Mövzu Sənaye istehsalının mahiyyəti və sənayenin sahə quruluşu


Bərpa dəyəri üzrə qiymətləndirmə



Yüklə 0,95 Mb.
səhifə30/86
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#130341
1   ...   26   27   28   29   30   31   32   33   ...   86
st- n iqti-t ve menecment fenni muhazire (2)

Bərpa dəyəri üzrə qiymətləndirmə yeni istehsal şəraitində (cari ildə) əsas fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə edir. İstehsal əsas fondlarının bərpa dəyəri ilkin dəyər ilə mənəvi aşınmanın dəyər formasında ifadə olunmuş kəmiyyəti arasındakı fərq kimi müəyyən edilir. Yeni istehsal əsas fondlarının istifadəyə verilməsi anında onların ilkin dəyəri bərpa dəyəri ilə üst-üstə düşiir. Lakin sonralar - mənəvi köhnəlmə və inflyasiya ilə əlaqədar olaraq - ilkin dəyər dəyişir, çünki istehsal şəraitinin özü dəyişir. Qiymətləndirmənin bu metodu ilkin dəyər üzrə qiymətləndirmədə - şəraitin dəyişməsi ilə əlaqədar - qeyd edilən çatışmazlığı aradan qaldırır. Lakin əsas fondların bərpa dəyəri üzrə qiymətləndirilməsi xeyli əmək tutumludur, vəsait və vaxt tələb edir. Ona görə də, əsas fondların bərpa dəyərinə görə yenidən qiymətləndirilməsi vaxtaşırı aparılır.
Köhnəlmə nəzərə alınmaqla ilkin və ya bərpa dəyəri üzrə qiymətləndirmə, başqa sözlə, qalıq dəyəri ilə qiymətləndirmə əsas fondların hələ məhsulun üzərinə keçirilməyən, başqa sözlə, onun amortizasiya olunmamış dəyərini əks etdirir.
Əsas fondların qalıq dəyərinə görə qiymətləndirilməsində məqsəd onun istehsal prosesi zamanı hələ məhsul üzərinə keçirmədiyi dəyərin həcmini, başqa sözlə, həmin məqam üçün faktiki dəyərini müəyyən etməkdir. Qalıq dəyəri əsas fondun ilkin və həm də bərpa dəyərinə görə hesablana bilər.
Əsas fondların göstərilən metodlardan hər biri ilə qiymətləndirilməsi müəyyən praktiki əhəmiyyətə malikdir. İlkin dəyər ilə qiymətləndirmə əsas fondların yaradılmasına çəkilən xərclərin ölçüsünü müəyyənləşdirmək üçündür və amortizasiya ayırmalarının kəmiyyətini müəyyən etməyin əsasıdır. Köhnəlmə nəzərə alınmaqla ilkin dəyər ilə qiymətləndirmə əsas fondların köhnəlmə dərəcəsini bilməyə və hələ məhsulun üzərinə keçirilməyən dəyərin kəmiyyətini müəyyən etməyə imkan verir. Bərpa dəyəri ilə qiymətləndirmə əsas fondların həcm dinamikasını və müasir şəraitdə onların təkrar istehsalının dəyərini səciyyələndirir. Nəhayət, köhnəlmə nəzərə alınmaqla bərpa dəyəri ilə qiymətləndirmə mövcud əsas fondların faktiki dəyərini müəyyənləşdirmək, habelə ayrı-ayrı müəssisələrin əsas fondlarının həcmlərini müqayisə etmək üçün çox əhəmiyyətli bir göstəricidir.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin