MÖVZU 3. SERVİS FƏALİYYƏTİNİN TƏSNİFATI
PLAN
Servislərin təsnifatı
Funksional təyinatına görə əhaliyə göstərilən servislər
İstehsal və tədavülün müxtəlif sahələrində servislər
Lovelokun təsnifatı
Servislərin təsnifatı. Servis sferasında çoxsaylı müxtəlif müəssisələr vardır və onları bir sıra əlamətlərinə görə təsnifləşdirmək olar. Mülkiyyət formalarına görə servislər dövlət (polis, dövlət büdcəli xəstəxanalar və təhsil müəssisələri) və özəl (distribüter firmaları, banklar, sığorta şirkətləri, və s.) servislərə ayrılır.
Müəssisənin fəaliyyət sahəsinə görə: İstehlak bazarı (pərakəndə ticarət, ev təsərrüfatının sığortası) və spesifik müəssisə bazarlarına (məsələn, kompyuterlərə servis göstərilməsi) bölünür. Servisləri, həmçinin insanlarla ünsiyyətdə olma dərəcəsinə
görə də təsnifləşdirmək olar: Yüksək (məsələn, bərbərxana,səhiyyə servisləri və s.) və aşağı (məsələn, kimyəvi təmizləmə, avto yuma servisləri) servislər. Burada servislər daha çox obyektlərə yönəldilmiş olur.
Servislər həm insanlar tərəfindən (müxtəlif məsləhətlər, təhsil və s.), həm də avtomatlaşdırılmış qurğular (ticarət avtomatları, bankomatlar və s.) tərəfindən göstərilir. İnsanlar tərəfindən göstərilən servislər özlüyündə yüksək səviyyəli mütəxəssislər (məsələn, vəkillər, həkimlər, müəllimlər və s.) və heç bir ixtisası olmayan (xadimələr, fəhlələr) tərəfindən göstərilir. Təqdim edilən servislərin bu müxtəlifliyi belə deməyə əsas verir ki, bazarda rəqabət üstünlüyünü yaratmaq və qoruyub saxlamaq üçün servis istehsalçıları konkret fəaliyyət növü ilə əlaqədar xüsusi problemləri həll etməlidirlər
Funksional təyinatına görə əhaliyə göstərilən servislər maddi və sosial- mədəni
servislərə ayrılır:
Maddi servislər - istehlakçıların maddi-məişət tələbatlarının ödənilməsini təmin edən servislərdir. Maddi servislər məhsulların istehlak xassələrinin bərpası (dəyişməsi, qorunub saxlanılması) və ya vətəndaşların sifarişi ilə yeni məhsulların hazırlanmasını təmin edir. Maddi servislərə əsasən məhsulların təmiri və hazırlanması ilə bağlı olan məişət servislərini, kütləvi iaşə servislərini, nəqliyyat servislərini və s. aid etmək olar.
Sosial-mədəni servislər - istehlakçının mənəvi və əqli tələbatlarının və həmçinin normal həyat fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş servislərdir. Sosial - mədəni servislərə səhiyyə servisləri, mədəni servislər, turizm, təhsil və s. servislər aid edilə bilər.
İstehsal və tədavülün müxtəlif sahələrində servislər. Hazırda servislərin bir neçə təsnifatı mövcuddur. İstehsal və tədavülün müxtəlif sahələrində servislər aşağıdakı beş qrupda təsnif edilə bilər:
1.İstehsal servisləri (mühəndis, lizinq ,müxtəlif texniki avadanlıqların təmiri və s);
2.Tədavül prosesi ilə servislər (ticarət, nəqliyyat, rabitə);
3. Peşəkar servislər (banklar, sığorta, maliyyə, məsləhət, reklam və digər şirkətlər);
4. İstehlak servisləri (ev təsərrüfatı və asudə vaxtin keçirilməsilə bağlı olan);
5. İctimai servislər (radio, TV, təhsil, mədəniyyət).
Bununla yanaşı, cəmiyyətdə daima ehtiyac duyulan yeni servis növləri yaranır. Məsələn, müxtəlif tədbirlərin keçirilməsini təşkil edən şirkətlər, audio-video avadanlıqlarının kirayəsini həyata keçirən firmalar, proqram təminatı ilə məşğul olan firmalar, məsləhət şirkətləri, daşınmaz əmlakın icarəsi və onun satışında vasitəçilik fəaliyyətini həyata keçirən firmalar və s. Eyni zamanda mövcud servislərin şaxələnməsi (diversifikasiyası) prosesi getməkdədir. Məsələn, bank, birja və vasitəçilik servisləri vahid maliyyə servisləri kompleksində birləşir və yeni servis növlərinin meydana gəlməsinə səbəb olur. (internet bankinq, internet treydinq, internet Insurance və s.).
Servislərin məcmusunu müxtəlif müstəqil və ya qarşılıqlı əlaqədə olan təsnifat əlamətləri üzrə həmcins qruplara və növlərə bölmək olar. Bunun üçün müxtəlif təsnifat metodlarından istifadə etmək lazımdır.
Servislərin təsnifatı və onların uçotunun təkmilləşdirilməsi dünyanın bütün ölkələrində vacib sayılan problemlərdən biridir. Servislərin müxtəlif təsnifatları mövcuddur ki, bunlardan xarici ölkələrdə ən geniş istifadə olunanları kimi səciyyələndirilir.
Lovelokun təsnifatı. F.Lovelok tərəfindən servis fəaliyyətinin aşağıdakı təsnifatı verilmişdir.
Dostları ilə paylaş: |