Movzu Statistika göstəriciləri sistemi, mütləq kəmiyyətlər


Mövzu 7. Statistika göstəriciləri sistemi, nisbi kəmiyyətlər



Yüklə 20,77 Kb.
səhifə2/4
tarix01.11.2022
ölçüsü20,77 Kb.
#67099
1   2   3   4
Movzu 5

Mövzu 7. Statistika göstəriciləri sistemi, nisbi kəmiyyətlər
Statistika göstəricilərinin ilkin ifadə formaları mütləq kəmiyyətlərdir. Mütləq kəmiyyətlər sosial –iqtisadi hadisələrin təhlilində mühüm əhəmiyyətə malikdirlər. Mütləq kəmiyyətlər sosial –iqtisadi hadisələrin həcmini konkret məkan və zamanda xarakterizə edir.
Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərə ayrılır. Fərdi mütləq kəmiyyətlərbilavasitə statistika müşahidələri əsasında alınır. Ayrı –ayrı kəndli təsərrüfatlarında taxılın kartofun, pambığın və s kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı –ayrı sənaye müəssisələrində işləyənlərin sayı, əsas istehsal fondlarının dəyəri, ümumi məhsulun həcmi, mənfəətin həcmi və s. fərdi mütləq kəmiyyətlərdir.
Fərdi mütləq kəmiyyətlər yekun mütləq kəmiyyətlərin alınmasında da mühüm rol oynayır.Yekun mütləq kəmiyyətlər öyrənilən statistika məcmusunun bütün vahidlərinin həcmini, yaxud onun ayrı –ayrı qruplarının həcmini xarakterizə edir. Yekun mütləq kəmiyyətlər əsasən müşahidə nəticəsində əldə edilmiş fərdi mütləq kəmiyyətlərin cəmlənməsi yolu ilə müəyyən edilir. Məsələn, əhalinin siyahıya alınması məlumatları əsasında müvafiq əlamətlər üzrə yekunlaşdırma aparıldıqda ayrı –ayrı rayonlar, regionlar, şəhərlər və ölkə üzrə əhalinin ümumi sayı, şəhər və kənd əhalisinin sayı, kişi və qadınların sayı və sair əlamətlər üzrə yekun mütləq kəmiyyətlər alına bilər.
Mütləq kəmiyyətlərin ölçü vahidləri. Mütləq kəmiyyətlər həmişə adlı kəmiyyətlər olurlar. Sosial –iqtisadi hadisələrin mahiyyətindən asılı olaraq onlar müvafiq ölçü vahidlərində ifadə olunurlar. Mütləq kəmiyyətlər onların mahiyyətinə təbii xüsusiyyətlərinə uyğun olaraq natural, dəyər və əmək ölçü vahidlərində istifadə olunurlar.
Sosial –iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun olaraq istifadə edilən ölçü vahidlərinə natural ölçüvahidləri deyilir.
Uçot və statistika işlərinin beynəlxalq təcrübəsində natural ölçü vahidləri kimi ton, kiloqram, kvadrat metr, kub metr, mil,kilometr, litr, ədəd və sair ölçü vahidlərindən istifadə edilir. Natural ölçü vahidləri sosial –iqtisadi hadisələrin fiziki xüsusiyyətlərini ifadə edir.
Bəzən sosial –iqtisadi hadisələrin mütləq kəmiyyətləri haqqında bir ölçü vahidi aydın təsəvvür əldə etməyə imkan vermir. Belə halda sosial –iqtisadi hadisələrin təbii xüsusiyyətlərinə uyğun iki ölçü vahidindən istifadə edilir. Məslən, elektrik generatoru və elektrik motorları istehsal edən müssisələrin işlərini xarakterizə etmək üçün onlar iki ölçü vahidində-ədəd və güç ölçü vahidlərində ifadə olunurlar.
Bazar iqtisadiyyatı şəraitində ən geniş yayılmış ölçü vahidlərindən biri dəyər ölçü vahididir. Müxtəlif istehlak dəyərinə malik olan hadisələrin ümumi həcmi dəyər ölçü vahidində ifadə etmək mümkündür.
Mütləq kəmiyyətlərin ifadə olunmasında istifadə edilən ölçü vahidlərindən biri də əmək ölçü vahidləridir. əmək ölçü vahidləri müəssisələrdə ümumi əmək məsrəfini uçota almağa, həmçinin ayrı –ayrı məhsulların əmək tutumunu müəyyən etməyə imkan verir. Əmək ölçü vahidlərinə adam –saat, adam –gün və s daxildir.

Yüklə 20,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin