Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


-Fərdi temp və təlimdə idarəçilik



Yüklə 255,76 Kb.
səhifə28/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   24   25   26   27   28   29   30   31   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

-Fərdi temp və təlimdə idarəçilik
-Təlimdə texniki vasitələrdən istifadə.
Bu prinsiplər əsasında qurulan proqramlar öyrənilən predmetə dair müəyyən informasiyanın geniş əhatəsini özündə əks etdirir.
Proqramlaşdırılmış təlim ideyası özlüyündə bütün dünyada çoxsaylı tərəfdarlara malikdir. Onlar yeni proqramlar işləyib hazırlamışlar. B.F.Skinnerin modelində olduğu kimi yeniləşmiş proqramlarda təlim materialı böyük olmayan porsiyalara (hissələrə) bölünür və ciddi məntiqi ardıcıllıqla qurulur. Təlim materialının belə qurulması “proqram” adlanır. Porsiyalar (hissələr) şagirdlərə ardıcıllıqla təqdim edilir. Belə məlumatlar həm mətn, çertyoj, sxem, kadr şəklində görmə analizatoruna, həm də eşitmə analizatoruna, habelə hər ikisinə eyni zamanda ünvanlana bilər. Növbəti bilik porsiyasını (hissəsini) verməzdən əvvəl şagird müəyyən şəkildə əvvəlkini mənimsədiyini sübut etməlidir.
Sadalanan prinsiplərə əsaslanan başlıca proqram növlərini nəzərdən keçirək
Öyrədici proqramların 3 əsas növünü ayırd edirlər: xətti, şaxələnmiş və qarışıq. Xətti proqramın müəllifi B.F.Skinnerdir. Xətti proqramların çatışmazlıqları aşağıdakılardan ibarətdir:
-təlim materialının hissılərə ayrılması;
-proqramın bütün kadrlarının yerinə yetirilməsinin zəruriliyi;
- proqramda geriyə qayıdış, yəni unutma istisna edilir.
Xətti öyrədici proqramlar iştirakçılara təlim materialının 95% - ni mənimsəməyə təminat verir. Lakin onlardan təlim böyük əmək və vaxt sərf etməyi tələb edir.
Şaxələnmiş proqram N.Krauder tərəfindən irəli sürülmüşdür.
Şaxələnmiş proqramda əməliyyat kadrları seçmə prinsipinə görə qurulmuşdur. Yəni şagird ona təqdim olunan cavablardan birini seçməlidir. Seçilmiş cavaba uyğun olaraq proqram şaxələnir. Şaxələnmiş proqram xüsusiyyətlərini aşağıdfakı kimi göstərə bilərik:
-təlim materialının digər proqramlarla müqayisədə daha çox parçalara ayrılması;
-bütün kadrların yerinə yetirilməsinin məcburi olmaması, yəni təlimin fərdiləşməsi;
-proqramda geriyə qayıdışın olması.
Şaxələnmiş öyrədici proqramlar nəzəri kursu sürətlə öyrənməyə imkan verir.
Qarışıq proqramlar xətti və şaxələnmiş proqramların kombinasiyalarıdır.
Hazırda proqramlaşdırılmış təlim pedaqoji praktikada – Yaponiya, Cənubi Koreya, ABŞ və digər ölkələrdə geniş yayılmışdır.


Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin