Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə61/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   57   58   59   60   61   62   63   64   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Pedaqoji refleklsiya. Bu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni müqayisə edə bilir.
Müəllimin yuxarıda sadaladığımız pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərinin yüksək səviyyədə inkişaf etməsi onun fəaliyyətinin səmərəliliyi üçün mühüm əhəmiyyətə malikdir.
4.Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliklər

Müəllimin pedaqoji fəaliyyəti həmişə rəvan,maneəsiz getmir. Müəllim bu prosesdə bir sıra psixoloji çətinliklərə rast gəlir ki, onları nəzərə almadan və aradan qaldırmadan pedaqoji fəaliyyətin müvəffəqiyyətindən danışmaq mümkün deyildir. Bəs bu çətinliklər hansılardır?


Müəllimin pedaqoji fəaliyyəti yerinə yetirərkən qarşılaşdığı çətinlikləri müxtəlif göstəricilərə əsasən tiplərə ayırmaq mümkündür. Buraya çətinliyi doğuran səbəbin obyektiv və ya subyektiv olmasını, çətinliyin dərk olunma dərəcəsini, pedaqoji təsirin təşkili xüsusiyyətini, özünənəzarət, özünütənzimi aid etmək olar.
Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir.
Pedaqoji təsirin təşkili xüsusiyyətindən asılı olaraq aşağıdakı kimi psixoloji çətinliklər müşahidə olunur: yeni proqramla işləyə bilməmək, şagirdi öyrənə bilməmək, ayrı-ayrı psixi funksiyaların səviyyəsini qiymətləndirə bilməmək, şagirdi yaranma və inkişaf prosesində olan tam bir şəxsiyyət kimi görə bilməmək, şagirdləri mənimsəməyə, fənnə, xarici görkəmə, daha az əqli keyfiyyətə və şəxsi keyfiyyətə görə quymətləndirmək, şagirdlərin əqli xüsusiyyətlərini və şəxsiyyətini psixoloji cəhətdən öyrənmək üsullarına yiyələnmək və s.
Təcrübə göstərir ki, müəllim, xüsusilə təzəcə fəaliyyətə başlayan müəllim heç də həmişə qarşıya kommunikativ pedaqoji məqsəd qoyub onu dərk etmir. Daha doğrusu qarşıya qoyduğu məqsəd sistemində ünsiyyəti təsəvvürünə gətirə bilmir, şagirdlərin şəxsiyyətini öyrənməyi bacarmır,bütün siniflərdə yaş fərqindən asılı olmayaraq monoton ünsiyyətə gətirib çıxaran eyni cür qarşılıqlı təsir vasitəsindən istifadə edir, heç də həmişə ayrı-ayrı şagirdlərlə ünsiyyətdəki çətinliyi təsəvvür edə bilmir, sinfi ələ almaqda çətinlik çəkir,, şagirdin sinifdə və ailədə nə kimi qeyri – formal rolu yerinə yetirdiyini bilmir, düzgün olmayan mövcüd şəraitə uyğun gəlməyən pedaqoji rəhbərlik üslubunu tətbiq edir.
Ümumiliklə müəllimin öz fəaliyyətində qarşılaşdığı prinsipial psixoloji çətinlikləri ümumiləşdirmiş olsaq onların aşağıdakılardan ibarət olduğunu söyləyə bilərik: müəllim şagirdi bütövlükdə öz inkişaf perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqiji ünsiyyət və şəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları “müəllim – şagird” sistemi çərçivəsinə keçirə və qiymətləndirə bilmir. Müəllim üçün daha geniş yayılmış və xarakterik çətinlik şagirdlərin psixi vəziyyətini və özünün pedaqoji fəaliyyət və ünsiyyəti səviyyəsinin diaqnostikasını verə bilməməkdən ibarətdir.
Psixoloqlar pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixoloji çətinliyin tipindən asılı olaraq aşağıdakı təsir formalarından istifadənin vacibliyini qeyd edirlər:

  1. Xarici səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə öyrədici formadan, təlim və ya özünütəlimdən istifadə olunması. (Müəllimin biliyindəki çatışmazlıqların aradan qaldırılması).

  2. Daxili səbəblərdən irəli gələn psixoloji çətinlik baş verdikdə psixoterapevtik formadan istifadə etmək,gərginliyin götürülməsi üçün şəraitin yaradılması. (Müəllimlə psixoloji iş).

  3. Daxili səbəblərdən törəmiş xarici səbəblərlə şərtlənən psixoloji çətinlik baş verdikdə psixotexniki formadan istifadə etmək (uyğun pedaqoji təsir vasitələrinin tapılması və yaradılması).




Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin