Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Pedaqoji psixologiyanın qarşısında duran nəzəri və praktik vəzifələr



Yüklə 255,76 Kb.
səhifə2/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   2   3   4   5   6   7   8   9   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

2.Pedaqoji psixologiyanın qarşısında duran nəzəri və praktik vəzifələr

Pedaqoji psixologiyanın qarşısında bir sıra nəzəri və praktik məsələlərin həlli durur.Onlar aşağıdakılardır:


1.Nəzəri məsələlər:
1.Təlim və tərbiyənin psixoloji məzmununun açılması;
2.İnkişafetdirici təlimin psixoloji mexanizmləri və qanunauyğunluqlarının müəyyən edilməsi;
3.Tərbiyəedici və öyrədici texnologiyaların psixoloji mexanizmlərinin ayırd edilməsi;
4.Müxtəlif formalı pedaqoji əməkdaşlığın gerçəkləşdirilməsinin psixoloji baxımdan əsaslandırılmış mexanizmlərinin işlənib hazırlanması.
2.Praktik vəzifələr:
1.Təlim və tərbiyənin psixoloji əsaslar üzərində qurulmasında müəllimə yardımçı olmaq;
2.Məktəbdə yaradıcı və inkişafetdirici şəraitin yaradılmasına kömək etmək;
3.Proqressiv öyrədici texnologiyaların, fəal təlim metodlarının istifadəsinə çalışmaq, fərdi və differesiasiya olunmuş yanaşmanın qəbul edilməsini həyata keçirmək;
4.Pedaqoji fəaliyyətdə müəllimin peşəkar və şəxsi keyfiyyətlərinin gerçəkləşdirilməsinə şərait yaratmaq və ona kömək etmək.
Pedaqoji psixologiyanın predmeti və obyektinin ayırd edilməsi onun psixoloji biliklər sistemində yerini və strukturunu müəyyən etməyə imkan verir. Qeyd etmək lazımdır ki, pedaqoji psixologiyanın strukturunun müəyyən edilməsinə müxtəlif yanaşmalar vardır. Onlardan bəzilərinə diqqət yetirək:
Rus psixoloqları S.V.Sarıçev və İ.N.Loqinov pedaqoji psixologiyanın strukturunda aşağıdakı bölmələri ayırd edirlər:
1)Tərbiyənin və özünütərbiyənin psixologiyası:
2)Təlimin psixologiyası;
3)Öyrənmənin psixologiyası;
4)Pedaqoji fəaliyyətin psixologiyası və müəllim şəxsiyyəti.
Pedaqoji psixologiyanın strukturunun təşkilində L.A.Qriqoryeviç üç bölməni fərqləndirir:
1.Təlim psixologiyası;
2.Tərbiyənin psixologiyası;
3.Müəllim psixologiyası.

İ.F. Demidov pedaqoji psixologiyanın strukturunda aşağıdakı bölmələri ayırd edir:
1.Təhsil fəaliyyətinin (tələbə) psixologiyası və pedaqoji fəaliyyətin psixologiyası (müəllim fəaliyyəti)
2.Təlim fəaliyyətinin psixologiyası və onun subyekti öyrənənin (şagirdin) psixologiyası
3.Pedaqoji fəaliyyətin psixologiyası və onun subyekti öyrədənin (müəllimin) psixologiyası;
4.Pedaqoji əməkdaşlığın və ünsiyyətin psixologiyası.
Qeyd etmək lazımdır ki, müasir dövrdə pedaqoji psixologiya elminin diferensiasiyası prosesi müşahidə olunur. Son zamanlar pedaqoji psixologiyanın predmetinin elementlərinin tədqiqinə həsr olunmuş müstəqil nəzəri və praktik tədqiqatlar aparılır. Bu tədqiqatların nəticəsi pedaqoji psixologiyanın yeni bölmələrinin qəbul edilməsinə və ya onların müstəqil elm sahəsi kimi mövcudluğuna imkan yaradır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.Məktəbəqədər təlimin və tərbiyənin psixologiyası
2.Məktəb yaşı dövründə təlim və tərbiyənin psixologiyası
3.Orta peşə təhsilinin psixologiyası
4.Ali məktəb psixologiyası.
Pedaqoji psixologiyada nəzəri tədqiqatların əsas istiqamətlərini təlimin idarə olunması, təlim prosesinin öyrənilməsi, təlimin humanistləşdirilməsi və demokratikləşdirilməsi, təlim motivasiyası, təlim prosesinin subyektlərinin şəxsiyyət keyfiyyətlərinin öyrənilməsi və s. bu kimi məsələlər təşkil edir.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin