MÖVZU XII. MÜƏLLİM ŞƏXSİYYƏTİ VƏ MÜƏLLİMİN PEDAQOJİ USTALIĞININ PSİXOLOJİ ƏSASLARI
PLAN: 1.Müəllim şəxsiyyəti və ona verilən tələblər 2.Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə rolu 3.Müəllimin pedaqoji bacarıq və qabiliyyətləri 4.Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı psixloji çətinliklər
ƏDƏBİYYAT 1.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı., “Maarif”, 1991 2.Əliyev B., Əliyeva K., Cabbarov R. Pedaqoji psixologiya.Bakı., 2011 3.Əlizadə Ə.Ə.,Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı., 2010 4.Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı., 1998 5.Əliyev B.H. Müəllim – tələbə münasibətlərinin təlim prosesinə təsiri. Bakı., 1998 6.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı., 2002 7.Выготский Л.С. Педагогическая психология. М., 1996 8.Мананникова Е.Н. Педагогическая психология. М., 2008
Müəllim şəxsiyyəti və ona verilən tələblər
Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazımi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısında qoyduğu sosial sifarişi həyata keçirə bilməz. Axı cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Müəllim isə cəmiyyətin bu “qiymətli sərvətini” pedaqoji fəaliyyət prosesində yetişdirir, cəmiyyət üçün yararlı vətəndaş kimi formalaşdırır.
Pedaqoji fəaliyyətin müvəffəqiyyəti üçün hər bir müəllim təbiət və cəmiyyət haqqında dərin biliklərə yiyələnməklə, yüksək inam və yüksək ideyalılığa görə fərqlənməklə yanaşı bir sıra mühüm keyfiyyətlərə də malik olmalıdır. Psixoloji ədəbiyyatda həmin keyfiyyətlər aşağıdakı kimi xarakterizə olunur:
1.Hər bir müəllim öz fənnini dərindən yiyələnməli;