MÖvzu. «Qender» anlayişi və SƏNƏTŞÜnasliqda onun rolu



Yüklə 88.15 Kb.
PDF просмотр
tarix10.07.2017
ölçüsü88.15 Kb.

 

 

MÖVZU. «QENDER» ANLAYIŞI VƏ SƏNƏTŞÜNASLIQDA ONUN  



    ROLU 

 



 

Qender nəzəriyyəsinin predmeti, məqsədləri və əsas anlayışları, qender problematikasının əsas aspektəlri.  

 



İncəsənət nəzəriyyəsi və tarixinin feminist tənqidinin inkişafının problemi.  

 



İncəsənətdə qadın peşəkarlığının qender aspektləri.  

 

Hal-hazırda xarici və Azərbaycan tədqiqatçılarının nəzərini, ictimai-siyasi və humanitar elmlərin 



qender problemləri daha çox cəlb edir. Qender tədqiqatlarının aparılması, təkcə mövcud təsəvvürlərin 

korrelyasiyasına kömək etmir, onlar həmçinin az öyrənilmiş problemlərin həllini nəzərdə tutur, onların 

dərk edilməsinə yanaşmanı  əsaslı surətdə  dəyişdirir. Biliyin spesifik sahəsi olan qender problematikası 

eyni zamanda müxtəlif elmlərə və fənnlərə nüfuz edərək, hərcəhətli universal əhəmiyyət kəsb edir. Son 

zamanlar «qender» anlayışının populyarlaşması və geniş yayılması cəmiyyətdə sosial rolların müəyyən 

cinsə  məxsusluğundan asılı olaraq, bölüşdürülməsi ilə bağlı problemlərin aktuallaşmasından irəli gəlir. 

Cəmiyyətdə demokratik dəyərlərin möhkəmləndirilməsi və inkişafı insanın cinsi, dini etiqadı, milliyəti, 

sosial statusu və s. asılı olmayaraq, cəmiyyətin bütün üzvlərinin maraqlarını reallaşdırmaq üçün bərabər 

şəraitin yaradılmasını tələb edir.  

Qender tədqiqatları «cinslər fəlsəfi» adlandırılır, çünki burada cinslərarası münasibətlərin 

mexanizminin açıqlanması, onların bir-birinə qarşılıqlı  təsiri, cəmiyyətdə cinslərin sosial rolların aşkar 

edilməsi, onlar arasında mövcud olan və  bəşəriyyətin tarixi inkişafında mühüm rol oynayan fərqlərin 

müəyyən edilməsi nəzərdə tutulur. Hazırkı kurs sənətşünaslığın qender aspektlərinə həsr olunub. Onun 

çərçivəsində mühüm və aktual problemlər açıqlanır verilir. Lakin «qender» və  sənətşünaslığın xüsusi 

problemlərini araşdırmazdan  əvvəl, qender anlayışına, qender tədqiqatçıları  və aspektlərinə diqqət 

yetirmək lazımdır.  

İctimaiyyətşünaslıqda qender yeni anlayışlardan biridir. Bu anlayış  təşəkkül, yeni məzmunla 

zənginləşmə, kateqoriya

 – 

anlayış aparatında öz yerini müəyyənləşməsi mərhələsindədir. Bu termin 



ingilisdilli ədəbiyyatdan götürülüb və cins, nəsil deməkdir: bioloji və sosial müxalifətini təsvir edir.  

Həmin terminin elmi mühitə daxil edilməsi bir neçə  məsələnin, o cümlədən təhlilin bioloji 

səviyyədən sosial səviyyəyə keçirilməsi, «cinslərin təbii vəzifəsi» postulatından imtina edilməsi, cins 

anlayışının milliyət, sinif, irq kimi kateqoriyalara məxsusluğunun göstərilməsi məsələlərinin həllinə 

kömək etdi.  

Qender, kişi və qadının şəxsiyyət və davranış xüsusiyyətləri barədə təsəvvürlərin məcmusudur. Bu 

xüsusiyyətlər ayrı-ayrılıqda götürüldükdə, qadınlığı (feminliyi) və kişiliyi (maskunliyi) müəyyən edir. 

«Qender» termini «cins» terminindən fərqli olaraq, ambivalentdir və daha dəqiq «sosial cins» kimi 

tərcümə edilə bilər. Bu halda sosial cins bioloji cinsdən fərqli olaraq konkret mədəniyyətə  məxsus 

müəyyən cinsi rol davranışı  tərbiyəsinin nəticəsidir. Başqa sözlə, bu termin cinslərarası sosial fərqləri 

nəzərə çarpdırır. Bioloji fərqlərdən qeyri, kişi və qadınlar arasında sosial rolların, fəaliyyət növlərinin 

ayrılması, davranış, psixologiya, təfəkkür, ətraf aləmin dərketməsinin müxtəlifliyi mövcuddur.  

Qender yanaşmasına görə kişi və qadınların davranışında və görüşlərindəki fərqlər bir o qədər 

onların fizioloji xüsusiyyətləri ilə deyil, nə qədər ki, tərbiyə və bir mədəniyyətdə kişiliyin və qadınlığının 

məğzi haqqında yayılmış təsəvvürlər kimi sosial amillərlə müəyyənləşir.  

İnsanın bu və ya digər cinsə  məxsusluğu  şəxsiyyətin bəzi davranış normalarını, baxışlarını 

şərtləndirir, müxtəlif sosial rolları qabaqcadan müəyyən edir. Bununla belə bu davranış normaları 

universal deyil, onlar bir çox sosial və qeyri-sosial (coğrafi, iqlim) amillərin təsiri altında müxtəlif 

cəmiyyətlərdə  və  həmin cəmiyyətlərin inkişafının müxtəlif mərhələlərində  fərqlənir.  İrq, sinif, sosial-

iqtisadi inkişaf səviyyəsi, mentalitet, mədəniyyət – bunlar hamısı sosial mövqelərin bölüşdürülməsinə 

təsir edir. Bioloji cinsdən fərqli olaraq qender dinamikdir, dəyişə bilir, çünki kişi və qadınların sosial rolu 

həmişəlik müəyyənləşə bilməz. (1) 

Qender mürəkkəb sosial konstruktdur: rollarda, davranışda, kişilik və qadınlıq arasındakı əqli və 

emosional xarakteristikalarda cəmiyyət tərəfindən qurulan fərqlərdir. Bu, nəinki cinslərin 

şəxsiyyətlərarası ünsiyyətini və qarşılıqlı  əlaqəsini səciyyələndirən, həmçinin cəmiyyətin  əsas 

institutlarında onların münasibətlərini də şərtləndirən cinslər arası sosial münasibətlərin modelidir.  



 

 

Qender, digər parametrlərlə yanaşı sosial sistemi təşkil edən cəmiyyətin sosial strukturunun baza 



ölçülərindən biridir. Bu, imkan verir ki, qenderə, bütün sosial sistemin nizamlanmasını  tələb edən 

cəmiyyətin sosial strukturunun vacib göstəricilərindən birinə kimi baxılsın. Qender məxsusluğunun dərk 

edilməsi, cəmiyyət tərəfindən yaradılmış cinslər arası fərqlərə əsaslanan quruluşun elementidir.  

Qender tədqiqatları, sosial dəyişikliklərin və hakimlik sistemlərinin təhlili üçün qender yanaşması 

imkanlarını reallaşdıran fənnlərarası  tədqiqatçılıq təcrübəsidir. Fəlsəfə  və ümumi humanitar fikir XX 

əsrin ərəfəsində cinslərin qarşılıqlı əlaqəsi və qadın məsələləri adlandırılan problemləri barədə yeni fikir 

söylədi. Cəmiyyətin  ən aktual problemləri – hakimiyyət, zorakılıq, özünüdərk, postsənaye cəmiyyət 

şəraitində insan azadlığı  və sosial rolların cinsi eyniləşdirilməsi problemləri kimi cəmiyyətin qarşısına 

qoyuldu. Bir çox fəlsəfi problemlərə – insan mahiyyəti, məna və  vəzifələri, insan varlığının zaman və 

məkanı kimi problemlərə qender ölçüləri tətbiq edildi. Bu vəziyyətin dərk edilməsi bütün dünyada geniş 

vüsət alan qender araşdırılmalarda öz əksini tapdı. Qender tədqiqatlarının fənnlər arasında olması həm 

konkret problemlərin tədqiqi səviyyəsində, həm də ümumiyyətlə  cəmiyyətin inkişafında qender 

assimmetriyasının əsaslandırılması səviyyəsində özünü büruzə verir. Qender tədqiqatlarına cəlb olunan 

elmlərin  əhatəsi çox genişdir

 – 

fəlsəfə, sosiologiya, iqtisadiyyat, demoqrafiya, tarix, antropologiya, 



psixologiya, politologiya, etnoqrafiya, kulturologiya, sənətşünaslıq öz müstəsna  əhəmiyyətinə görə 

qender tədqiqatları artıq bu gün praktikaya və  təhsil təcrübəsinə geniş  tətbiq edilməlidir. Qender 

tədqiqatları qadın tədqiqatları ilə  sıx bağlıdır. Qender nəzəriyyəsi fəlsəfi, sosioloji, psixoloji, kulturoloji 

nəzəriyyələrin məcmusu olan və qadın hüquqları naminə geniş ictimai cərəyanı  əhatə edən feminizm 

əsasında inkişaf etmişdir. XX əsrin ortalarından Qərbdə  hər yerdə xüsusi proqramları olan qadın 

tədqiqatları mərkəzləri yaradılırdı. Onların əsas vəzifəsi qadınların nöqteyinəzərindən qadın məsələsinin, 

qadın təcrübəsinin öyrənilməsi idi. Qender tədqiqatları  və  nəzəriyyəsi qadın tədqiqatlarının məntiqi 

davamına və nəticəsinə xidmət edirdi.  

Qender tədqiqatlarının mərkəzində adətən qadınların hüquq bərabərsizliyi probleminin olması 

faktı, qender nəzəriyyəsinin qeyri-populyarlığına və  hətta ona qarşı  mənfi münasibətinin yaranmasına 

səbəb olmuşdur. Qadın rolunun cəmiyyətdə artması, onun sosial statusunun yüksəlməsi sahəsindəki 

böyük nailiyyətlərə baxmayaraq, bir çox kişilər tərəfindən feminizmə bu günə qədər skeptik, qeyri-ciddi 

münasibət bəslənir. Bir çoxları üçün feminizmin nəzəriyyəsi ilə assosasiya olunan qender tədqiqatlarına 

da belə qabaqcadan hasil olmuş yanlış münasibət mövcuddur.  

Qenderin femininlik nişanı altından çıxmasına maskunlinliyə diqqətin artırılması kömək etdi. 

Halbuki məhz feminist tədqiqatları maskulin tədqiqatların aktuallığına maraq oyatmışdı. Müəyyən 

olunmuşdur ki, cəmiyyətdə yalnız qadınların deyil, kişilərin də öz, hərdənbir çox mürəkkəb və  kəskin 

olan problemləri mövcuddur. Bu tədqiqatlar göstərdi ki, kişili və qadınlığın bir-birilə  əlaqəsindən 

qarşılıqlı  təsiri və müqayisəsindən kənar, ayrıca öyrənilməsi, həm kişilər, həm də qadınlar üçün eyni 

dərəcədə əhəmiyyətli və səciyyəvi olan xüsusiyyətləri spesifik, fərdi xüsusiyyətlər kimi qələmə verərək, 

yanlış obraz yaradır, sistemlilik prinsipi

 – 


sosial faktın daxil olduğu tam sistemdən asılılığı prinsipini 

pozur.  


Qender tədqiqatlarının vacib istiqaməti yalnız qadın problemlərinin deyil, həm də kişi 

problemlərinin araşdırılmasıdır. Qender problemlərinin çoxplanlılığı  və mürəkkəbliliyi onların bütün 

cəmiyyət çərçivəsində öyrənilməsi və həllinə kompleks yanaşmasını tələb edir.  

90-cı illərdə qender anlayışı feminizmin və sosiologizmin hüdudlarından kənara çıxsa da onlarla 

genetik əlaqəsini itirmədi. Bu zaman həmin anlayış onun cinsin ümumi kateqoriyasının ekvivalenti kimi 

istifadə edilməsinə meyl göstərən müxtəlif elmlərin predmeti sahəsində spesifik səslənmə oldu.  

Beləliklə, qender tədqiqatları bir o qədər qadın problemləri deyil, nə  qədər ki, iki ziddiyyətin 

ayrılmaz birliyində  cəmiyyətin potensialının artmasına kömək edən cinslər arasında harmoniyaların 

axtarışı  təcrübəsidir. Cinslər arasında cəmiyyətdə mövcud olan cinsi rol tipləri bölgüsünün 

dəyişdirilməsi, köhnəlmiş sosial bünövrənin və stereotiplərin dağılması prosesidir. Qadınla kişi 

arasındakı köhnə, patriarxal tipli münasibətlər yeni, eqalitar tipli münasibətlərlə  əvəz olunur və bu 

münasibətlər hakimlik və tabelik üzərində deyil, cəmiyyətdə və ailədə bir-birini qarşılıqlı tamamlama və 

bərabərlik üzərində qurulur. Cinslər arasında bərabərlik prinsipinin eqalitar anlaşılması  şəxsiyyətin 

özünü realizə etməsi üçün tam bərabər imkanlara əsaslanan daha yaxşı inkişaf etmiş mürəkkəb 

cəmiyyətə doğru hərəkət etməkdir.  


 

 

İncəsənət tarixi və  nəzəriyyəsi humanitar biliyin elə sahələrindən biridir ki, burada ənənəvi 



(patriarxal) yanaşmalar və klassik sənətşünaslığın dəyərləri hələ  də üstünlük təşkil edir və böyük 

çətinliklə aradan qaldırılır. XIX-XX əsrlərin bədii tənqidçilərinin estetik fikirləri və kanonik mülahizələri 

elə bir nəzəri  əsas təşkil edirdi ki, ona, həm klassik, həm də müasir incəsənətin təhlili və  tənqidi üçün

təfsirin ənənəvi modellərindən və arxaik dildən istifadə edən bir çox müasir sənətşünaslar hələ də istinad 

edirlər. Müasir sənətşünaslar  ədəbiyyatda və incəsənətdə hökm sürən qadınlıq və kişilik nisbətində 

qender bərabərsizliyinin olmasını  nəzərə almırlar.  İncəsənət  əsərləri qalib gələn kişilərin, döyüşçülərin, 

mütəffəkkirlərin, siyasətçilərin və maraq dairəsi məhəbbət, ailə, seks sferası ilə bağlanan qadın 

nümunələrindən ibarətdir.  

Klassik təhsil almış postsovet sənətşünaslarından bir çoxu, həm qərb, həm ölkə incəsənəti 

tarixində, həm də ümumiyyətlə mədəniyyət tarixində qadının hüquq bərabərsizliyi barədə fikirlə heç cür 

razılaşa bilməzdi. Axı o necə hüquqca bərabərsiz ola bilərdi: əsrlər boyu incəsənətin bütün növləri, ancaq 

qadın gözəlliyini tərənnüm edir, analıq və xeyirxahlıq ideyalarını  tərifləyirdi. Onların təsəvvürlərində 

qadın ilhamverici muza, dinməz-söyləməz görünüş alan canlı model və eyni zamanda pərəstiş obyekti 

rolunda çıxış edir, Halbuki yaradıcı rol kişiyə ayrılır. Yaradıcının amiranə  təyinedici mövqeyi qadını 

incəsənətlə bağlayan münasibətlərin çoxluğu faktını üstələyir. Yaradan kişi  əllərində qadınlıq bir növ 

materiala çevrilir ki, kişi onda öz «mən»ini ifadə edir. Kişilik və qadılnıq anlayışları arasındakı fərqlərin 

dərk edilməsi həmişə patriarxat, maskulinist, yəni kişi mədəniyyəti və onun iyerarxik sıraları hər hansı 

estetik dəyərlərin interval ölçüsü olması barədə qəlbin aprior fikri mövqeyindən həyata keçirilib. Əlbəttə, 

ənənəvi mədəniyyət paradiqmalarından və xarakteristikalarından istifadə olunduğu halda, hər hansı bir 

obyektiv yeni qiymətləri və təsirləri göstərmək çətindir.  

Bir çox mədəniyyət və incəsənət əsərləri o zamanlar yaradılmışdır ki, cinslərin fərqləndirilməsinin 

rolu hələ  dərk edilməmiş  və kifayət qədər başa düşülməmişdir.  İncəsənət tarixində qender 

konstruktunun nəzərə alınmaması ona gətirib çıxardı ki, kişilik poetikasının kişi normaları, kişilərin yazı 

üsulları, kişilər tərəfindən yaradılmış kişi və qadın obrazları

 – 

ümumbəşəri dəyərlərə  bərabər tutuldu, 



halbuki spesifik qadın varlığına sadəcə diqqət yetirilmədi və  məhəl qoyulmadı. Cinslərin fərqləndirmə 

tərəfinin müxtəlif elmi işlərdən və incəsənət  əsərlərindən çıxarılması cinsi cəhətdən neytral nəticəyə 

səbəb olmurdu. Adətən belə işlərin müəllifləri hamı tərəfindən qəbul edilmiş cinsi-rol stereotiplərini və 

meyarlarını öz tədqiqat obyektlərinə müncər edirdilər.  

Ədəbiyyatda belə stereotip, yazan subyektin kişilik kimi səciyyələndirilməsi təsvir olunan obyektin 

mövqeyinin isə qadınlıqla assosiasiya edilməsi idi. Bu stereotip kişi myəlliflərə bir çox üstünlüklər və 

imtiyazlar verirdi. Onların  ədəbi fəaliyyətini və  əsərlərinin nəşrini asanlaşdırırdı. Eyni zamanda bu 

stereotip qadınların  ədəbi fəaliyyətini çətinləşdiirdi. Həmin bu stereotip ədəbiyyat və incəsənət 

əsərlərinin yazılması  və oxunması prosesinin qavranılmasını da əsasən  şərtləndirirdi.  Əgər bədii yazı 

kişinin müstəsna hüququdursa, onda ədəbiyyat və incəsənət tarixi də kişi müəlliflərin tarixi olmalıdır. 

Ədəbiyyat tarixinin icmalı göstərir ki, yazıçı qadınlara məhəl qoyulmur, ya da arxa planda yer ayrılır. Bu 

zaman etinasızlıq və ya onların  əsərlərini kişilərin üğürları ilə müqayisədə qiymətləndirmək kimi 

qabaqcadan əmələ gəlmiş yanlış fikir müşahidə olunur.  

XX  əsrin 70-ci illərin ortalarına qədər feminist ədəbiyyatında bir məqsəd hökm sürürdü. Qadın 

varlığını bərpa etmək, xüsusi qadın tarixini yazmaq. Bu istiqamətin nümayəndələri qadınların müxtəlif 

dövrlərin və xalqların mədəniyyəti, tarixi və incəsənətinin ən müxtəlif sahələrindəki fəaliyyətinin bir çox 

naməlum səhifələrinin açılmasına nail olmuşlar, lakin bu cür təsviri yanaşmanın müəyyən məhdudluğu 

vardır. Digər istiqamətin tərəfdarları müxtəlif sosial təbəqələrə aid olan qadınlarda münaqişə törədən 

maraqların və alternativ həyat təcrübəsinin olmasını  təhlil etməyə çalışırdılar. Bu zaman onlar ənənəvi 

sinfi təhlilə cinslərin fərqləndirilməsi amilini tətbiq edən və müəyyən tarixi şəxsiyyətin statusunu fərdi, 

cinsi, sosial və sinfi xarakteristikaların cəmi kimi səciyyələnən müxtəlif feminist nəzəriyyələrinə 

əsaslanırdılar. Bütün bunlar yeni kompleks şərhedici modellərin yaradılması, qadın tarixinin bütün 

simasına təsir etmişdir: kişilik və qadıqlıq anlayışları yenidən dərk edirmişdir. İncəsənətin və ədəbiyyatın 

təhlilinin əsas kateqoriyası cinsi eyniliyin formalaşması və təkrar istehsal prosesini, subyektin fərdi ailə 

təcrübəsinə  gətirib çıxardaraq və onun struktur məhdudlaşdırıcılarından və tarixi spesifikasından 

abstraktlaşdırılacaq kişilik və qadınlıq köklərinin binar müxalifətinin dəyişməzliyini postulat kimi qəbul 

edən bioloji və psixoloji determinizmi istisna etmək iqtidarındadır.  


 

 

Qender tarixçiləri cinslərin fərqlənməsinin və iyerarxiyasının kompleks sosiomədəniyyətdən 



asılılığı barədə müddəaya əsaslanır və onların təkrar istehsalının tarixi kontekstdə səciyyələndirirlər. Bu 

zaman tarixi konsepsiyanın dəyişdirilməsi tərəfə meyl yaranır, çünki buraya qender münasibətlərinin 

dinamikası da daxildir.  

Müasir incəsənət əsərlərini təhlil edən və klassik incəsənətin yeni görünmə paradiqmalarını təklif 

edən neoklassik sənətşünaslığı, Qərb feminist tənqidinin yaxşı bir nümunəsidir. Müxtəlif incəsənət 

növlərinin Qərb feminist təhlilinə müraciət etməsinin əsas səbəbi ondadır ki, işlənib hazırlanmasına görə 

Qərb feminizminin diskursiv matrisası vizual incəsənət nümunələrinin təhlili üçün daha munasibdir. 

Nəticədə, incəsənət tarixinin şərhi sahəsində, müəyyən bir model yaradılmış  və bir sıra  əsərlər 

yazılmışdır. Feminist tənqidinə görə incəsənət tarixində qadın «yoxluğu» həm vizual reprezentasiya 

(qadın baxışı üçün məkan yoxluğu mənasında), həm də  mənimsəmə  səviyyəsində meydana çıxır, 

xüsusən, qadın bir qavrayıcı kimi hələ özünü tapmalıdır, heyif ki, qadın qavrayışı incəsənətdə  hələ 

öyrənilməyib.  

İlk əvvəl bir çox nəzəriyyəçilər feminist ideyalarının təsiri altına düşərək, mədəniyyət və incəsənət 

tarixində qadın cinslilərin yaradıcı insanların olması, onlardan sonra hansı  əsərlərin qalması, nə üçün 

onların varlığına müəyyən mənada diqqət yetirməməsi kimi problemlərin tədqiqi ilə  məşqul oldular. 

Lakin feminist tarixi və incəsənət nəzəriyyəsi yalnız yaradıcı qadınların axtarışı  və onların həyatının 

bioqrafik tədqiqi ilə kifayətlənə bilməz, çünki yaradıcı kişilərin sayı çox olduğuna görə ənənəvi patriarxal 

modelləri qüvvədə qalır. İncəsənətin feministik tənqidi həmiçinin qadın obrazlarının, qadın gözəlliyi və 

yaxşılığı ideallarının axtarıb tapılması  və  təsvir edilməsi ilə  məhdudlaşmır. Yəqin ki, burada söhbət 

reprezentasiya ideologiyasından getməlidir. İncəsənətin feminist tənqidinin vacib istiqamətlərindən biri 

də artıq tanış  mətnlərin və  əsərlərin qender aspektində yenidən oxunması imkanıdır. (8) Beləliklə, 

meydana gələn yanaşmaya görə praktiki olaraq bütün incəsənət  əsərlərində qender qarışığı vardır. 

Aksentlərin tədricən yerlərinin dəyişdirilməsi incəsənətdə qadın təmsil olunma və kişi üstünlüyünün 

təhlilindən bütün incəsənət növlərində qenderin mövcud olması, quraşdırılması  və  təsvir edilməsi və 

bunun qadınlara və kişilərə  təsir etməsini təhlilinə  tərəf dəyişdirilməsi müşahidə olunur. Bunun 

nəticəsində insanlar tərəfindən qender normaları, rolları  və stereotipləri mənimsənilir. Bir sıra 

təsəvvürlər formalaşır: «kişilik» və «qadınlıq» nədir, incəsənət  əsərlərində onlar bir-birinə necə  təsir 

göstərir, təfəkkür və qavrayış qaydalarına uyğun tiplərinin formalaşmasını qabaqcadan necə 

müəyyənləşdirir.  

Mədəniyyətin inkişafında cinslərin qarşılıqlı  əlaqələrinin aydınlaşdırılması, onların incəsənətdə 

simvolik ifadə edilməsi cəmiyyətin yeni inkişaf aspektlərinin aşkarlanmasında baş verən proseslərin 

mahiyyətinin daha dərindən dərk edilməsinə imkan verir. Bu problemin vacibliyini nəzərə alaraq demək 

olar ki, «qender ölçməsi», yaxşı  məlum olan faktlara və ya əsərlərə başqa cür baxmağa, qender 

fərqləndirməsini nəzərə alaraq onları  şərh etməyə, qadın təcrübəsi rəmzlərini  əks etdirən submətnləri 

müəyyən etməyə, eləcə  də sarsılmaz sayılan anlayışların yenidən müəyyənləşdirilməsində kömək edir. 

Çünki mətnlər və  əsərlərin yeni qender oxunması  ənənəvi  ədəbiyyatşünaslıq, sənətşünaslığın sosial-

siyasi traktovkasından uzaqlaşmağa,  əsərləri «comərd», «zərif» anlayışları nöqteyi-nəzərindən təhlil 

etməyə imkan verir. Həmin anlayışlar öz növbəsində  mədəniyyət hadisələridir və tarixi inkişafın 

gedişatına uyğun təkamül edir. Buna görə  də qender tədqiqatları getdikcə daha çox aktuallıq və  məna 

kəsb edir.  

Qadın yaradıcılığına etinasız münasibətin ictimai şüurda yaranmış  təsəvvür bizim günlərədək 

gəlib çatmışdır. Xüsusən,  ədəbiyyata və incəsənətə müraciət ediləndə, tez-tez belə bir fikrə rast gəlmək 

olar ki, bu sahələrdə  əsl  şah  əsərlərini yalnız kişilər yarada bilmişlər və  ədəbiyyat və incəsənətin tarixi 

kişi dahiliyinin tarixidir. Kişilərin təbiətən ağıllı  və istedadlı olmaları fikri əsrlər boyu heç bir şübhə 

doğurmamışdır. «Rəssam» sözü qadınlara şamil ediləndə, bu onların peşəsini göstərmirdi, təkəbbür hissi 

ilə  və poetik mənada işlədilən bu söz onların «ikinci növ» incəsənətə  mənsub olduğunu ifadə edirdi. 

Təsadüfi deyil ki, məhz ikinci dərəcəli sayılan tətbiqi-dekorativ sənət ənənəvi qadın peşələri sırasına aid 

edilirdi. XX əsrə qədər Avropa və Şərq mədəniyyətləri demək olar ki, kişi subyektləri ilə təmsil edilmişdi 

və burada patriarxal cəmiyyətin inkişafının və  təfəkkürün müxtəlif dövrlərinin dünyagörüşü və 

dünyaduyumu  əks olunmuşdur.  Əslində incəsənətin bütün dünya tarixi də kişilərə  məxsusdur. Yazılı 

tarixə  nəzər salanda elə  gəlir ki, bu tezis təsdiq olunur, halbuki burada da dünya mədəniyyətinə 

kişilərdən az töhfə verməmiş Safo, Ancelika Kaufman, Məshəti, Natəvan, Corc Sand adlarına rast gəlmək 



 

 

olur. (Bu zalda XX əsrədək olan dövr nəzərdə tutulur). Buna baxmayaraq, ictimai şüurda belə bir fikir 



möhkəmlənmişdi ki, incəsənətdə kişi adları daha çoxdur, nəinki qadın.  

Həqiqətdə başqa peşə sahələrində olduğu kimi, dünya bədii təcrübəsində  də qadıqların nə 

dərəcədə  iştirak etməsi təbii qadın xüsusiyyətlərindən irəli gəlmirdi. Qadınların cəmiyyətdəki sosial və 

ictimai qeyri-müstəqil və  sıxışdırılmız vəziyyəti, onun mülkiyyət hüququnun tam və ya qismən 

olmaması, dini və  mənəvi qadağalar – bütün bu amillər incəsənəti qadın rəssamlardan təcrid edirdi. 

Hüquqların tapdalanması  və  bərabərsizlik nəticəsində müəlliflik problemi yaranmışdı. Məsələn orta 

əsrlərdə tanınmış  rəssam qadınların öz əsərlərini satmaq hüququ yox idi. Bəzən rəssam qadınlar çox 

gözəl əsərlər yaradırdılar, lakin müqavilələri və həmin əsərləri qadının əri və yaxud digər kişi qohumları 

imzalayırdılar.  İncəsənətdə qadınlar Vaşinqton Milli Muzeyi tərəfindən keçmiş dövrlərdə yaşamış 

müəlliflərin bizim günlərədək gəlib çatmış əsərlərinin həqiqi müəlliflərinin adlarının bərpası üzrə nəhəng 

işlər görülmüşdür.  

Uzun əsrlər boyu qadınlar, əslində, «sərbəst» incəsənət növlərinə yaxın buraxılmırdı, ədəbiyyat və 

ya rəngkarlıqla məşğuliyyət isə onlar üçün qəbahətli, nalayiq bir iş sayılırdı. Cəsarət edib, bu işlə məşğül 

olan qadınlar ya təxəllüs altında gizlənir, ya da ictimaiyyət tərəfindən pislənirdilər. Belə ki, Amerika və 

Avropada yalnız XX əsrin axırlarında rəngkar qadınlara rəssam hazırlığı üçün vacib amil olan naturadan 

şəkil çəkməyə icazə verilmişdir. XX əsrin ikinci yarısınadək qadınların təhsil alması üçün bir yol yox idi. 

Təbii ki, belə patriarxal tabu sistemi qadına öz istedadının açılmasına və bacarıqlarının aşkarlanmasına 

kömək edən bədii yaradıcılıqla məşğul olmağa imkan vermirdi. Qadının incəsənət sahəsindən müntəzəm 

olaraq təcrid edilməsi  ənənəsi, həmçinin bir neçə  əsrlər boyu qadınların intellektual (dahiliyin kişi 

əlaməti olması barədə anlayış) və institusional (akademiyaya üzv olmaq qadınlara qadağan idi) 

hüquqlarının pozulması funksiyasını yerinə yetirən Rəssamlar Akdemiyasının təşəkkülü ilə 

əlaqələndirilir.  

Tarixi mədəniyyət, xüsusi ilə erkən salnaməsində qadınların az təmsil olunmasının bir səbəbi də 

vardır. Burada incəsənət növlərinin ierarxiyası  nəzərdə tutulur. Həmin ierarxiya elə qurulmuşdur ki, 

onun yuxarı pillələrində incəsənətin ciddi peşəkarlıq hazırlığı tələb edən və beləliklə, qadınlardan təcrid 

olunan növləri və canrları yerləşirdi.  

Yaradıcılığın bu «yüksək» sahələri  şəxsləşdirilirdi və tarixə düşürdü, «ən aşağıları» isə 

rəsmləşdirilməmiş və anonim bir şey kimi qəbul olunurdu. Bədii məkan, tətbiqi sənət, əl işi, naxış tikmə, 

xalçaçılıq «ən aşağı» sənət növünə aid edilirdi və sərbəst bədii-estetik fəaliyyət kimi təfsir olunmurdu. Bu 

sənət növləri qadınların ailə vəzifəsi, «qadına məxsus iş» kimi qiymətləndirilirdi. Və məhz bu gün tətbiqi, 

xalq yaradıcılığı kimi təsnif olunan sənət növlərində qadın yaradıcılığı  və istedadı çox geniş ifadə 

olunmuşdu, lakin təəssüf ki, həmin yaradıcılıq əsasən adsız qalmışdır. «Yüksək» incəsənətin «ən aşağı» 

incəsənətlə qarşı-qarşıya qoyulmasının kökü həmçinin rəngkarlıq və heykəltəraşlıq  ənənələrinin gil, 

saplar və parçalarla bağlı  ənənələrdən incəsənətin seyrçi funksiyasının isə (incəsənət incəsənətə görə) 

yaradıcılıq əşyalarının əməli, mənfəətlə istifadəsindən daha üstün sayılan forma və material iyerarxiyası 

barədə  ənənəvi təsəvvürdədir.  Ədəbiyyata nəzər salsaq görərik ki, şifahi  ədəbi canrların-mahnıların, 

nağılların, atalar sözlərinin, zərb məsələlərin qorunub saxlanılması  və inkişaf etdirilməsi, qadınların 

böyük xidmətidir.  

Qadınların yaradıcılıq fəaliyyətinin yenidən qiymətləndirilməsi və müzakirə edilməsi, tətbiqi 

sənəti submədəniyyəti kimi təsnif edən feminizm cərəyanlarından birinin nümayəndələri tərəfindən 

təklif edilmişdir. Həmin feministlərin nöqteyi-nəzər baxımından  ən aşağı – yüksək, ev – rəsmi 

incəsənətlər qarşı-qarşıya qoyulur və bu ierarxiya onlar tərəfindən şübhə altına alınmır. Buradan heç də 

belə  nəticə  çıxarmaq lazım deyil ki, yaradıcılığın  ən aşağı formaları yalnız qadınların müstəsna 

hüququdur. Onlar belə hesab edirdi ki, hakim olan maskulin mədəniyyəti  ədəbiyyat və incəsənət 

sahəsində qadınlar üçün hüquq bərabərsizliyini yaymağa cəhd edir. Amerika tədqiqatçısı L. Noxlin «Nə 

üçün qadınlar görkəmli rəssam olmamışdır?» adlı işində incəsənətin sosioloji təhlilinə müraciət edərək, 

qeyd edir ki, incəsənəti istedadlı  şəxsiyyətin sərbəst, avtonom fəaliyyəti saymaq böyük səhvə yol 

verməkdir, çünki onun fəaliyyətinə yalnız ondan əvvəlki bədii  ənənə  təsir edir. İncəsənət sosial 

strukturda möhkəmlənmiş və müəyyən sosial institutların fəaliyyəti vasitəilə ifadə edilmişdir (rəssamlıq 

akademiyaları, digər təhsil müəssisələri, incəsənət bazarı, mədəniyyət sahəsində siyasət, din və s.). Adı 

çəkilən işin müəllifi tərəfindən qadınların incəsənət sahəsindən müntəzəm olaraq, kənarlaşdırılması 


 

 

ənənəsi təhlil edilmiş  və incəsənət tarixinin feminist tənqidinin mövzularını müəyyənləşdirən üç əsas 



istiqamət göstərilmişdir: 

1. rəsam-qadınların axtarılması və tədqiqi  

2. incəsənətdə qadın nümayəndəliyinin öyrənilməsi 

3. incəsənət tarixinin bir elmi fənn kimi diskursiv sərhədlərinin tənqidi.  

L.Noxlin E.Harris ilə  həmmüəllifliklə «Rəssam qadınlar (1550-1950)» adlı kitab nəşr etmişdir 

(əslində bu, onun hazırladığı  və onunla bütün ABŞ-ı  gəzib dolandığı  sərginin kataloqu idi). Məhz 

beləliklə görkəmli rəsam-qadınların, o cümlədən işləri Frans Halsın adına yazılmış Cudit Leyster (1609-

1661) Ancelika Kaufman (1771-1807) Kral Akademiyasının üzvü Süze Robertson (1855-1922) və bir çox 

başqalarının adları tarixə qaytarıldı. Bir qədər sonra biblioqrafik məlumat kitabçaları çap edildi

 – 


E.Tafts 

və Q.Münstemberq «Rəssam qadınların 5 əsri», «Rəssam qadınlar orta əsrlərdən XX əsrə qədər». 70-80-ci 

illərdə  rəssam qadınlara həsr olunmuş  nəşrlərdə qadınların statusu və nailiyyətləri  ənənəvi incəsənət 

tarixi çərçivəsində tədqiq edilmişdir.  

2002-ci ilin yanvar ayında Dövlət Tretyakov Qalereyasında Moskva «Qadın cinsli incəsənət» adlı 

möhtəşəm bir lahiyə  çərçivəsində  sərgi keçirilmişdir. IV-cü əsrdən bizim günlərə  qədər Rusiya 

qadınlarının yaradıcılığı nümayiş etdirilmişdir. Bu qadınlar tərəfindən yaradılmış 200-dən artıq  əsər 

Tretyakov Qalereyasının, Kreml muzeylərinin və Dövlət Rus Muzeyinin fondlarından götürülüb bir yerə 

toplanmışdır. Həmin lahiyənin müəllifləri üçün yaradıcı qadının rus incəsənəti tarixindəki rolunun, 

həmçinin qadın yaradıcılığının inkişafının xətti yollarının aşkar edilməsi, həm də bu inkişafda keçmişin 

və  gələcəyin gözlənilməz çarpaz əlaqələrinin göstərilməsi vacib idi. Sərginin  əsas problemi və motivi-

bütün spesifikası  və çoxplanlığında qadın baxışıdır, qadının özünə, dünyaya, tarixə olan baxışı. Vizual 

tarix dünyaya qadın gözü ilə baxmağa, qadın baxışlarının yüzilliklər boyu necə  dəyişdiyini izləməyə

başqa tarixi görməyə və dərk etməyə imkan verir.  

Qender təcrübəsi mədəniyyət öz əksini tapmaqla yanaşı qadınların tarixi rolu və dünya mədəni 

prosesində  iştirakı yenidən müzakirə edilir. Dünya incəsənəti səhnəsində qadının yaradıcılıq subyekti 

kimi fəal meydana çıxması XX əsrin fenomeni adlandırılır.  

Müasir Azərbaycan incəsənətində  də qadınlar layiqli yer tuturlar. Azərbaycanın rəssam 

qadınlarından çoxsaylı qadın portretləri yaratmış B. Səmədovanın  əsərləri, respublikamızın rəngkarlıq 

tarixində parlaq səhifə  təşkil edən E.Şaxtaxtinskaya və G.Mustafayevanın adları  çəkilə bilər. Onların 

yaradıcılığı milli mədəniyyətin ən yaxşı ənənələri və dünyanın ümumbəşəri nailiyyətləri ilə sıx bağlıdır.  

Dəzgah rəssamlığı sahəsində  işləyən M. Rəhmanzadə bir silsilə  rəngli litoqrafiya («Bakı», «Bizim 

Xəzərdə») və linoqravür («Bakı  mənim vətənimdir», «Sumqayıt-Rustavi») yaratmışdır. O, Azərbaycan 

klassik və müasir ədəbiyyatının bir çox əsərlərinə illüstrasiyalar çəkmişdir. Rəssam tərəfində C. 

Cabbarlının «Qız qalası» poeması,  şairə Heyran xanımın  şerlər kitabı, «Azərbaycan nağılları»  əsasında 

yaradılmış sərbəst iri həcmli şəkillər, onu aparıcı illüstratorlar sırasına gətirmişdir.  

Son illər Azərbaycanda yeni rəssam qadınların meydana gəlməsi ilə  səciyyələnir. Gənc, lakin 

istedadlı  və kifayət qədər məşhur olan rəssamlar – A.Salahova, Y.Haqverdiyeva, A.Rzaquliyeva, 

S.Şıxlinskaya Azərbaycanın rəngkarlıq tarixində yeni səhifələr açmışlar. Hisslərin ifadə qüvvəsi, özünü 

rəngdə, fakturada, plastikada büruzə verən yüksək emosianallıq həmin rəssamlarda açıq dünya 

duyumuna, formaların ekspresiyasına çevrilir. Obrazın psixoloji işlənilməsi təşəbbüsü bədii məsələlərin 

həlli üzərində üstünlük təşkil edir. Onlardan hər birinin məxsusi yaradıcılıq üslubu, müxtəlif əsərləri var, 

lakin onlar özlərini, yaradıcılığı ilə tamaşaçıların nəzərini cəlb edən, onları düşünməyə vadar edən 

yetişmiş bir sənətkar kimi tanıtmışlar.  

İncəsənətin heykəltəraşlıq növündə də qadınlar təmsil olunmuşlar. Onlara monumental formalara 

maraq, portret obrazların psixoloji açılmasına meyl, fərdi yaradıcılıq üslubu məxsusdur. Heykəltəraş E. 

Hüseynovanın yaradıcılığı yeni plastik formaların axtarışı, psixologizm ilə  fərqlənir

 – 


«Ailə» 

kompozisiyası, C.Cabbarlının barelyefi, «Lay-lay», «Yaz» kompozisiyalarını yaratmış G.Abdullayevanın 

yaradıcılığına romantik əhval-ruhiyə  və lirika fərqləndirir. «Gözəllər» adlı incə kiçik heykəllər də ona 

məxsusdur.  

Əsərləri cəsarətli novator axtarışı, oricinal kompozisiya həlli, milli musiqi ənənələrinin müasir 

novatorluq meyllərinin sintezi ilə fərqlənən bəstəkar qadınların yaradıcılığı Azərbaycan musiqi sənətinin 

mühüm nailiyyətinə çevrilmişdir. Ş.Axundova opera canrında, F.Əlizadə kamera instrumental musiqisi, 

E.İbrahimova və F.Quliyeva isə mahnı canrında çalışırlar. Sonuncu canrda iki meyl müşahidə olunur: bir 



 

 

tərəfdən, folklorun bədii-emosional sferası, digər tərəfdən isə estrada musiqisi. Simfonik musiqi 



A.Cəfərovanın yaradıcılığında təmsil olunmuşdu.  

Prezident H.Əliyevin imzaladığı 6 mart 2000-ci il tarixli «Azərbaycan Respublikasında dövlət qadın 

siyasətinin həyata keçirilməsi haqqında» fərmanında xüsusi olaraq, qeyd edilir ki, «Azərbaycan qadını öz 

iradəsi və  mərdliyi, saflığı  və  sədaqəti ilə  cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər 

sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət 

və dastanlarımızda yüksək mənəvi sifətlərlə  səciyyələnən gözəl qadın obrazlarının bədii təsviri 

verilmişdir. Mənəviyyatımızın təməl kitabı olan «Kitabi-Dədə Qorqud»un qadın sürətləri bu gün də öz 

məziyyətləriilə bəşəri idealların təntənəsinə xidmət edir».  

Beləliklə, son on illiklərdə yaradılmış  əsərlər qadın yaradıcılığının ikinci növ incəsənət olduğu 

barədə fikri təksib edir. Onlar tərəfindən yaradılmış incəsənət üçün nişanəli, müəyyənləşdirici olmuşdur. 

Qadınların dünya mədəniyyəti və incəsənətinə verdiyi töhfələrin  əhəmiyyəti və aktuallığı kişilərin 

əsərləri verdiyi töhfələrdən az deyildir.  

 

 

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 

1. Qender 

haqqında təsəvvürlər hansılardır? 

2. Qender 

rolları, qender stereotipləri, qender bərabərsizliyi nə deməkdir? 

3. Feminist 

bədii tənqidi qenderin hansı aspektlərini əhatə edir? 

 

 



 

İş üsulları – diskussiya, kiçik qruplarda iş, «Yeddi oğul istərəm, bircə qız gəlin» filminin müzakirəsi  

 

 



 

ƏDƏBİYYAT 

 

1.  Алиева М.М. Гендерные аспекты политологии. – Б., 2003 



2.  Адам и Ева. Альманах гендерной истории. – СПб., 2003 

3.  Abasov Ə.S. Qender Araşdırmalar Azərbaycanda. Azərbaycan Qender Tədqiqatları. – B., 2002 

4.  Quluzadə Z. Azərbaycanda Qender maarifinə Dair. Azərbaycanda qender tədqiqatları. – B., 2002 

5.  Женщина. Гендер. Культура. / Под ред. Хоткиной З. А. – М., 1999 

6.  Клименкова  Т.  А.  Философские  проблемы  неофеминизма 70-х  годов.  Вопросы  философии.  № 2, 

1989 


7.  Пол. Гендер. Культура. – М., 1999 

8.  Усманова  А.  Женщина  и  искусство:  политики  репрезентации.  Теория  и  методология  гендерных 

исследований. Курс лекций. – М., 2001 

9.  Qender: tarix, cəmiyyət, mədəniyyət / Müəl. kollektivi (azərb. və rus dil.) – B., 2003 

10.  Феминизм и гендерные исследования. Хрестоматия. / Под ред. В. И. Успенской. – Тверь, 1999 

11.  Эллиот  Т.,  Мендел  Н.  Теория  феминизма.  Гендерные  исследования:  феминистская  методология  в 

социальных науках. / Под ред. Жеребкиной И. – Харьков, 1998 

12. Qadınlar Azərbaycanın musiqi həyatında /Müəl. tərtib. Bayramova A. – B., 2004  

13. «Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında» Azərbaycan 

Respublikasının Prezidenti H.Əliyevin Fərmanı. 2000, 6 mart 

14. «Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı haqqında» Nazirlər 

Kabinetinin Qərarı. 2000, 6 mart  



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə