Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


MÖVZU 3. TƏRBİYƏNİN PSİXOLOGİYASI



Yüklə 255,76 Kb.
səhifə62/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   58   59   60   61   62   63   64   65   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

MÖVZU 3. TƏRBİYƏNİN PSİXOLOGİYASI


PLAN:


1.Tərbiyənin psixoloji mexanizmləri və məqsədləri
2.Tərbiyəvi təsir metodları
3.Tərbiyənin əsas sosial institutları
ƏDƏBİYYAT
1.Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya.Bakı., 2011
2.Həmzəyev M.Ə. Pedaqoji psixologiya.Bakı., “Maarif”, 1991
3.Əlizadə Ə.Ə., Əlizadə H.Ə. Pedaqoji psixologiya.Bakı., 2010
4.Əliyev B.H., Cabbarov R.V.Təhsildə şəxsiyyət problemi. Bakı., 2008
5.Əlizadə Ə.Ə.Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı., 1998
6.Xəlilov S. Təhsil, təlim, tərbiyə. Bakı, Azərbaycan Universiteti, 2005.
7.Əliyev R.İ.Tərbiyə psixologiyası. Bakı., 2006.
8.Həsənov A., Ağayev Ə. Pedaqogika, Dərslik. Bakı., 2007.




1.Tərbiyənin psixoloji mexanizmləri və məqsədləri

Pedaqoji psixologiyada “tərbiyə” anlayışı birmənalı şərh olunmur. Tərbiyə anlayışı geniş (cəmiyyətin şəxsiyyətə təsiri) və dar (təlim prosesində təhsil vermək məqsədi ilə tərbiyəçilərin və pedaqoqların xüsusi təşkil olunmuş fəaliyyəti kimi) mənada işlənir.


Psixoloji istiqamətdə tərbiyə interiorizasiya prosesidir.Yəni şəxsiyyətlə münasibətdə olan, ona təsir edən xarici təcrübənin və biliklərin şəxsiyyətin davranışında, daxili plana keçməsi, müəyyən dəyər forması kəsb etməsidir.
Cəmiyyət hadisəsi kimi tərbiyə cəmiyyətin sosial tarixi inkişafının xüsusiyyətlərini özündə əks etdirən mənşəyə malikdir.
Psixoloqların qənaətincə, tərbiyə psixoloji hadisə kimi tərbiyə obyektində, yəni insanda müəyyən motivlərin, maraqların, idealların, dünyagörüşün və yönəlişliyin formalaşdırılması məqsədilə onun davranışına planlı və məqsədyönlü təsirdir.
Tərbiyə haqqında konsepsiyalarda tərbiyə prosesinə idarəetmə prosesi, tərbiyəvi fəaliyyətin təşkili kimi baxılır və bunun əsasında tərbiyəvi mühitə aid olan yararlı normaların yaradılması məsələlərinə və tərbiyəçinin şəxsiyyətinə daha çox diqqət yetirirlər. K.Uşinski haqlı olaraq göstərir ki, tərbiyə etmək üçün tərbiyə olunmaq lazımdır.
Qeyd olunmalıdır ki, tərbiyə prosesi – uşaq şəxsiyyətinin maksimum səviyyədə inkişafı üçün, onun müasir mədəniyyətin şərtlərinə uyğunlaşdırılması, insanın öz həyatının subyekti və strteqi olması uğrunda lazımi keyfiyyətlərə yiyələnməsi üçün müəllim və ya tərbiyəçinin məqsədyönlü, tutarlı və peşəkar fəaliyyətidir.
Mövcud konseptual yanaşmalara, tərbiyə konsepsiyalarına və onların ümumiləşdirilməsindən çıxan nəticəyə görə tərbiyənin əsas məqsədi göənc nəslin tərbiyəsinin həyata keçirilməösinə yönəlmiş fəal yaradıcı fəaliyyətdir.
Rus psixoloqları S.V.Sarıçev və İ.N.Loqinov göstərirlər ki, tərbiyə prosesinin effektiv təşkili uşağın formalaşması üçün zəruri olan 3 əsas həyat rolunu necə qavramasından asılıdır. Bunlar aşağıdakılardır:
-uşağın vətəndaş kimi formalaşması;
-uşağın layiqli ailə üzvü kimi formalaşması;
-uşağın şəxsiyyət kimi formalaşması.
Qeyd olunan bu üç cəhət uşaq tərəfindən adekvat qavranılırsa, o zaman tərbiyənin müəyyən mənada yəyata keçirildiyini söyləmək olar.Bunlarla yanaşı, tərbiyənin keyfiyyət göstəriciləri dəyər münasibətlərinin, ailə münasibətlərinin, ünsiyyət mədəniyyətinin, həyatda özünü idarəetmənin, intellektual, əxlaqi, incəsənət, iqtisadi, fiziki və əmək mədəniyyətinin inkişafından da asılıdır. 2.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin