Mövzu Restoranda süfrələrin hazırlanması


) Salfetlərin yerləşdirilməsi



Yüklə 0,52 Mb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#47719
növüQaydalar
1   2   3   4   5   6   7   8
Restoran movzu 6


3) Salfetlərin yerləşdirilməsi


Salfetləri boşqabalrın soluna yerləşdirin, stolunuzun böyüklüyünə görə salfet və boşqablar arasında yer varsa çəngəl və bıçağı salfetin üzərinə yerləşdirə bilər və ya stolunuz genişdirsə salfetləri xüsusi salfet bəzəkləri ilə bağlayib boşqabın içərisinə qoya bilərsiniz. Çalışın daha çox parça salfetlərdən istifadə edin. Bu süfrəyə daha gözəl bir görünüş verir. Salfetləıri süfrəyə uyğun rəngdə seçin.

Salfetlərin bükülmə qaydaları

Salfetlər qonaqların yemək və içki qəbul edərkən kirlənməməsi, içki bardağının yağlanmaması üçün dodaqlarını sildikləri servis vasitəsidir. Həmçinin salfet masa hazırlığının əsas predmetlərindəndir. Salfetlər yaxşı ütülənmiş, azacıq nişastalanmış və gözəl bükülmüş olmalıdır.

Hazırlandığı materiala görə salfetlər 2 cür: parça və kağız salfetlərə ayrılır.

Parça salfetlər süfrələrdə olduğu kimi pambıq, kətan və qarışıq növlərə ayrılır. Sintetik salfetlər suyu yaxşı çəkməz və verilən şəkli qorumazlar. Ən çox istifadə olunan salfet rəngi ağ rəngdir. Lakin günümüzdə rəngli salfetlərdən istifadə get–gedə artır. Bunların istifadəsi daha asandır, həm də dekor kimi gözəl görünür.

Kağız salfetlər tək və ya çoxqatlı salfetlərdir. Bu salfetlər yemək servisi zamanı əlverişli deyildir. Suyu və yağı tez zamanda arxa tərəflərinə keçirərlər. Buna baxmayaraq geniş şəkildə bu salfetdən istifadə olunur.

İstifadə yerlərinə görə salfetlər: yemək salfeti, qəlyanaltı və çay salfetləri və ofisiant salfetlərinə bölünür.

Yemək salfetləri şam və nahar yeməklərində istifadə edilir. 3 dəyişik ölçüdə olur: 50x50 sm; 55x55 sm və 60x60 sm.

Qəlyanaltı və çay salfetləri rəngli parçalardan hazırlanır və ölçüləri daha kiçik olur – 30x30 sm ilə 40x40 sm arası.

Ofisisnat salfetləri, ofisiantların xidmət zamanı istifadə etdikləri salfetdir. Pambıq parçadan hazırlanır və ölçüsü 60x60 sm – dır. Bu salfetlər isti qabların götürülməsi zamanı əlin yanmasını önləyir, təmiz boşqab və ləvazimatlarda barmaq izinin qalmamasını önləyir, yemək qablarının daşınması zamanı sürüşməni əngəlləyir.

Salfetlər çamaşırxanada yuyulduqdan sonra eninə və uzununa bir dəfə qatlanaraq daha kiçik ölçüyə gətirilir. Buna ütü qatlaması deyilir. Salfetlərin qatlanmasının bir çox üsulları vardır. Qonağın salfeti asan açması üçün sadə üsullardan daha çox istifadə edilir.

İstər dekor istərsə də qonağın təmizliyi üçün istifadə edilsin , hər 2 halda salfetlər servisdə ən axırıncı yerləşdirilir. Masalar açıq havada yerləşibsə , bu zaman sadə, yatıq qatlama formalarından istifadə edilir ki, külək salfeti yıxmasın.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin