Mövzu SƏs-küy və TİTRƏYİŞLƏRDƏn mühafiZƏ Üsullari səs-küyün insan orqanizmə təsiri



Yüklə 23,22 Kb.
səhifə3/4
tarix14.12.2023
ölçüsü23,22 Kb.
#176990
1   2   3   4
Mövzu 9. Səs-küy və titrəyişlərdən mühafizə üsulları

Səs-küydən fərdi mühafizə vasitələri
İş yerlərində səs-küyün əhəmiyyətli dərəcədə azaldılması mümkün olmadıqda fərdi mühafizə vasitələrindən istifadə edilir. Səs-küyə qarşı tətbiq edilən fərdi mühafizə vasitələrinə tıxac, qulaqlıq və başlıq formalarında tətbiq edilən antifonlar aiddir.
Ən sadə və ucuz vasitə qulağın eşitmə kanalına qoyulan tıxaclardır. Yumşaq tıxaclar mum, qliserin, vazelin hopdurulmuş pambıqdan və ya digər nazik lifdən ibarətdir. Sərt tıxaclar konus formalı ebonitdən, rezindən hazırlanır. Tıxaclar səs-küyü 5....20 db azaltmağa imkan verir, amma bəzən insanda narahatlıq hissi yaradır.
Qulaqlıqlar qulaq seyvanını xaricdən kip əhatə edir və qövsvarı yay vasitəsilə yerində dayanır. Bunlar yüksək tezlikli səs-küyə qarşı səmərəlidir və səs səviyyəsini 10...40 db azaltmağa imkan verir.
Tıxac və qulaqlıqlar yüksək səviyyəli (  120 db) səs-küydən insanı lazımı qədər mühafizə edə bilmir, çünki bu zaman səs-küy bilavasitə beyinə təsir göstərir.
Bu halda həm qulaq seyvanını, həm də başın çox hissəsini kip örtən başlıqlardan istifadə edilir.
Titrəyişlərin insan orqanizminə təsiri
Bərk cisimlərin mexaniki rəqsləri titrəyiş adlanır. İnsan bədəni tezliyi 12...2000 Hs olan mexaniki rəqsləri hiss edir . Bu rəqslərin təcili 40..50 sm/san2 olduqda insanda xoşagəlməz təəssürat yaranır. Titrəyişlər insan orqanizminə titrəyən cisimlə təmas zamanı keçir. İnsanın bədəni mexaniki rəqsləri yaxşı keçirdiyi üçün titrəyişlər bədəndə asanlıqla yayılır.
Titrəyişlər insanın yalnız əllərinə təsir etdikdə yerli, bütün bədənə təsir etdikdə isə ümumu titrəyişlər adlanır. Bəzən işçi eyni zamanda yerli və ümumi titrəyişlərin birgə təsirinə də məruz qala bilər.
Müxtəlif mexanikləşdirilmiş pnevmatik və elektrik alətləri ilə işləyən heyətə iş vaxtı yerli titrəyişlər təsir edir.
İnsanlar ümumi titrəyişlərin təsirinə nəqliyyatda, vibromeydançalarda, inşaat maşınlarında və s. məruz qalırlar.
Ümumi titrəyişlərin davamiyyətli təsiri mərkəzi sinir sisteminin, damarların və vestibülyar aparatın pozulmasına səbəb olur. Yerli (lokal) titrəyişlər əzələ-sinir və dayaq-hərəkət aparatlarını zədələyir və periferik damarların yığılmasına səbəb olur. Titrəyişlərin təsirindən insanda patoloji vibrasiya xəstəliyi yarana bilər. Bu xəstəliyin əlamətləri əl barmaqlarının titrəməsi, soyuğa həssaslığı, oynaqların ağrımasıdır. Bundan əlavə xəstəlik baş ağrısı, yuxusuzluq, əsəbilik və yorğunluqla müşayiət olunur. Vibrasiya xəstəlikləri peşə xəstəliklərinə aiddir və yalnız ilk mərhələlərdə müalicə oluna bilər. Müxtəlif tezlikdə titrəyişlər insana müxtəlif dərəcədə təsir göstərir. Məsələn, titrəyən səth üzərində dayanmış şəxs üçün iki rezonans zirvəsi yaranır. 5…12 Hs və 17…25 Hs , oturmuş şəxs üçün isə 4…6 Hs , insanın başı üçün rezonans tezliklər 20…30 Hs -dir. Titrəyişlərin normallaşdırılmasında bu xüsusiyyətlər nəzərə alınır.

Yüklə 23,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin