Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ



Yüklə 255,76 Kb.
səhifə26/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   22   23   24   25   26   27   28   29   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Dördüncü tip problem situasiya daha geniş ya­yılmış tipdir. Bu tip problem situasiya o zaman yaranır ki, şagird qarşıda qoyulmuş məsələni həll etmək yollarını bilmir, tədris və ya həyat situasi­yasında yeni faktları izah etməkdə çətinlik çəkir, daha doğrusu, əvvəlki biliklər yeni faktı izah etmək üçün kifayət etmir.
Təlim psixologiyası sahəsində aparılmış tədqiqatlar zamanı müəyyən edilmişdir ki, problem situasiyanın ayrı-ayrı tipləri təfəkkür üçün müxtə­lif şərait yaradır. Problem situasiyanın əsas tip­ləri barədə müəllimin biliyi, şübhəsiz, bu cür situasi­yaların yaradılması yollarını müəyyənləş­dir­mə­sinə, bununla da şagirdlərin idrak fəaliyyə­tini idarə etməsinə şərait yaradır. Məhz buna görə də müəllim dərsi müasir tələblər səviyyəsinə qal­dırmaq üçün həmin cəhətə xüsusi diqqət yetirməlidir.
Xarici pedaqogikada problemli təlim konsepsiyası C.Dyuinin nəzəri konsepsiyası əsasında inkişaf etmişdir.O, şagirdin inkişafının psixoloji mexanizmləri problem həlletmə qabiliyyətlərinə görə əsaslandırır. İştirakçıların problem həlletmə qabiliyyəti əsasında onların təbii təfəkkürü dayanır. O, “Biz necə düşünürük” əsərində ənənəvi təlimi inkar edir.
Qeyd etmək lazımdır ki, problemli təlim nəzəriyyəsinin inkişafında həlledici rolu amerikan psixoloqu C.Brunerin konsepsiyası oynamışdır. C.Bruner yaratdığı konsepsiyada biliklərin strukturu problem təlim prosesində aparıcı yerdə durur. Bu özündə biliklər sisteminin elementlərini və şagirdin inkişafını müəyyənləşdirən zəruru istiqaməti qeyd edir.
Problemli təlim ideyaları rus alimlərinin əsərlərin də XX əsrin 50-ci illərindən başlayaraq aktuallaşdı. M.A. Danilov, V.P.Yesipov 60-cı illərdən S.L.Rubinşteyn, Mençinskaya, T.V.Kudryavtsev və b.qeyd etmək olar. 3.
Problemli təlim nəzəriyyəsinin inkişafında həlledici rolu təfəkkürdə və təlimdə problem situasiyanın yaradılmasının dominantlığı təşkil edir.(A.M.Matyuşkin).
Problem təlim nəzəriyyəsinin inkişafında Azərb. alimlərindən Ə.S.Bayramov, Ə.Ə.Əlizadə, M.Ə.Həmzəyev, B.H.Əliyev, M.İ.Maxmudov və b. tədqiqatlarını qeyr etmək olar.



Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin