Mövzu Sosial psixologiyada tətbiqi tədqiqatların xüsusiyyətləri


b) Hüquqa zidd davranışla mübarizə sahəsində sosial psixologiyanın tətbiqi məsələləri



Yüklə 30,57 Kb.
səhifə2/4
tarix01.01.2022
ölçüsü30,57 Kb.
#50865
1   2   3   4
Sosial psixologiynın tətbiqi tədqiqatların xüsusiyyətləri (1)

b) Hüquqa zidd davranışla mübarizə sahəsində sosial psixologiyanın tətbiqi məsələləri.

Hüquqi münasibətlər sahəsi özünəməxsus cəhətlərə malik olsa da, həmişə müəyyən psixoloji çalarla fərqlənir. Buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki, guya istintaq və məhkəmə prosesində psixoloji amillər başlıca rol oynamalıdır. Məsələnin belə qoyuluşu nəinki bitərəfli, həm də səhv olardı. İstintaq və məhkəmə prosesi hüquqi münasibətlər sahəsi kimi ancaq hüquq normalarına əsaslanır, onları birtərəfli surətdə psixolojiləşdirmək meyilləri nəzəri cəhətdən səhv, praktik cəhətdən zərərlidir.

Lakin ictimai münasibətlərin bütün sahələri kimi hüquqi münasibətlər sahəsi də insanın fəaliyyəti ilə bağlıdır. Hüquqa zidd davranış hansı səviyyədə təzahür edirsə-etsin, bütün hallarda onun özünəməxsus psixoloji xüsusiyyətləri vardır. "Cinayət və mülki prosesə cəlb edilmiş adamların məhkəmə-istintaq orqanları üçün əhəmiyyət kəsb edən psixoloji xüsusiyyətləri, davranış və hərəkətlərinin psixoloji motiv və mexanizmləri" xüsusi psixoloji bilik və metodların tətbiqi ilə müəyyən olunmalıdır. Onları öyrənmədən və nəzərə almadan cinayətin tərkibini müəyyənləşdirmək mümkün deyildir.

Psixologiyanın hüquqi münasibətlər sahəsində də önəmli əhəmiyyətə malik olduğunu göstərən faktlar-praktik işçilərə - müstəntiqlərə, prokurorlara və ya hakimlərə empirik surətdə çoxdan məlumdur. Onlardan hər biri adətən başqalarından həm də necə deyərlər, özlərinin güzəran təcrübəsini və peşə müdrikliyini əks etdirən müəyyən psixoloji səriştə ilə fərqlənmişlər. Təsadüfi deyildir ki, hüquqşünaslar psixologiyadan müxtəlif yollarla həmişə faydalanmışlar. Hüquq elmlərində " psixoloji iqtibas əmsalının " ( hüquqşünasların psixoloji tədqiqatlardan götürdükləri iqtibaslar nəzərdə tutulur ) yüksək olması da bu elmin həmin sahə üçün əhəmiyyətli olduğunu göstərir. Bundan başqa -XX əsrdə psixologiya elminin bir sahəsi kimi “Hüquq psixologiyası” formalaşmışdır. 60—70ci illərdə hüquq psixologiyasının inkişafı xüsusilə yeni vüsət kəsb etmiş, hətta onun əsasında 3müstəqil sahə--kriminal, məhkəmə və islah (penitensiar) psixologiyası sahələri təşəkkülü tapmışdır. Hüquq psixologiyası psixoloji elmlər içərisində mühüm yer tutur. Onun nəinki elmi, həm də böyük praktik əhəmiyyəti vardır. hüquqa zidd davranışın bir sıra əsaslı sosial-psixoloji problemlərinin işlənilməsində də hüquq psixologiyası mühüm rol oynamışdır.

Bu sahədə atılan ilk mühüm addım, 1tərəfdən tərbiyə--əmək düşərgələrində yetkinlik yaşına çatmamış oğlan və qızların yenidən tərbiyəsi ilə bağlı olmuşdur.

Məsələnin aktualllığını vurğulamaq üçün bəzi faktları xatırlamaq kifayətdir. Məs. yetkinlik yaşına çatmamış qızlar tərəfindən törədilən cinayətlər bütün hüquq pozuntularının 2-5%-ni təşkil edir. Lakin aparılan tədqiqatlar göstərir ki, bu göstəricilər əslində "qadın cinayətkarlığının " tam kriminoloji xarakteristikasını vermir. Çünki oğlanların törətdikləri cinayətlər müəyyən dərəcədə qızların davranışı ilə bağlıdır: başqa sözlə bir çox hallarda qızlar cinayətdə bilavasitə iştirak etməsə də, oğlanların cinayətkar davranışını şərtləndirirlər. Müəyyən edilmişdir ki, hüquq pozğunluğuna yol vermiş oğlanalrın 69,1% qızlarla dostluq edir, seksual əlaqədə olurlar. Kriminogen və cinayətkar uşaq qruparının müxtəlif cinsli olması, kriminogen mühitdə müxtəlif formalarda seksual pozğunluq halları ayrı-ayrı müəlliflər tərəfindən qeyd edilmişdir. Bu problemlərin aydınlaşdırılması psixoloji səriştə tələb edir.

