Daşkənddə zəlzələ, Gürcüstanda daşqınlar , İsmayıllı rayonunda sürüşmə və digər FH-la əlaqədar da köçürmə işləri olmuşdur.
Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur. Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və FH ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarsa qısa müddətdə ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər ,güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə alınmaqla çox variantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi tələb olunan təhlükəli rayonlara aşağıdakılar aid edilir:
-düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası;
-şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin ətrafında yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları;
-ehtimal olunan təbii fəlakət, güclü istehsalat qəzası rayonları və fəlakətli daşqın zonaları;
-silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlar və cəbhəətrafı zolaqlar.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə aparılır.
Təhlükəsiz zona -düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi ,yerləşdirilməsi və yaşaması üşün yararlı olan ərazidir. Əhalinin köçürüləcəyi rayonlardakı hər bir müəssisə, idarə, təşkilat məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin ,qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
-müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlardan əhalının etibarlı mühafizəsini ;
-müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;
-MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli surətdə qruplaşdırılmasını;
-lazımi gigiyena –sanitariya şəraitini.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən ,hələ sülh dövründə başlanılır, FH təhlükəsi yaranan dövrdə tam surətdə başa çatdırılır. Bu məqsədlə :
-nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
-mövcud olan rabitə inkişaf etdirilir;
-mənzil fondu ,tibb,kommunal ,ticarət müəssisələri köçürülüb gətirilən əhalinin yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır.
-əlavə su təchizatı mənbələrinin ,digər mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.
Köçürülən adamlar özləri ilə FMV –ni (əleyhqazı, respiratoru); ən vacib paltar,ayaqqabı.yataq ləvazimatı; fərdi aptekçə,fərdi kimyəvi paket, sarğı paketi və lazımi dərmanlar; mobil telefonu;2-3 günlük ərzaq ehtiyatı və su;cib bıçağı, kibrit,cib fənəri;sabun,dəsmal, diş fırçası və pastası;qaşıq,nimçə,fincan; bütün sənədlərini –şəxsiyyət vəsiqəsini,hərbi bileti, təhsil haqqında sənədi, kəbin kağızı və uşaqların doğumu haqqında sənədləri,pullarını götürməlidir. Böyük şəhərlərdən köçürülən əhalini qəbul edib yerləşdirmək üçün kənd rayonlarında qəbuletmə komissiyaları yaradılır və köçürülənləri qəbuletmə məntəqələri təşkil edilir. Qəbuletmə məntəqəsinin vəzifəsi şəhərdən gələn əhalini qarşılamaq,qeydə almaq və yaşayış yerlərinə göndərməkdir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin