Mövzu qenderdə zorakiliq nəZƏRİYYƏSİ



Yüklə 63.48 Kb.
Pdf просмотр
tarix16.06.2017
ölçüsü63.48 Kb.

Mövzu 6.

   QENDERDƏ  ZORAKILIQ  NƏZƏRİYYƏSİ 

 

1. Zorakılıq anlayışı. 



2. Zorakılığın antihüquqi və antihumanist mahiyyəti. 

3. Zorakılığın növləri. 

4. Zorakılıqla mübarizənin əsas istiqamətləri. 

 

1.  Zorakılıq anlayışı. 

Vətəndaş  cəmiyyətinin üzvü kimi, hər bir fərdin  şəxsi hüquqları – onun 

azadlığını  və muxtariyyətini, hər hansı bir qanunsuz müdaxilədən hüquqi müdafiəsini 

təmin etməyə yönəlmişdir.  Şəxsi  hüquqlara və azadlıqlara kənardan hər hansı bir 

müdaxilə  və ya qəsd (əgər bu müdaxilə dövlətin və  cəmiyyətin maraqlarının 

qorunmasından irəli gəlmirsə) zorakılıq sayılır. 

Zorakılıq – insana qarşı cinayətdir, onun alçaldılmasıdır. Bu onun azadlıq 

hüququnun pozulmasıdır. 

Tədqiqatlar sübut edir ki, bütün dövrlərdə  və bütün xalqlarda zorakılığa daha 

çox məruz qalanlar qadınlar olmuş  aə qalırlar. Bir çox ölkələrdə qender fərqi ilə 

şərtlənən zorakılıqdaq müdafiəyə yönəlmiş qanunların özü belə bu halın qurbanlarına 

qarşı ayrı-seçkiliyə yol verən və qanunların effeklivliyini heçə endirən qeyri-obyektiv 

müddəaları  təsbit edir. Açıqca olaraq qadınlara qarşı  qəddar rəftarla mübarizəyə 

yönələn bu qanunlar, nədənsə zorakılığı çox dar mənada izah edir və ya da onun 

sübutu üçün dəlillər tələb edir ki, bu da olduqca ağır zəhmətli bir işdir. Müxtəlif ölkələrdə  

törədilmiş zorakılığa fərqli baxışlarla yanaşılır və  bəzən bu ağır cinayətlər dərəcəsinə 

aid edilmir. Məsələn, bir sıra Latın Amerikası ölkələrində seksual zorakılığın yalnız bəzi 

növləri (bu isə  ən geniş yayılmış zorakılıq növüdür)  özü də  əgər onlar «təmiz» 

qadınlara və ya qızlara qarşı törədilirsə, cinayət hesab edilir. Çilinin və Qvatemalanın 

qanunları  qızı zorlayan və sonra onunla evlənməyə razılıq verən kişiyə  bəraət 

qazandırır, belə ki, zorakılıq qurbanı ilə evlənmək onun namusunu bərpa etmək sayılır. 

İordaniyada və Pakistanda kişi namusunu qorumaq məqsədiylə arvadını şikəst edə və 

ya öldürərsə, eyni cinayətləri başqa  şəxslərə qarşı törənmiş cinayətkarlara nisbətən, 

daha yüngül cəza alır, əgər ümumiyyətlə alırsa. Odur ki, mövcud qanunlardakı qender 

xarakterli gizli (ya aşkar) ayrı-seçkilikləri üzə  çıxarmağa və aradan qaldırmağa ehtiyac 

var. 

Qanunvericinin törədilən cinayətə görə cəzaya olan münasibətindən asılı olaraq 



zorakılıq cinayətlərinin sayı da dəyitşir. Belə ki, ABŞ-da şəxslərarası zorakılıq hallarının 

azalması – burada aparılan siyasətin və  qəbul olunan qanunların nəticəsi kimi 

baxılmalıdır, çünki onları pozanlara qəddar davranış çox baha başa gəlir. 

Sovet dövründə şəxsiyyətə qarşı zorakılıq mövzusu cəmiyyətdə açıq müzakirə 

edilməsin deyə gizlincə qadağan edilən mövzuların biri idi. Baxmayaraq ki, bütün 

dünyada olduğu kimi, burada da şəxsiyyətin hüquqları pozulurdu. Qadınlar və  uşaqlar 

fiziki, psixiki, seksual zorakılığa məruz qalırdılar. 

Bir çox adamların kütləvi  şüurunda qadına qarşı zorakılıq məsələsi hələ  də 

axıradək xüsusi sosial problem kimi dərk olunmayıb, hərçənd qadın nəinki ailədə, eləcə 

də cəmiyyətdə zorakılıqla üzləşir. 

 

2. Zorakılığın antihüquq və antihumanist mahiyyəti 

Zorakılıq vasitəsilə qadınları iqtisadiyyat, siyasət, ictimai həyatda kişilərə 

nisbətən asılı mövqe tutmağa məcbur edirlər. Azadlıq məhdudlaşdırılır,  şəxsiyyət 

toxunulmazlığı pozulur, qadınların ləyaqəti alçaldırılır. Ləyaqət hüququ, mahiyyət 

etibarilə, insanın bütün qalan hüquqlarının  əsas məqsədidir.  Əbəs deyildir ki, müasir 

konstitusiyaların çoxunda insan hüquqları  və azadlıqları haqqındakı  fəsillər «insan 

ləyaqəti» anlayışı ilə açılır. 


İnsan ləyaqətinə qəsdetmə həm fiziki, həm də psixiki təsir vasitəsi ola bilər. Heç 

bir kəs işgəncəyə, zorakılığa, digər qəddar rəftara, eləcə  də öz razılığı olmadan tibbi, 

elmi və başqa təcrübələrə düçar edilməməlidir. İnsan ləyaqətinin qorunması, şübhəsiz, 

dövlət tərəfindən həyata keçirilir və onun pozulmasına heç bir şey əsas ola bilməz. Odur 

ki, istənilən şəxsiyyətin ləyaqəti qorunmalıdır, o cümlədən qadının da. 

Qadın ləyaqətinin alçaldılması, azadlıqlarının məhdudlaşdırılması  və 

toxunulmazlıq hüquqlarının pozulması – qanuna və  mənəvi dəyərlərə hörmətə 

əsaslanan demokratik və sivil cəmiyyətin inkişafı  vəziyyətinə dair 1995-ci ildə Pekində 

keçirilmiş  VI Ümumdünya konfransında bu barədə xüsusən danışılmışdır. 

1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi İnsan Hüquqları 

haqqında Ümumdünya Bəyannaməsinə görə, bütün insanlar zorakılıqsız həyat 

hüququna malikdirlər (bu müddəa  əksər dünya ölkələrinin konstitusiyalarında, o 

cümlədən Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiasında öz 

əksini tapmışdır). 

BMT Baş Məclisi 20 dekabr 1993-cü ildə «Qadınlara qarşı zorakılığın qadağan 

edilməsi» adlı  Bəyənnamə  qəbul etdi. Bəyənnamənin qəbul olunmasının aktiv 

təşəbbüskarlarından biri zorakılığa qarşı özünün çoxillik və effektiv mübarizə  tədbirləri 

ilə tanınan ölkələrdən biri olan Kanada idi. Qəbul olunmuş  sənədə xüsusi əhəmiyyət 

verən BMT insan hüquqları komissiyası 1994-cü ildə qadınlara qarşı zorakılıq 

məsələlərinə dair xüsusi məruzəçi təyin olunması barədə qərar qəbul etdi; qərara görə 

komissiya zorakılıqla mübarizənin dünya ölkələrində necə aparıldığını mütəmadi 

izləmək və bu sahədə işlərin vəziyyəti barədə hər il hesabat verməlidir. 

Bəyənnamə «qadınlara qarşı zorakılıq» termininin hərtərəfli izahını verən ilk 

beynəlxalq hüquqi sənəd oldu. Bu sənəddən aydın olduğu kimi, qadına qarşı zorakılıq 

dedikdə istər ictimai, istərsə də şəxsi həyatda cinsi əlamətlər əsasında törədilən və fiziki 

yaxud psixiki zərər yetirən və yetirə bilən hər hansı bir zorakılıq aktı başa düşülür. Bu 

növ hərəkətlərlə  hədələmək, məcbur etmək və ya özbaşına azadlıqdan mərhumetmə 

özləri də zorakılıq aktları sayılır. 

Bəyənnamə zorakılığın cinayət  əferasını müəyyən edir: ailədə, cəmiyyətdə, 

dövlət tərəfindən, həm də bu sənəddə zorakılığın başqa formaları göstərilir – siyasi 

zorakılıq, cəmiyyətdə  təhlükəsizliyin itirilməsi,  əmək münsibətləri sahəsində olan 

zorakılıq və s. 

Daimi iqtisadi məcburiyyət, sözsüz ki, qadınların cəmiyyətdəki hüquqi, sosial, 

siyasi və iqtisadi inkişafını məhdudlaşdırır. Bəyənnamədə silahlı toqquşmalar zonasında 

qadınlara qarşı zorakılığın hər hansı bir formada edilməsinin yolverilməzliyi xüsusilə 

qeyd edilir, belə ki, risk vəziyyətində ən çox qadınlar əzab çəkir. 

XX əsrin sonunda bəşəriyyət misli görünməmiş insan haqlarının pozulmasında, 

milyonlarla adamın doğma yerlərindən didərgin salınmasında, bütöv xalqlara qarşı 

birbaşa soyqırımda özünü biruzə verən orta əsrlərə xas barbarlığın residivi ilə üzləşdi. 

Bu qüssəli qurbanlar cərgəsində Azərbaycan da daxil oldu. 

Azərbaycan Respublikası Prokurorluğunun məlumatına görə, 1988-1989-cu 

illərdə azərbaycanlıların Ermənistan  ərazisindən zorla çıxarılması  nəticəsində 216 

azərbaycanlı  həlak olmuşdur. Ermənistanda qətlə yetirilən azərbaycanlıların 

əksəriyyətini uşaqlar təşkil edirdi: onların arasında 5 körpə  və 18 digər yaşlarda olan 

uşaqlar, 57 qadın və 60 nəfər qoca (onlardan 29 qadın) var idi. 

Münaqişənin gedişində qadınlar və  uşaqlar erməni silahlı qüvvələrinin 

antihumanist davranışı ucbatından ciddi psixoloji problemlərlə üzləşdilər. Xüsusən də 

zorakılıq hadisələri zamanı qadınların məruz qaldıqları qəddar sınaqlar olduqca müxtəlif 

itdi: gözləri qarşısında uşaqlarının ya ərinin öldürülməsindən başlamış, zorlanmalarına, 

ev və yaşayış vasitələrindən məhrum olmalarına kimi olan qəddarlıqlardan keçməli 

oldular. 


Azərbaycan Respublikasının hərbi  əsirlərlə, girov və itkin düşmüş Azərbaycan 

vətəndaşları ilə  iş üzrə Dövlət Komissiyasının məlumatına görə, Ermənistan – 

Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən 

təqribən 100 azərbaycanlı  uşaq, 442 qadın və 370 qoca əsir götürülmüş, sonradan 

bunlardan 40 uşaq, 126 qadın və 370 qoca əsirlikdən azad edilmiş, hazırda isə 

ümumilikdə itkin düşmüş sayılan 4858 nəfər Azərbaycan vətəndaşı arasında 60 uşaq, 

316 qadın, 254 nəfər qoca vardır. 

Qadınlara dair zorakılıq problemlərinin həllində beynəlxalq qanunvericilik 

təkmilləşməyə doğru gedir. Əgər 1955-ci ildə Nayrobidə keçirilmiş Ümumdünya 

konfransı  qəbul etdiyi qətnamənin yalnız iki paraqrafını qadına zorakılıq probleminə 

həsr etmiş  və bunu səhiyyə problemi kimi təqdim etmişdirsə, Pekin platforması bu 

problemə daha çox yer ayırmış, öz sənədində  əlavə olaraq hər zorakılıq aktı üzrə 

təhqiqat aparılmasının, bu barədə məlumat verilməsinin, qadınlara qarşı zorakılıq etmiş 

şəxslərin cəzalandırılmasının, bu problemə hökumətlərin münasib davranışının 

işlənməsinin və qadınlara qarşı zorakılıq etmiş şəxslərin məhkəməyə cəlb olunmasının 

vacibliyini bu məsələnin həllinə insan hüquqları problemi mövqeyindən yanaşmışdır. 

Azərbaycan diplomatlarının da bu sahədə xidmətləri böyükdür. Məhz onların 

təşəbbüsü ilə BMT-nin İqtisadi və Sosial Şurası girov götürülmüş qadınların və 

uşaqların azad olunmasına dair müvafiq qətnamələr hazırlayıb qəbul etmişdir. 10 mart 

1998-ci ildə  qəbul etdiyi qətnamədə BMT-nin qadınların vəziyyəti üzrə Komissiyası 

mülki  əhali arasından olan və silahlı münaqişə rayonlarında qalan qadın və  uşaqlar 

barəsində beynəlxalq humanitar hüquq normasına zidd olaraq zorakılıq aktların tətbiqini 

pisləyir, bu hallara qarşı effektli cavab tədbirləri görülməsinə çağırır, girov götürülmüş, o 

cümlədən silahlı münaqişələr nəticəsində  həbsə  məruz qalmış qadın və  uşaqların 

dərhal azad olunmasını tələb etmişdir. Qətnamədə həm də silahlı münaqişələrin bütün 

tərəflərinə  təkidlə müraciət olunur ki, silahlı münaqişələr  şəraitində beynəlxalq hüquq 

normalarına hörmət etsinlər və münaqişə qurbanları olan qadın və uşaqların müdafiəsi 

və dərhal azad olunması, onlara maneəsiz olaraq ixtisaslaşdırılmış humanitar yardımın 

çatdırılmasını təmin etsinlər. 

Qətnamənin irəli sürülməsində Azərbaycan ilk növbədə qadınların və uşaqların 

azad olunması probleminin aktuallığına, onun ümumi humanitar xarakter daşıdığına 

diqqət yetiridi. Bu problem qadınlara qarşı zorakılığın kökünün kəsilməsinə yönələn 

fəaliyyətin vacib məsələsi olaraq, bilavasitə Pekin platformasında öz əksini tapmış  və 

girov götürülmə qadına qarşı zorakılıq aktı kimi səciyyələndirilmişdir. 

Müharibə vaxtı mülkü əhalinin müdafiəsi haqqındakı BMT Konvensiyası onun 

himayəsi və hakimiyyəti altında olan şəxslərə qarşı yönələn onların fiziki əzabına və ya 

ölümünə  səbəb ola bilən hər hansı bir tədbirin görülməsini qadağan edir. Bu qadağan 

nəinki ölümə, işgəncəyə, bədən xəsarətinə, şikəsteməyə, himayədə olan şəxs üzərində 

tibbi və elmi təcrübəyə, eyni ilə mülki və  hərbi hakimiyyətin  əhali üzərində  hər hansı 

digər kobud zorakılığına da şamil edilir. 

BMT Baş  Məclisinin 20 dekabr 1993-cü ildə  qəbul etdiyi «Qadınlar haqqında 

zorakılığın aradan qaldırılmasına dair Bəyənnamə»də  həmçinin milli azlıqlara mənsub 

olan qadınlara, miqrant-qadınlara, əlillərə, islah-əmək müəssisələrində və həbsdə olan 

qadınlara, yaşıkeçmiş qadınlara qarşı edilən zorakılıq aktlarına görə narahatlıq 

bildirilmişdir. 

Bəyənnaməyə görə, zorakılıq – qadınların həyat, bərabəçilik  şəxsi 

toxunulmazlıq, qanun üzrə bərabər müdafiə, sağlamlığın qorunması, ədalətli və əlverişli 

əmək  şəraiti hüquqları, hər hansı bir formada ayrı-seçkiliyə  məruz qalmamaq və 

ləyaqətini alçaldan, qəddar və qeyri-insani rəftarının qurbanı olmamaq və s. hüquqlar 

kimi əsas hüquq və azadlıqlarının pozulmasıdır. 

Beləliklə, zorakılıq – ədalət və qanunçuluq ideyalarına  əsaslanan demokratik 

dövlət prinsipləri ilə bir araya sığmır. 



 

3.Zorakılığın növləri 

Müxtəlif ölkələrin təcrübəsindən görünür ki, qadınldar istər ailədə, istərsə  də 

cəmiyyətdə müxtəlif növ zorakılıqlara məruz qala bilərlər. 

Bu növ zorakılıqlar seçilir: 

A) fiziki zorakılıq; 

B) seksual zorakılıq; 

c) psixoloji zorakılıq; 

Ç) iqtisadi zorakılıq; 

D) ev (ya ailə) zorakılığı; 

E) iş və ya təhsil yerində zorakılıq; 

Ə) məişət zorakılığı; 

F) münaqişələr dövrü zorakılığı (əvvəlki məsələdə təsilatı ilə izah edilib). 

 

Göstərilən zorakılıq növlərini daha ətraflı nəzərdən keçirək. 



 

A) fiziki zorakılıq  qadına fiziki ziyan vurmaq, ağrı yetirməkdə özünü biruzə verir. 

Bu zorakılığın daha geniş yayılmış növü olmaqla, qadının fiziki və psixiki vəziyyətinə 

dağıdıcı təsir göstərir. 

B)   seksual zorakılıq   özlüyündə qadınla onun istəyinin  əksinə olaraq seksual 

əlaqədə olmaqdır və seksual toxunmalara vadar etməkdən başlamış zorlamaya kimi 

müxtəlif formalar da edilə bilər. Hazırki zamanda cəmiyyətə müəyyən, məsələn, qadının 

təbii təyinatı kimi, stereotiplər aşılanır ki, guya onun zorlanmasında özü günahkardır. İş 

yerində, təhsil müəssisəsində, azadlıqdan məhrumetmə yerlərində seksual yaxınlığa 

can atmaq kimi zorakılıq çox nadir hallarda faş edilir və yaxud müzakirə predmeti olur. 

«Hamılıqla susma» xətti zorakılığı onun qurbanı olmuş  hər bir kəsin faciəsinə çevirir, 

ictimaiyyətin gözündən gizlədir. 

c)  Qeydiyyatdan keçirilən zorakılıqların sayı artır, onların üstünün açılması isə 

azalır. Elə hallar az deyildir ki, zorakılıq qurbanı olan şəxsin üzünə onun namusluluğuna 

şübhə olunduğu deyilir, bu isə ona işarədir ki, zorakılıq aktını adam özü qəsdən törədib. 

Təhqiqat prosesi və  məhkəmə araşdırmaları ziyançəkmişi sarsıdır. Çox hallarda 

zorlanmışlar hüquq-mühafizə orqanlarına müraciət etmişlər. Buna əsas nədir: qorxu; 

zorlayanın qohum və dostları  tərəfindən qisas hədəsi; intim yaxınlığın təfsilatını 

açmamaq qərarı; ədalət məhkəməsinə inamsızlıq; adına ləkə gətirmədən çəkinmə və s. 

Məhkəmələr zolrlayana (kişiyə) və onun qurbanına (qadına) yanaşmada bəzən «ikili 

standartlar» tətbiq edirlər və belə halı  qəbul edirlər ki, ola bilsin, kişi yaxınlıq etmək 

istədiyi qadının hərəkətini düzgün başa düşməyib. Bunlar azmış kimi, bizdə zorakılıqdan 

zərər çəkmişlər üçün reabilitasiya mərkəzləri belə yoxdur ki, burada onlar hədəsiz-

qorxusuz olaraq eyni vəziyyətə düçar olmuş qurbanlara «ürəklərini boşaltsın» və başa 

düşülmüş olsunlar. 

Ç)   Psixoloji zorakılıq növü onunla xarakterikdir ki, bu məqsədlə müxtəlif 

priyomlardan istifadə olunur: məsələn, qadının özünə rolan inamını  qırmaq, onu lağa 

qoymaq, təhqirlərə, alçaldıcı müqayisələrə, koburluğa məruz qoymaq, təcridlə 

qorxutmaq, qohumlarla ünsiyyəti qadağan etmək, hissiyyatları  tənqidə tutmaq və s. 

bunların hamısı qadına ruhi əzab verir, qorxu, depressiya, psixoloji sarsıntı  gətirir. 

Psixoloji zorakılığın «sevimli» metodu ana hissiyyatları ilə oynamaqdır. 

D)    İqtisadi zorakılıq   özünü maddi təzyiq göstərmədə, işə düzəlməyə qadağa 

qoyulmasında, maddi yardımdan məhrum etmə  hədəsində  və ya məhrum etməyə, 

xərclər  üzərində tam nəzarətin qoyulmasında göstərir. 

E) Zorakılıq növlərinə eləcə  də qadınların  iş yerində, təhsil müəssisələrində, 

ticarətdə  təhdid etmək, onları faşihəliyə sövq etmək də daxildir. 


Ə) Nə qədər paradoksal olsa da, qadın ən çox  evdə (ailədə) zorakılığa  məruz 

qalır. Özü də ev zorakılığında bir çox növlərinin  əlamətləri iştirak edir: həm fiziki, həm 

seksual, həm psixoloji, həm də iqtisadi. Yəqin, elə qadın tapılmaz ki, bu zorakılıq 

növlərindən heç olmazsa birinə  məruz qalmasın.  Ən təəssüf doğuran hal isə odur ki, 

onlara istər ata evində, istərsə də ər evində zorakılıq edilir. 

Ev zorakılığı adətən ailə üzvlərindən birinin digəri üzərində  nəzarət etmək 

həvəsindən irəli gəlir. 

Y.M.Zuykova və R.M. Yeruslanova özlərinin «Feminologiya» kitabında belə bir 

statistik məlumatlar verirlər: 

 ABŞ – hər 15 saniyədə qadın zorakılığına məruz qalır; 



  Böyük Britaniya – qadınların hər dörddə birindən hər on nəfərdən birinə  qədər 

zorakılığa məruz qalır; 

 Avstriya – qətl hadisələrinin 54% ailə daxilində törədilir, bu cinayətlərin 90%-nin 



qurbanları qadınlar və uşaqlar olur; 

  Rusiya – RF DİN-nin verdiyi qiymətə görə, 1994-cü ildə 14 min qadın öz ərləri və ya 



oynaşları tərəfindən qətlə yetirilmişlər. 

(Müqayisə üçün: 10-illik Əfqanıstan müharibəsində 17 min nəfər həlak olmuşdur). 

Ailə zorakılığı – cəza tələb edən cinayətdir. Bu növ cinayətlər bütün cinayətlər 

sırasında birincilərdəndir; zorakılıqla bağlı cinayətlərin 80% evdə, ailə içində törədilir. 

Bəzən eşitmək olar ki, evdəki zorakılıq cinayət deyildir, yalnız «ailə 

qalmaqalıdır». Bir başqaları hesab edirlər ki, ailə zorakılığı yalnız aşağı sosial statuslu 

ailələrdə  mümkündür. Bu baxış həqiqətə uyğun deyildir. 

«Ailə zorakılığı» termininin özü ailədə bir adamın onunla yaxın münasibətlərdə 

olan digərinə qarşı qeyri-normal qəddar davranışı deməkdir. O, özünü müxtəlif 

formalarda göstərir və humanizmə, partnyora hörmətə  əsaslanan ailə  tərbiyəsinin 

zəifləməsi ilə müşaiyyət olunur. Yetişməkdə olan nəsldə  qəddarlıq, mənəviyyatsızlıq 

formalaşır, anaya hörmət itir. 

F) Məişət zorakılıqları  dərəcəsinə qadınlara küçədə və nəqliyyatda sataşmaq, 

ədəbsiz sözlər demək, onları abırsızcasına süzmək və s. aiddir. 

Burada təsvir olunan zorakılıq növlərindən başqa digərləri də mövcuddur. 

 

3. Zorakılıqla mübarizənin əsas istiqamətləri 

Zorakılıq qurbanları olan qadınların hüquqlarını gücləndirən hüquqi islahat 

müəyyən dəyişikliklərə kömək edə bilər. Hərçənd ki, qanqunvericilik müxtəlif ölkələrdə 

fərqlidir, bununla belə bir çox qanunlar özündə qoruyucu və ya məhdudedici (restruktiv) 

müddəaların uzlaşmasını saxlayır və qanunu pozanlara qarşı daha sərt cəzalar 

müəyyən edirlər. 

Qender bərabərsizliyi ilə bağlı zorakılıqdan müdafiənin çətin keçilən 

maneələrdən biri çox vaxt qanunun icrası olur. Prosedur maneələri və  məhkəmə 

məmurlarının  ənənəvi baxışları qadınlara qarşı  qəddarlığın rəf olunmasında  qanunun 

imkanlarını aşağı sala bilər. 

Adamların hüquqi savadının artırılmasına yönəlmiş kampaniya və proqramlar 

bu barədə abstrakt danışıqlardan daha çox iş görə bilərlər. Onlar milli qanunun qadınlar 

haqqında zorakılığı necə  təsəvvür etdiyini dəqiq göstərilməlidirlər. Eyni zamanda 

qanunların effektiv işləməsi üçün qadınların özləri də öz hüquqi haqlarını, onlar üzrə 

qanuni iddiaların təqdim olunması prosedurunu bilməlidirlər. 

İlk növbədə qadınlara qarşı edilən zorakılığın aradan qaldırılmasına və onunla 

mübarizəyə yönələn təxirəsalınmaz dövlət tədbirlərinin həyata keçirilməsinin zəruriliyi – 

cəmiyyəti kökündən sarsıda bilən bu halın getdikcə artan miqyası ilə  şərtlənir.  İlk 

növbədə  bərabərlik uğrunda və ayrı-seçkiliyə qarşı qadın hərəkatı gücləndirilməlidir. 

Qadınların bərabərsizliyi onları müqavimət imkanlarından məhrum edir. 


Zorakılığın məhvinə yönəlmiş müxtəlif fəaliyyət növləri mövcuddur. Nəticə əldə 

etmək üçün nə lazımdır: 

 «Zorakılığın aradan qaldırılması haqqında» BMT Baş Məclisinin 20 dekabr 1993-cü 



ildə  qəbul etdiyi Bəyənnaməyə uyğun olaraq, qadınlara qarşı zorakılığa yol 

verilməməsinə nail olmaq; 

 zorakılığı, o cümlədən ailə zorakılığına məruz qalmış qadınlara dəymiş  zərəri 



ödəmək və qanun pozuntularına yol vermiş şəxsləri cəzalandırmaq məqsədilə lazımi 

cinayət, mülki, əmək və inzibati sanksiyaları hazırlayıb həyata keçirmək; 

 millətlərarası  və  hərbi münaqişələrdə  zərər çəkmiş qadınların, eləcə  də qaçqın-



qadınların və məcburi köçkünlərin sosial bərpasını təmin etmək; 

 zorakılığa məruz qalmış vətəndaşlarla iş aparmaq üçün sosial işçilərin, tibb, təhsil və 



hüquq-mühafizə orqanlarının müvafiq heyətinin kompleks hazırlığını və təlimini təşkil 

etmək, qadınlar haqqında zorakılığın profilaktikası  məsələləri üzrə  əhalinin 

konsultasiyasını inkişaf etdirmək; 

 zorakılığın bütün formaları haqqında  ətraflı  məlumata sahib olmaq; zorakılığın 



səbəblərinin, xarakterinin, dərəcəsinin, nəticələrinin, qarşısını almaq üçün tədbirlərin 

effektivliyinin tədqiq olunmasını həvəsləndirmək; 

 qanunvericilik tədbirləri də daxil olmaqla, qadınların seksual istisnalarının ləğv 



edilməsinə, o cümlədən fahişəliyin miqyaslarının azaldılmasına yönələn tədbirlərin 

işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək; 

 zorakılığa məruz qalmış qadınların bərpası problemləri ilə  məşğul olan qeyri-



hökumət təşkilatları ilə qarşılıqlı  əməkdaşlıq mexanizmini işləyib həyata keçirmək. 

Zorakılıq qurbanlarına yardımı  təmin edən xidmətlərin, böhran mərkəzlərinin, 

sığınacaqların geniş şəbəkəsini inkişaf etdirmək; 

 bir cinsin digəri üzərində üstünlük təşkil etməsi barədə  ənənəvi stereotipləri 



dəyişmək üçün lazımi informasiya, təhsil və  tərbiyə  işini, qadınlar haqqında 

zorakılığın qarşısını almaq məqsədilə tədris proqramlarına məcburi qaydada, xüsusi, 

psixiloji və fiziki hazırlıq kurslarının salınmasını təmin etmək. 

Qadınlar və  uşaqlar barəsində zorakılıqla mübarizə problemi, zorakılıq 

hərəkətlərinin artması ilə müşaiyyət olunan ölkədaxili kriminogen vəziyyətin pisləşdiyi bir 

şəraitdə xüsusi aktuallıq kəsb edir. Buraya qadınları və uşaqları sosial bəlalardan xilas 

edə biləcək təsisatlar sisteminə ehtiyacı olan cəmiyyətdə  uşaqların və bütün əhalinin 

əxlaqi tərbiyəsinin zəiflədiyini də əlavə etmək gərəkdir. 

Praktiki olaraq çox vacib sosial problemlərlə, o cümlədən bizim cəmiyyətimizdə 

qadınların vəziyyətinin dəyişdirilməsi problemi ilə praktiki olaraq məşğul olmayan kütləvi 

informasiya vasitələri də az rol oynamırlar. KİV daimi olaraq patriarxat nəzər-nöqtəsini 

dərc edir, bununla da qadınların və kişilərin bərabərlik probleminə böyük xələl yetirir, 

qadınlar haqqında ayrı-seçkiliyin bütün formalarda ləğv edilməsi haqqında Beynəlxalq 

Konvensiyanın tələblərinə məhəl qoymur. 

 

Ədəbiyyat 

 

1.  Гендерные проблемы и развитие, Изд. «Весь мир», 2002 



2.  Конституция Азербайджанской Республики. – Б., 1995 

3.  Мамедов  В., «Женщины  и  вооруженные  конфликты»,  Гендер:  гадын  вя 

щцгуг. - Б., 1998   

4.  Права человека, учебник для ВУЗ-ов под ред. Лукашева Е.А. - М., 1999  

5.  Семейный кодекс Азербайджанской Республики. – Б., 2000 

6.  Уголовный Кодекс Азербайджанской Республики. – Б., 2000  



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə