Məktəb psixoloqunun əsas fəaliyyət növlərinə aşağıdakılar aiddir: 1.Psixoloji maarifləndirmə - pedaqoji kollektivin, şagirdlərin və valideynlərin psixoloji biliklərlə məlumatlandırılmasını nəzərdə tutur.
2.Psixoloji profilaktika – psixoloq psixi inkişafdan və şəxsiyyət kimi inkişafdan geri qalan şagirdlərlə daimi surətdə işləməlidir.
Psixoloji korreksiya – psixoloqun müəllimlər, şagirdlər və valideynlərlə onların probleminin həllində kömək göstərməsindən ibarətdir.
4.Psixodiaqnostika – psixoloqun şagirdin daxili dünyasına əsaslı şəkildə nüfuz etməsində, şagirdin sonrakı korreksiya və ya inkişafında əsaslı nəticə əldə etməsində, eləcə də psixoloqun şagirdlə həyata keçirdiyi işin profilaktik və konsultativ effektivliyində ifadə olunur.
5.Psixokorreksiya –şagirdin psixi və şəxsi inkişafındakı sapmaların aradan qaldırılması şəklində təzahür edir;
6.Şagirdlərin qabiliyyətlərinin inkişafı və şəxsiyyətlərinin formalaşması sahəsində iş sistemi. Məktəb psixoloqunun əsas fəaliyyət növlərindən biri də psixodiaqnostik fəalıiyyətdir. Psixodiaqnostik fəaliyyət təlim – tərbiyə prosesinin bütünlükdə təkminləşdirilməsinin və ayrı – ayrı şagirdlərlə işin optimal forma və və metodlarının seçilməsi və hər bir sinif kollektivinin psixoloji imkanları haqqında informasiya verir.
Psixodiaqnostik fəaliyyətdə kollektivin əsas xüsusiyyətlərinə, eləcə də onların öyrənilməsinə imkan verən metodlara nəzər yetirək: -Qrup üzvlərinin davranış və fəaliyyətinin uzlaşmasına gətirib çıxaran qrup inteqrativliyi;
- Yönəlişlik – sinfin məqsədlərinin, maraqlarının və əxlaqi dəyərlərin məcmusu;
-Təşkilatçılıq – təşkilatçı liderlərin irəli sürülməsi;
-Hər bir şagirdin təşəbbüskarlığını və yüksək dərəcədə məsuliyyətini əks etdirın fikir və hərəkətlərin uzlaşması;
-Psixoloji iqlim-bu və ya digər psixoloji əhval – ruhiyyənin yüksəldilməsi;
-Emosional bütövlük – uğur və uğursuzluqların bütün kollektivdə açıq – aydın hiss olunması.
Məktəb psixoloqunun qarşılıqlı təsir sistemini özündə əks etdirən fəaliyyət növlərindən biri də psixokorreksiyadır. Psixoloqun fəaliyyətində aşağıdakılar ifadə olunur:
-Müəllimin məktəb psixoloqu ilə əməkdaşlığı sayəsində həyata keçirilən psixokorreksiyanın müəyyən olunması;
-Şagirdlərin, müəllimlərin və valideynlərin fərdi – psixoloji konsultasiyalarının həyata keçirilməsi
-Müəllim və şagirdlər üçün xüsusi mühazirələrin, seminarların və treninqlərin keçirilməsindən ibarət olan maarifləndirmə işlərinin təşkili.