Hələ cinayət etməmiş lakin özünün ən çətin inkişaf dövründə olan yeniyetmənin sərvət meyillərini və sosial yönəlişinin formalaşmasının mənbəələrini, onun sosiallaşması prosesinin xarakterini aydınlaşdırmağı zəruri surətdə tələb edir. Yeniyetmənin mənsub olduğu qruplar, onun həyatında referent qrupun rolu, qrupda yeniyetmənin bir şəxsiyyət kimi mövqeyi, qrupun sərvət meyllərini və normalarını mənimsəmənin sosial psixoloji xarakteristikası, yeniyetmənin aildə sosial inkişaf şəraiti, onun sinif koolektivində mövqeyi və qarşılıqlı münasibətlərinin xarakteri vəsnin təhlili bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Onların öyrənilməsi praktik psixolq üçün məqsəd deyil, qarşıya çıxan tətbiqi məsələləri cinayətkar qruplara qoşulmuş bu və ya digər yeniyetmənin yenidən tərbiyə olunması yoolarını müəy. etmək üçün vasitədir. Praktik psixoloq tərəfindən bu istiqamətdə işlənilmiş əməli tövsiyyələr ailənin, məktəbin və ictimaiyyətin birgə işi sahəsində həyata keçirilir.

Son zamanlar hüquqa zidd davranış problemlərinin tədqiqi sahəsində sosial psixologiyanın böyük imkanlara malik olduğu daha aydın hiss olunur. bu baxımdan şahidin, şübhəli şəxsin, caninin və s. sosial-psixoloji xarakteristikası, dindirmə, axtarış, həbsdən azad olmuş şəxsin " reaadaptasiyası " kimi sosial-psixoloji problemlər diqqəti daha çox cəlb edir. Belə bir nəticə çıxarmaq üçün taməsas vardır ki, gələcəkdə hüquq sahəsində psixoloji xidmətin inkişafı həmin problemlərin həlli ilə bilavasitə bağlı olacaqdır.

c) Xidmət sahəsinin tətbiqi problemləri—Xidmət sahəsi geniş anlayışdır. O ticarət, ictimai, iaşə, kommunal - məişət xidməti (satıcı, kassir, fotoqraf, televizor ustası, dərzi, bər-bər, ofisiant, növbətçi və s ) Müxtəlif sosial demoqrafik (qadınların ictimai istehsal sahəsində məşğul olması, miqrasiya və s) və sosial psixoloji (moda və s) proseslərlə əlaqədar olaraq xidmət sahəsinin əhəmiyyəti daha da artır. Turizmin inkişafı, şadlıq evləri şəbəkəsinin yaranması və s xidmət sahəsində psixoloji amillərin rolunun artması ilə nəticələnmişdir. Əhalinin təhsil səviyyəsinin artması onun tələbat və zövqünün yeni inkişaf səviyyəsi üçün şərait yaradılır. Bu prosesdə urbanizasiya ilə bağlı amillər də mühüm rol oynayır

Xidmət sahəsində iqtisadi, təşkilati və əmtəəşünaslıq problemləri ilə yanaşı psixoloji problemlər - insan amili xüsusi aktuallıq kəsb edir. " Mədəni xidmət " paradiqmasında yeni psixoloji meyarlar mühüm yer tutur. çox maraqlıdır ki, əksər hallarda məs. alıcının əhvalının formalaşmasında ərzağın keyfiyyətindən daha çox xidmətin psixoloji səviyyəsi, satıcının alıcını xoş üzlə yola salması daha təsirli rol oynayır. " Teatr asılqandan başlayır" kəlamının psixoloji mənası da elə bundan ibarətdir.

Yeri gəlmişkən qeyd edək ki, bəzi xidmət sahəsi işçiləri özlərinin güzəran təcrübəsində bu psixoloji həqiqəti kəşf etdikdən sonra özlərinin qabiliyyətləri, imkanları və mənafelərindən asılı olaraq ondan sui istifadə etməyə çalışırlar. Onların şirin dil hesabına yaratdıqları saxta psixoloji pafos nəinki xidmət sahəsində ünsiyyət normalarının, həm də ticarət qaydalarının pozulması ilə nəticələnir. Ən başlıca isə onun mənəvi əsaslarını sarsıdır.

Sosial psixologyada xidmət sahəsinin psixologiyası məsələləri hələ XIX əsrin ortalarından etibarən öyrənilməyə başlanılmışdır. Lakin sonralar uzun müddət bu məsələlər diqqəti cəlb etməmişdir.

Hal-hazırda xidmət sahəsi psixologiyanın daxilində ticarət psixologiyasının və kommunal psixologiyanın psixologiya elmində nisbətən müstəqil sahə kimi formalaşması prosesi gedir. Xidmət sahəsi psixologiyasında ilk tətbiqi tədqiqatlar da ticarət psixologiyası istiqamətində aparılmışdır. Sosial-psixoloji amillərin mühüm əhəmiyyət kəsb etməsi, hər şeydən əvvəl müxtəlif xidmət sahələri - ictimai iaşə və ya kommunal xidməti sahələrinə nisbətən ticarət şəbəkəsinin özünün geniş miqyasda inkişafı ilə bağlıdır.

Digər tərəfdən maraqlı cəhət ondan ibarətdir ki, ticarət sahəsində bəzi sosial-psixoloji fenomenlər bütün aydınlığı ilə təzahür edir. Məs. qrup daxili təlqin faktlarını xatırlayaq. Belə bir vəziyyət hamıya bəllidir: adətən mağazada satışda olan, lakin satılmayan malların bir çoxunun ( məs. konserv, şokolad və s ) satışını küçədə təşkil etdikdə öz-özünə növbə yaranır. bu zaman sonrakı alıcıların davranışı bilavasitə əvvəlkilərin davranışı ilə şərtlənir.

Ticarət sahəsində qrup daxili təlqin ilə yanaşı yoluxma, təşviş, şayiə kimi sosial-psixoloji fenomenlər də müxtəlif formada meydana çıxır. Bunlardan hər biri əslində təbii-psixoloji eksperiment kimi diqqəti cəlb edir. Onların öyrənilməsi təkcə ticarətin təşkili baxımından maraqlı deyildir. Həmin sosial-psixoloji amillərə həm də geniş sosial-iqtisadi baxımdan yanaşmaq lazımdır.

İstər alıcı, istər satıcı konvensial roldur. Onların funksional istiqaməti müəyyən sosial normalarla şərtlənir. Alıcı-satıcı münasibətlərinin bu istiqamətdə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Alıcı ilə satıcının ünsiyyəti vasitəsiz xarakter daşıyır. Burada onların yaşından, cinsindən və başqa xarakteristikasından asılı olan emosional momentlər özünəməxsus rol iynamağa başlayır. Bu zəmində alıcı və satıcının bir-birini qavraması və anlaması problemləri tətbiqi xarakter kəsb edir. Burada ünsiyyət mədəniyyəti vərdişlərinin rolunu da ayrıca qeyd etmək lazımdır. Ticarət xidməti sahəsində iş vaxtının böyük əksəriyyətinin 43%-dən 75%-ə qədərini ünsiyyətə sərf olunduğunu nəzərə alsaq, bu məsələnin praktik mənası aydın olar.

Ticarətin tətbiqi sosial-psixoloji problemləri içərisində əhalinin tələbatlarının öyrənilməsi, onların formalaşdırılması vasitələrinin işlənilməsi, alıcı və müştərilərin davranış xüsusiyyətlərinin təhlili və s. kimi məsələlər mühüm yer tutur. Onların bir çox problemlərinin həlli reklam psixologiyası ilə bilavasitə bağlıdır.

Reklam psixologiyası hələ keçən əsrin əvvəllərində ABŞda formalaşmışdır. Reklam nəzəriyyəsi iqtisadi nəzəriyyələr, sosioloji konsepsiya, mədəni antropologiya, siyasi elmlər, sosioloji konsepsiya, dilçilik vəs. nin məlumatlarından istifadə etsə də, onun əsas mənbəyini ümumi və sosial psixologiya təşkil etmişdir. Reklam psixologiyası müxtəlif dövrlərdə biheviorizm, freydizm, geştalt psixologiya, sahə nəzəriyyəsi və s. anlayış və metodlarından geniş istifadə etmişdir. Özünün bu xüsusiyyətlərinə görə o çox vaxt eklektik xarakter daşımışdır. Müasir dövrdə reklamın tətbiq sahəsi genişlənmiş, o ideoloji funksiya kəsb etmiş və əsas təbliğat vasitələrindən birinə çevrilmişdir.

Mahiyyət etibarilə reklam istehlakçının davranışını dəyişmək təşəbbüsü kimi özünü göstərir. Bu baxımdan reklam təcrübəsində əşyaların formalaşmasına və qablaşmasına böyük əhəmiyyət verilir. Müştəriləri istehsala hazırlanan məhsullarla maraqlandırmaq üçün onların motiviasiyasına təsir göstərmək lazım idi. Bu məqsədlə hətta cəzb edici faktorlardan hətta qadın bədəninin təsvirlərindən də istifadə olunur. Reklam psixologiyasının əsas müddəası—guya real gerçəklik insanların qarşısında ancaq psixoloji reallıq kimi canlanır. İnsanlara təsir etmək üçün onların qavrayış obrazlarını tənzim etmək üsullarını tapmaq lazımdır. XX əsrdə reklam psixologiyasının əsas üsulları bu məqsədə tabe edilmişdir. Dizaynın inkişafı kökündə reklam təcrübəsinin məzmununda yeni meyillər əmələ gəlməyə başlamışdır.


Yüklə 30,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin