Təşviqat kompaniyasının əsas məqsədi ictimaiyyətə maksimum təsir vasitəsilə seçiciləri öz tərəfinə çəkməkdən ibarətdir. Hazırda dövri mətbuat, televiziya, radio, elektron informasiya vasitələri bu prosesdə başlıca rol oynayır. AR – da seçkiqabağı təşviqat səsvermə gününə 60 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Aşağıdakılara seçkiqabağı təşviqat aparmağa icazə verilmir:
xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
xarici vətəndaşlara;
vətəndaşlığı olmayan şəxslərə;
18 yaşına çatmamış vətəndaşlara4
Beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
Dövlət hakimiyyəti orqanlarına və ya bələdiyyə orqanlarına;
Hərbi hissələrə, təşkilatlara, idarələrə;
Xeyriyyə təşkilatlarına və dini qurumlara;
Seçki komissiyalarına, onların həlledici səs hüquqlü üzvlərinə (Seçki Məcəlləsinin 74.4 – cü maddəsi).
Təşviqat aşağıdakı üsullarla aparıla bilər:
KİV ilə, kütləvi tədbirlərin keçirilməsi yolu ilə, çap olunmuş, audivizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə.