Öyrənmənin tipləri
Öyrənməni təlim fəaliyyəti kimi müəllim tərəfindən sosial təcrübənin şagirdlərə ötürülməsi prosesi kimi səciyyələndirirlər. Əgər müəllim şagirdləri öyrətməyə çalışırsa, deməli, özünün və təlimin başlıca vəzifəsini həyata keçirir. N.F.Talızina göstərir ki, öyrənmə mütləq şəkildə müəllim və şagirdlərin ünsiyyət fəaliyyətini və müştərək fəaliyyəti özündə əks etdirməlidir.
Bəzi psixoloqların fikrincə təlim və öyrənmə bütöv təlim fəaliyyətinin elementləridir. Təlim fəaliyyətində öyrənmə motiv kimi, başqa fəaliyyətlərdə isə “ikinci dərəcəli” məhsul kimi özünü göstərir.
Öyrənmə - insan tərəfindən bilik, bacarıq və vərdişlərin qazanılması prosesi və nəticəsidir. Pedaqoji ədəbiyyatda bir neçə öyrənmə növü ayırd edilir:
1.İmprintinq mexanizmi əsasında öyrənmə. Bu öyrənmə növündə orqanizm anadangəlmə mexanizm əsasında xarici həyat şəraitinə tez və avtomatik uyöunlaşır.
2.Şərti-reflektor öyrənmə. Məs. işığa öyrənmə vasitəsilə yeməyin verilməsi Pavlov)
3.Operant öyrənmə. Bu öyrənmə bilik, bacarıq və vərdişlərin sınaq və səhvlər metodu vasitəsilə qazanılmasıdır.
4.Vikar öyrənmə.Bu başqalarının davranışını müşahidə yolu ilə dərhal mənimsənilməsidir.
5.Verbal öyrənmə. İnsanın nitq işarələr siostemi vasitəsilə yeni təcrübəni mənimsəməsidir
Təlim öyrənmədən özünün məqsədyönlülüyü və planlı xarakter daşıması ilə fərqlənir. Təlim şüurla idarə olunur, öyrənmə isə təbii olaraq heç bir məqsəd qoyulmadan da baş verə bilər.
2.Mənimsəmə və onun psixoloji komponentləri
Adətən, mənimsəmə təlim fəaliyyətinin nəticəsi kimi səciyyələndirilir. Mənimsəmə biliklərin qəbul edilməsi, fikrən işlənməsi, yadda saxlanması və əldə olunmuş biliklərin praktik və nəzəri tətbiqində istifadə olunan prosesdir. Mənimsəmənin psixoloji komponentləri məsəlkəsini ilk dəfə olaraq N.D.Levitov elmə gətirmişdir. Mənimsəmənin effektivliyini təmin edən psixoloji komponentlərə aşağıdakılar aiddir:
-Şagirdlərin təlimə müsbət münasibəti. Psixoloji tədqiqatlar göstərir ki, şagirdlərin təlimə müsbət münasibəti, təlimə müsbət münasibətin yaranmasına yaranmasına, təlim materialını praktika ilə əlaqəsi və şagirdlərin idrak – axtarış fəaliyyətinin təşkili, anlamanın emosional xarakteri və s.
-Materialla vasitəsiz şəkildə hissi tanışlıq. Buraya təsvirçilik, predmetlilik, sözlü- əyanilik daxildir. Bunlar təlimin optimallaşdırılmasına hərtərəfli təsir göstərir.
-Təfəkkür prosesinin materialın fəal işlənməsi prosesi kimi nəzərdən keçirilməsi. Burada təfəkkür proses kimi nəzərdən keçirilir.
-Alınmış və artıq işlənmiş informasiyanın yaddasaxlanması və möhkəmləndirilməsi prosesi.
Təlimin ilkin mərhələsində analiz qeyri dəqiq, tamamlanmamış, səthi olur ki, bu da səhv ümumiləşdirməyə səbəb olur Bu cür səhv ümumiləşdirməyə GENERALİZASİYA deyilir.
Generalizasiyanın yaranma səbəblərini İ.F.Demidova aşağıdakı kimi qruplaşdırır.
1.Şagirdlərin məişət təcrübəsinin təlimdə yiyələnmə anlayışların ilkin ümumiləşdirmələrə təsiri
2.Şagirdin hissi qavrayışından irəli gələn təsirlər. Əyani, zahiri, təsadüfi əlamət tez qavranıldığına görə ümumiləşdirmə zamanı generalizasiya hadisəsi baş verir.
Mənimsəmənin dörd mərhələsini ayırd edirlər: -təlim materialı ilə tanışlıq
-mənalandırma
-yaddasaxlama
-praktikaya tətbiq etmə.
Nimsəmənin nəticəsi bilik, bacarıq və vərdişlərin qazanılması ilə ölçülür. Bilik təlimin məzmununun nüvəsini təşkil edir. Biliklərin əsasında şagirdlərdə bacarıq və vərdişlər formalaşır. Əqli və praktik hərəkətlər təşəkkül tapır və biliklər şagirdlərin dünyagörüşü, inamları və estetik baxışlarının əsasını qoyur.
Biliklərin mexaniki yaddasaxlanması prinsipinə əsaslanan ənənəvi təhsilin paradiqmalarından fərqli olaraq müasir dərs bir növ təfəkkür keyfiyyətlərinin inkişaf etdirilməsi prinsiplərinə əsaslanır.
Qeyd etmək lazımdır ki, müasir dünyada texnoloji yeniliklərin sürətlə artması, şagirdlərdən və peşə sahiblərindən çeviklik tələb edir. Bu isə daha çox təfəkkür keyfiyyətlərinin inkişaf etdirilməsini tələb edir. Lakin bununla belə hafizənin rolu burada azaldıla bilməz. Çünki bütün psixi proseslərin effektiv təzahürü hafizə amili ilə birbaşa bağlıdır. Ancaq hafizə lazımsız biliklərlə doldurulmamalıdır.
Mənimsənilən bilik şagird üçün şəxsi məna kəsb etməlidir.Dərsdə nəyinsə kəşf olunması bilavasitə şagirdlərlə müştərək fəaliyyətdə həyata keçirilməlidir.
Dostları ilə paylaş: |