Mövzu: Qədim şərqdə fəlsəfi fikir



Yüklə 17,44 Kb.
tarix26.11.2022
ölçüsü17,44 Kb.
#70732
felsefe 2


AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI
«HUMANİTAR FƏNLƏR » kafedrası
«FƏLSƏFƏ» fənni
Sərbəst iş- 2

Mövzu: Qədim şərqdə fəlsəfi fikir




Kurs: 1
Qrup: 052A1
Tələbə: A.Rəhimov
Rəhbər: A.Fətəliyev


Bakı –2022
Fəlsəfə xüsusi bilik sahəsi kimi 2500 il bundan öncə Qədim Şərqdə - Misirdə, Babilistanda, Hindistanda, Çində, Azərbaycanda meydana gəlmiş və inkişaf etmişdir. Lakin bir sıra tədqiqatçılar, xüsusilə Qərbdə geniş yayılmış avropasentrizm cərəyanının (avropamərkəzçi) nümayəndələri bu fikri inkar etmiş, Qədim Şərq ölkələrində fəlsəfi fikrin yaranmasının mümkün olmadığını əsaslandırmağa çalışmış-lar. Onların fikrincə, Şərq xalqlarının dünya və insan haqqında fikirləri daha çox mifoloji-dini xarakter kəsb etmişdir.
Bu fikirlə müəyyən dərəcədə razılaşmaq olar. Belə ki, istər Şərqdə, istərsə də Qərbdə fəlsəfi ideyaların mənbələr mifologiya və din ilə bağlıdır. Qədim Yunan fəlsəfəsinin ilkin dövrlərində də mifoloji-dini düşüncə tərzi özünü büruzə vermişdir. Həmçinin bu fikirlə də razılaşmaq olar ki, fəlsəfə ən qədim bilik sahəsi kimi Qədim Şərqdə yaransa da, məhz e.ə.VII-VI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir.
Lakin digər bir tarixi faktı xüsusi ilə qeyd etmək lazımdır ki, dəqiq elmlərin, o cümlədən təbiəti, kosmosu öyrənən bir sıra bilik sahələrinin vətəni Qədim Şərqdir. Şərqin müdrik mütəfəkkirləri öz fəlsəfi fikirlərini, müddəalarını sübut edərkən, bu elmlərin əldə etdikləri nailiyyətlərdən istifadə etmişlər. Həmçinin Qədim Yunan filosoflarının bir çoxu öz ilkin fəlsəfi və elmi biliklərini buradan götürdüklərini etiraf etdiklərini bildirdikləri halda, görəsən nə üçün fəlsəfə Qədim Şərqdə yarana bilməzdi?
Bunun əsas səbəblərindən bir ondan ibarətdir ki, Qədim Şərqin fəlsəfi fikir tarixi əsasən qərb və rus alimləri tərəfindən tədqiq edilmişdir. Həmçinin Şərqin elmi və fəlsəfi biliklərini qeyri-obyektiv tədqiq edən tədqiqatçılara vaxtında lazımi cavablar verilməmişdir.
Qeyd etmək lazımdır ki, avropasentristlərin bu mövqeyi təksə fəlsəfəyə deyil, eləcə də digər bilik sahələrinə, o cümlədən elmə, ədəbiyyata, incəsənətə və bütövlükdə sivilizasiyaya şamil edilir. Avrosentrizm nəzəriyyəsinə əsasən elmin, incənətin, ədəbiyyatın, fəlsəfənin və başqa həqiqi sərvətlərin, zənginliklərin inkişafı yalnız Avropanın adı ilə bağlıdır. Lakin maarifçilərdən başlayaraq, Avropanın qabaqcıl mütəfəkkirləri avropasentrizmə mənfi münasibət bəsləmiş və vahid ümumbəşəri, mədəniyyət tarixi haqqında ideyalar irəli sürmüşlər.
Ümumiyyətlə, fəlsəfə yarandığı gündən bu kimi suallara cavab axtarır: dünya, kainat necə qurulub? Varlığın, təbiətin mahiyyətini təşkil edən nədir ? Mənəvi və maddinin, ideal və real olanın bir-birinə münasibəti necədir ? Həqiqət nədir ? Xeyir və şər, gözəllik və eybəcərlik nə deməkdir ? İnsanı narahat edən bu kimi əbədi suallara cavab axtarmaq cəhdi onun dünyada öz yerini və mövqeyini müəyyən etmək zərurətindən yaranmış və Qədim Şərqin mütəfəkkirlərini də çox düşündürmüşdür.
Qədim Şərqdə gündəlik praktiki tələbatlar, təbiətin, cəma cisimlərinin üzərində aparılan daimi müşahidələr bir sıra elm sahələrinin – riyaziyyatın, həndəsənin, mexanikanın, kosmologiyanın, astronomiyanın və s. bu kimi elmlərin yaranması və inkişafına zəmin yaratmışdır. Bütün bu elmlərin inkişafı nəticəsində ətraf aləmə mifoloji-dini baxış məntiqi olaraq öz yerini fəlsəfə verməli idi. Görəsən nəyə dünya mədəniyyətinə bu qədər elmi biliklər bəxş edən qoca Şərq ətraf aləmin, dünyanın fəlsəfi dərk edilməsi məsələsində Qərbdən geri qalmalı idi.
Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen Laertli özünün “Məşhur filosofların həyatı, təlimləri və deyimləri haqqında”əsərində İran mağlarının (zərdüştilərin) insan, cəmiyyət, ədalət, xeyirxahlıq haqqında fikirlərinin yunan filosoflarına böyük təsir göstərdiyini bildirmişdir. Deyilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, fəlsəfənin mənşəyi heç də bəzi Qərb tədqiqatçılarının qeyd etdiyi kimi Antik Yunanıstanla deyil, əslində Qədim Şərqlə bağlıdır. Ona görə də avropasentristlərin Qədim Şərq fəlsəfəsi ilə bağlı iddiaları əsassızdır.
Doğrudur, Şərq haqqında onun fəlsəfəsi, mədəniyyəti və incəsənəti haqqında düzgün, obyektiv fikirlər yürüdən alimlər də az deyildir. Məsələn, “Qərb və Şərq” kitabının müəllifi N.İ.Konrad çox haqlı olaraq yazır ki, əzəldən qabaqcıl və əzəldən geri qalmış xalqlar yoxdur. Şərqin və Qərbin böyük sivilizasiyalı xalqları öz tarixlərində irəliyə doğru bəzən sürətli və bəzən də yavaş hərəkət etmiş, yaxud da tamamilə dayanmışlar ki, bu da onların müvəqqəti geridə qalmasına gətirib çıxarmışdır. Elə buna görə də heç kimin özünü xüsusi, başqasından üstün olan xalq hesab etməyə haqqı yoxdur.
Klassik Alman fəlsəfəsinin tanınmış nümayəndələrindən biri olan Hegel də ümumdünya tarixi prosesi izah edərkən qeyd etmişdir ki, “mütləq ruh” Şərqdən Qərbə doğru hərəkət etmiş və onun qədəm qoyduğu cəmiyyət çiçəklənmişdir.
Qeyd etmək lazımdır ki, Şərq fəlsəfəsi Avropa fəlsəfəsinə oxşamayan bir mədəniyyət hadisədir. Belə ki, Şərq sivilizasiyası Avropa sivilizasiyasına bənzəməyən unikal inkişaf yolu keçmişdir. Ona görə də Şərq fəlsəfi, əxlaqi və dini təlimlərinin tipologiyasını Avropa fəlsəfi, əxlaqi və dini təlimlərinin təsnifatı ilə eyniləşdirmək düzgün olmazdı. Şərqdə təlimlər əxlaqi, elmi və dini təlimlər kimi yaranmışdır. Fəlsəfi təlim statusunu isə Avropa şüuru baxımından əldə etmişdir. Bu isə heç nəyi dəyişmir. Çünki Şərq təlimlərinin adından asılı olmayaraq insan varlığına aid suallara cavab kimi formalaşan fikirlər mühüm yer tutmuşdur.
Hər hansı bir mədəniyyətdə tez və ya gec fəlsəfi ideyalar formalaşır ki, bu da fəlsəfənin müstəqil mədəni hadisə kimi formalaşması işinə xidmət edir. Fəlsəfi ideyalar mədəniyyətin, incəsənətin və dinin daxilində “əriyə” də bilir. Şərqdə uzun əsrlər boyu bu proses getmişdir. Lakin həmin təlimlərdə, onun hansı ad altında təqdim edilməsindən asılı olmayaraq fəlsəfi problemlər, o cümlədən varlıq, zaman, ilk element, materiyanın mahiyyəti və s. məsələlər nəzərdən keçirilmişdir. İlk fəlsəfi nəzəriyyələrin əsasında şəklini dəyişmiş miflər durmuşdur. Bu baxımdan Şərq fəlsəfi fikrinin Antik və Avropa fikrini nə qədər qabaqladığı aydın olur. Şərq fəlsəfi fikri Avropa fəlsəfi fikrinin mənbəyi rolunu oynamışdır.
Şərq fəlsəfi fikrinin dünya fəlsəfi fikrinin başlanğıcı kimi götürülməsi danılmazdır. Bəşəriyyətin uşaqlığı və gəncliyi Şərqdə keçmiş, kövrək yetkinlik və müdriklik səviyyəsinə Şərqdə yüksəlmiş, biliklərin sistemləşməsi, mücərrədliyin praqmatikliyə çevrilməsi Qərbdə başa çatmışdır. Burada avropasentizmə cavab olaraq, yaranan asiyamərkəzçilərin bir fikrini yada salmaq yerinə düşərdi. Belə ki, onların fikrincə, Qərb yeni heç nə yaratmayıb, yalnız Şərqin yaratdığı mənəvi və mədəni irsə yiyələnmişdir.
Şərqin qədim və zəngin mənəvi irsini öyrənmək üçün Qədim Misir, Babilistan, Hind, Çin və Azərbaycanın fəlsəfi fikir tarixinə müraciət edək.
Yüklə 17,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin