Mövzu pedaqoji psixologiyanin predmeti, VƏZİFƏLƏRİ, TƏDQİqat metodlari və başqa elmləRLƏ ƏlaqəSİ


Şagirdlərin özünütərbiyəsinin təşkili



Yüklə 255,76 Kb.
səhifə74/98
tarix03.06.2023
ölçüsü255,76 Kb.
#124649
1   ...   70   71   72   73   74   75   76   77   ...   98
Pedaqoji psixologiyadan mühazirələrYeni)

Şagirdlərin özünütərbiyəsinin təşkili. Özünütərbiyə o qədər də asan proses deyildir. O, özü­nüidarənin yüksək forması olduğuna görə şagirdlə­rin bu işi asanlıqla yerinə yetirəcəklərini guman etmək olmaz. Ona görə də bu sahədə onlara kənardan, tərbiyəçilər tərəfindən köməklik göstə­rilməsi, is­tiqamət verilməsi zəruridir. Özünütər­­biyə­­nin, bunun­la da əlaqədar ümumiyyətlə tərbiyənin səmə­rəliyi öz üzərində işləyən şagirdlərlə həmin işin təşkili, onlara istiqamət verilməsi və köməklik göstərilmə­sindən çox asılıdır.
Şagirdlərin özünütərbiyəsini təşkil edərkən, birinci növbədə kollektiv qarşısında bu cür məqsə­din qoyul­masından başlamaq lazımdır. Sosial psixo­logiyadan aydındır ki, insanların ümümi işdə təma­sı və vəhdəti nə qədər güclü olarsa, onların qar­şılıqlı təsiri bir o qədər səmərəli xarakter da­şıyar. Buradan isə aydın olur ki, əgər kollektivdəki bir neçə adam, xüsusilə kollektiv üzvlərinin hamı­sının hüsni rəğbətini qazanan adamlar öz üzərlə­rində işləməyə, özünütərbiyə ilə məşğul olmağa baş­layarlarsa, bu hal kollektivin başqa üzvlərinə də mütləq sirayət edəcəkdir.
Adətən, kollektiv vasitəsilə ayrı-ayrı şa­girdlərin qarşısına özünütərbiyə öhdəliyi qoyul­ması da bu işin səmərəli nəticə verməsinə səbəb olur. Bu tədbir o zaman daha çox təsirli xarakter daşıyır ki, yarış şərtlərinə daxil edilsin və bu işə sinfin fəalları nəzarət etsinlər.
Sinif kollektivi ilə özünütərbiyə işini təş­kil edərkən təkcə onların qarşısına özünütərbiyə məqsədi qoymaqla məhdudlaşmamalı, bu işin səmərəli yollarını tapmaqda da onlara köməklik göstərməli­dir. Birinci növbədə şagirdi uzun və ya qısa müddət ərzində öz üzərində aparacağı işlə əlaqədar vəzifə­ləri dəqiq müəyyənləşdirməyə, birinci növbədə özünü­tərbiyənin həyata keçirəcəyi vəzifələri qeyd etməyə və həmin işi dönmədən yerinə yetirməyi öyrətmək la­zımdır. Əgər şagirddə özününəzarət zəifdirsə, bu key­fiyyəti onda aşılamaq zəruridir. Çünki o, özünə­nəzarət edə bilməzsə özünütərbiyə də istənilən səviy­yədə həyata keçə bilməz. Bu işə kollektivin dostca­sına nəzarəti də köməklik göstərməlidir.
Heç olmazsa kiçicik bir müvəffəqiyyətin əldə edilmə­si özünütərbiyəni səmərələşdirmək üçün ol­uqca böyük əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə kollektivə köməklik göstərmək olduqca vacibdir.
Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müs­bət ictimai rəyin yaranması da bu işin müvəff­əqiyyəti üçün faydalıdır.
Nəhayət, şagirdlərin özünütərbiyəsinə istiqa­mət verən müəllimin özünün bu sahədə nümunə göst­ərməsi, daim özünün pedaqoji ustalığını və şəxsiy­yətini təkmilləşdirməsi həmin işi müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir.
Bütün dediklərimizdən aydın olur ki, müəllim şa­girdlərin özünütərbiyəsinə ciddi rəhbərlik etmə­lidir. Bu zaman o dörd vəzifənin həyata keçirilmə­sinə fikir ver­məlidir.
Birinci vəzifə, şagirdlərin özlərində şəx­siyyətin müs­bət keyfiyyətlərini inkişaf etdirmələri və öz davranışındakı bu və ya digər nöqsanı aradan qaldırmalarına cəhd gös­tərməyi oyatmaq (və ya dəyiş­mək). Əgər belə cəhd yoxdursa bunu misallar əsasında şagirdə başa salmaq, onlarda inam yaratmaq zəruri­dir.
İkinci vəzifə, şagirdin öz şəxsiyyətinə tən­qidi yanaş­­masına, öz davranışının xüsusiyyətlərini təhlil edə bil­mə­sinə, öz qüsurlarını göstərməsi və dərk etməsinə kö­mək­­lik göstərmək.
Üçüncü vəzifə, müəllim, tərbiyəçi şagirdin özünü­tərbiyə proqramını tərtib etməsinə, hansı key­fiyyəti inkişaf etdirmək lazım gəldiyini, hansıla­rı isə aradan qaldırmağın zəruri olduğunu müəy­yənləşdirməsinə köməklik göstər­məlidir.
Dördüncü vəzifə, müəllim, tərbiyəçi şagird­ləri özünü­­tərbiyənin ən səmərəli, düşünülmüş yol­ları, priyomları ilə silahlandırmalıdır.

Yüklə 255,76 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin