3.Ümumimənfəət (zərər) (balans (zərər) mənfəəti) aşağıdakılardan əmələ gəlir:
məhsulsatışından;
107
maliyyə fəaliyyətindən;
sairsatışdankənarəməliyyatlardan:
1. vergiyəcəlbolunanmənfəət
2. xalismənfəət
Ümumimənfəət(zərər)məhsulunsatışından,
maliyyəfəaliyyətindənvəsatışdankənarfəaliyyətdənəldəolunancəmdənxərclərinçıxı lmasıiləalınır.
-
Məhsulsatışındanəldəolunanmənfəətməhsulsatışındanəldəolunangəlirləonunistehs alıvəsatışınasərfolunanxərcinfərqinəbərabərdir.
-
Maliyyəfəaliyyətindənəldəolunanmənfəətfondlarınvəyadigərfondlarınsatışdəyəri ilə qalıq dəyəri arasında fərqinə bərabərdir. Digərfondlaraaidolur: qeyri-materialaktivləri (patent, lisenziya, ticarətmarkası, kompüterproqramlarıvə s.), valyutaqiymətliləri (xaricivalyutanın, xaricivalyutadaolanqiymətlikağızlar, qiymətlimetalvə s.), qiymətli kağızlar.
Satışdankənar fəaliyyətdən mənfəət aşağıdakıların fərqindən əmələ gəlir:
cərimə, penyavə d. iqtisadisanksiyalar
təşkilatınhesabındaolanmaliyyəvəsaitlərinəgörəalınan (vəyaödənilən)
faizlər
valyutahesablarınagörəkursfərqi
təbiifəlakətlərdəndəyənziyan
hesabatilindəaşkarolunmuşkeçmişillərinmənfəətvəzərəri
borcvədebitorqalıqlarınınsilinməsi
əvvələrsilinmişlakinhazırdadaxilolmuşborc
mənfəətvəzərərə aid olunanvəsairgəlirvəxərclər
Məhsulunsatışından, maliyyə-təsərrüfatfəaliyyətindənvəsatışdankənarfəaliyyətdənəldəolunanmənfəətvergiyəcəl bolunanmənfəətiəmələgətirir.
108
Vergiyəcəlbolunanmənfəətdən büdcəyə vergilər ödənildikdən sonra təşkilatın sərəncamında qalan hissəyə xalis gəlir (mənfəət) deyilir.
Hərbirtəşkilatxalisgəlirisərbəsthaldaistifadə etmək iqtidarındadır. Gələcəyini və inkişafını gözləyən təşkilat Xalis gəlirdən təşkilatdaxili müxtəlif fondlara ayırmalar edir: mükafat fondu, inkişaf fondu, ehtiyat fondu
İnkişaffondu – təşkilatınfəaliyyətiningenişləndirilməsiüçünistifadəedilir.
yenimarşrutlarınaçılması;
yeni filial, nümayəndəlik, bölmələrinaçılması;
başqatəşkilatlarlaişbirliyininyaradılması;
törəmətəşkilatınyaradılmasıvə s.
Mükafatfondu – personalınişininmükafatlandırılması – pulla, istirahətəgöndərməklə, qiymətlimükafatınverilməsilə.
Ehtiyatfondu – müxtəlifnəzərəalınmamıştədbirlərinmaliyyələşdirilməsivəyazərərinödənilməsi, fors-major nəticələrininaradanqaldırılması.
109
Mövzu:10. Təbii resursların rekreasiya-turizm baxımından
qiymətləndirilməsi
Plan:
Təbii resursların qiymətləndirilməsi amilləri
Təbii turizm ehtiyatlarının iqtisadi qiymətləndirilməsi
Antropogen rekreasiya-turizm ehtiyatlarının qiymətləndirilməsi
Təbii resursların qiymətləndirilməsi xüsusiyyətlərinə aşağıdakı elementlər daxildir:
Təbii kompleks və komponentlərin turizm baxımından seçilməsi;
Təbii turizm ehtiyatlarının subyektlərinə görə qiymətləndirmənin aparılması;
Ayrı-ayrı təbii ehtiyatlara görə qiymət kriteriyasının müəyyən olunması; Təbii ehtiyatların qiymətləndirilməsi üzrə iqtisadi kadastırının tətbiqi.
Təbii ehtiyatların qiymətləndirilməsini mütəxəsislər 3 qrupa ayırır:
Tibbi-bioloji qruplaşdırma;
Psixoloji-estetik qruplaşdırma:
Texnoloji və iqtisadi mənimsəməyə görə qruplaşdırma.
Tibbi-bioloji amillərə təbii üsullarla müalicə, iqlim komfortluğu və hava, iqlim elementlərinə görə müalicə daxildir.
Psixoloji estetik amillərə təbii müxtəlifliyin insanların istirahətinin və sağlamlığının bərpasında rolundan ibarətdir. Təbii müxtəlifliyin əsas elementlərinə görə qruplaşdırdıqda istirahət mərkəzinin və ya ərazi rekreasiya kompleksinin təbii müxtəlifliyi daxil olmaqla yanaşı onun kənarında olan xarici mənzərənin müxtəlifliyi də qiymətləndirmədə nəzərə alınır. Yəni daxili landşaft ekzotikliyi ümumi istirahət üçün əlverişli olsa da, turizm hərəkatınn geniş mənada tətbiqi, onunla təmasda olan və ekskursiya məqsədilə istifadə edilən ərazilərin də ekzotik landşaft xüsusiyyətlərin qiymətləndirilməsində əsas götürülməsidir.
110
Psixoloji estetik amillərə təbii komplekslərin daxili estetik xüsusiyyətləri əhalinin məskunlaşma dərəcəsi, meşəlik, kolluqlar və s. xarakterizə olunur. Bu növ qiymətləndirmədə meşəlik ərazilərə və açıq sahələrin çox olmasına üstünlük verilir. Təbii komplekslərin qiymətləndirilməsində turizm məqsədilə istifadə imkanlarına daxildir:
Rekreasiya-turizm sistemlərinin bütövlüyü. Belə sistemin yaranması həm istirahət edən həm də istirahəti təşkil edənlər üçün əlverişli şərait yaradır.
Təbiət və mədəni komplekslər. İstirahət edənlərin tələbinə uyğun rekreasiya sistemlərində təbii və mədəni komplekslərin birgə istifadəsindən ibarət olur.
Etibarlılıq. Təbii və mədəni komplekslərin uyğunlaşdırılması yolu ilə istirahətin səmərəli təşkilindən ibarətdir. məsələn: avropada məşhur kurortların kompleks xidmətlər göstərməsi onların rentabelliyini artırmaqla yanaşı turizmin bir çox növlərinin inkişafına şərait yaratmış olur.
Təbii komplekslərin atraktivliyi. Təbii komplekslərdə rekreasion fəaliyyətin ərazinin texnoloji şəraiti ilə uyğunlaşdırılması. İstirahətin komfortluğu mikroiqlim şəraitindən asılı olsa da, təbiətin psixoloji-emosional xarakterində mühüm rol oynayır. Təbii komponentlərin estetik xüsusiyyətləri onun cəlbediciliyi ilə bağlı rekreasion yüklənmədən, gəzinti
sahələrinin davamlığından da asılıdır.
Texnoloji–iqtisadi baxımdan mənimsəməyə görə qiymətləndirilən ərazinin relyef xüsusiyyətləri və coğrafi mövqeyinin turizm fəaliyyəti üçün yaradılacaq infrastruktura şərait yaratması ilə bağlıdır.
Texniki komplekslər təbii komplekslərdə istirahət edənlərin uyğunlaşması istirahət üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Texniki komplekslər həm istirahət edənlərin həm də xidmətçi personalının tələbatını ödəmək üçün təbiətlə tikinti kompleksləri arasında uyğunluq yaradır.
111
Texniki komplekslərə kommunal tikintilər, mövsümü tikintilər, yerləşmə müəssisələrinin texniki avadanlıqları da daxildir. Onların içərisində fəaliyyət növünə görə müxtəlif mühəndis infrastrukturu, abadlaşdırma elemenləri, idman kompleksləri, mədəni əyləncə qurğuları və müalicə sağlamlıq avadanlıqları daxildir.
İqtisadi qiymətləndirmədə əsas vasitə kimi mövcud turizm ehtiyatlarının kadastırının müəyyən olunmasıdır. Turizm ehtiyatlarının kadastırında isə mövcud təbii ehtiyatların yayıldığı ərazinin tərkibi hər kv.km-ə düşən miqdarı daxil edilir. Apardığımız tədqiqatlar göstərir ki, turizm ehtiyatlarının kadastırına görə
qiymətləndirmə mineral sular, meşə, təbiət abidələri, milli parklara görə aparılır. Mineral və termal sulara görə qiymətləndirmədə onun debeti, istifadə olunma xüsusiyyətləri və digər təbii komponentlərlə birgə istifadə imkanları nəzərə alınır. Ərazinin meşəlik dərəcəsinə görə qiymətləndirmədə hər kv km-ə düşən meşələrin sahəsi, digər məqsədlərdə istifadə üçün yararlı olması bu rentaya daxil edilir.
Təbii turizm ehtiyatlarının qiymətləndirilməsində iqtisadi rentanın müəyyən olunması əsas problemlərdən sayılır. İqtisadi rentaya daxil olan elementlərə təbii ehtiyatlardan istifadə edən turistlərin sayı ona tələbatın formalaşması digər ehtiyatlarla birgə istifadə imkanları və ayrı-ayrı elementlərə görə istifadə olunması daxildir. Təbii komponentlərə turizm ehtiyatları kimi birgə istifadə olunduğuna görə onun renta göstəricilərində əsas xüsusiyyət tələbatın formalaşması ilə bağlı olur. Bu da turistlərin sayı ilə müəyyən edilir. Əksər ölkələrdə ümumi qeyd olunmuş turistlərin sayı mövcud ehtiyatlardan istifadəyə görə çəkilmiş xərclərdən üstün olarsa bu hal rentabelli sayılır.
Təbii turizm ehtiyatlarının qiymətləndirilməsində iqtisadi göstəricilər həmin ərazidən digər təsərrüfat məqsədləri ilə istifadə olunması imkanları nəzərə alınmaqla aparılır. Burda ərazinin kənd təsərrüfatı baxımından mənimsənilməsi, digər təsərrüfat sistemlərində istifadəsi, həmçinin tikinti-quraşdırma işlərinin aparılması üçün əlverişliliyi nəzərə alınır. Kənd təsərrüfatında istifadə olunan ərazilər yararlı torpaq sahələri turizmdə az istifadə olunduğuna görə iqtisadi
112
qiymətləndirmədə belə bölgələr ümumi siyahıdan çıxarılır. Əksər ölkələrdə turizmdə istifadə oluna bilən ərazilər kənd təsərrüfatı baxımından az yararlı olan və onun istifadəsindən çıxarılmış bölgələr daxil edilir. İqtisadi qiymətləndirmədə digər təsərrüfat məqsədlər üçün istifadə olunan ərazilərin mülkiyyəti nəzərə alınmaqla aparılır. Ölkəmizdə turizm məqsədilə belə sahələrin meşə landşaftı, dənizsahili ərazilərdə isə əhalinin xüsusi mülkiyyətinə aid edilən torpaqlardan istifadə etmək mümkündür.
İqtisadi qiymətləndirmənin əsas kriteriyalarına aşağıdakılar aiddir.
Hər bir ehtiyatın differensial rentasının müəyyən olunması; kapital tutumunun və onun dəyəri iqtisadi baxımdan mənimsənilmə səviyyəsi və s. Təbii komponentlərin differensial rentası ayrı-ayrı sahələr üzrə aparılır. Onlar meşəlik ərazidə sıxılır və hər nəfərə düşən yaşıllıq sahəsi, balneoloji kurort ehtiyatlarından isə ondan istifadənin müddəti nəzərə alınır
Kapital tutumu hər bir təbii ehtiyata sərf olunan maliyyə xərcləri, onun qaytarılması müddəti, turizm məhsulunda payı daxil edilir. İqtisadi qiymətləndirmənin kapital tutumu turizm komponentlər üzrə dəyişir. Belə ki, bu meşəlik dərəcəsində ona dəyən zərərin bərpasına görə qiymətləndirilərsə də çimərliklərdə isə istirahət məqsədli istifadə komponentlərə adə oluna bilən ərazilərə sərf olunan kapitala ölçülür. Onun tur məhsulda payının aşağı olması qoyulmuş kapitalın tez
qaytarılmasına da imkan verir.
Təbii komponentlərə görə kapital qoyulmasının iqtisadi effektivliyi aşağıdakı düsturla hesablanır:
F*x*Pn
Cef= ────
Tg
F – kapitalın miqdarı
P – təbii komponentlərin növləri
113
– turizm məhsulu, qiymətləndirmədə onun payı
Təbii komponentlərə görə qoyulmuş kapitalın turizm məhsulunda payı 6-10% -dən çox deyilsə bu iqtisadi baxımdan əlverişli sayılır.
İqtisadi baxımdan mənimsənilən texnoloji qiymətləndirməyə oxşadır. Ərazidə kommunikasiya işlərinin aparılmasına imkan verən təbii amillərlə müəyyən edilir.
Dənizsahili ərazilərdə iqtisadi qiymətləndirmə çimərliklərdən istifadə səviyyəsinə görə aparılır ki, bu da aşağıdakı düsturla hesablanır.
R=S*N*T
S – çimərliyin sahəsi
– ekoloji və psixoloji yüklənmə (adam/hektar) T – çimərlik günlərinin davam etmə müddəti
R – çimərlik ehtiyatları (adam/gün)
Qeyd olunan düsturun kapital effektliyinə görə istifadə olunarsa aşağıdakı
nəticələr alınır.
Ccf = R*x
Ccf - kapitalın effektliyi
– çimərliyin ehtiyatı X – qiymət manat/adam
Turizm ehtiyatlarının qiymətləndirilməsində digər sınaqdan keçirilmiş
metod kəmiyyət və keyfiyyətin nəzərə alınmasıdır. Turizm ehtiyatlarının kəmiyyət miqdarı aşağıdakılardan ibarətdir.
Ehtiyatın miqdarı, ƏRK təşkilinə imkan verməsi, optimal yüklənmə səviyyəsi;
Resursun ərazi üzrə yayılması,rekreasiya təsərüfatında istifadə imkanları, sanitar normaların sərhədlərinin müəyyənləşdirilməsi;
Turizm ehtiyatlarından istifadənin mövsümülüyü, komfortluq hədlərinin müddəti, antropogen ehtiyatların miqdarı;
114
Kəmiyyət göstəricilərində turizm ehtiyatlarının davamlığı, sayı, istifadənin müddəti də nəzərə alınır. Bu antropogen turizm ehtiyatlarında onun növündən asılı olaraq memarlıq abidələrinin sayı ilə müəyyənləşsə də, milli irs nümunələrində mövcud potensialın bir yaşayış məntəqəsində yığcam cəmlənməsindən asılıdır. Bu da antropogen ehtiyatlardan istifadə də nəzərə alınır.
Təbii komplekslərin qiymətləndirilməsində aşağıdakı mərhələlərdən istifadə olunur:
Qiymətləndiriləcək obyektin ayrılması–bu təbii kompleks və
komponentlərin xüsusiyyətlərindən asılıdır;
2. Qiymətləndiriləcək subyektin xüsusiyyətlərinə tədqiqatın əhatə dairəsi və məqsədinə görə qiymətləndirmənin formalaşdırılması;
Qiymətləndirmənin hədd və dərəcələrinin, ölçülərinin işlənib hazırlanması.
Beş ballı qiymətləndirmə şkalasında yuxarıda qeyd olunanlar nəzərə alınır. Bununla yanaşı çox əlverişli, əlverşli, nisbətən əlverişli, az əlverişli, əlverişsiz komponentlər üzrə də qiymətləndirmədə obyekt və subyekt arasındakı əlaqə
nəzərə alınır.
Təbii turizm ehtiyatlarının qiymətləndirilməsinin iqtisadi tərəflərinə daxil olan digər komponentlərə hər bir ehtiyatın dəyərinin müəyyənləşdirilməsidir. Bu dəyər göstəricisi təbii turizm ehtiyatlarından istifadənin müddəti ilə müəyyənləşir. Əgər mikroiqlim resurslarıdırsa, onun qiymətləndirilməsində müalicə imkanları, mövsüm müddətində həmin ərazinin iqliminə görə istifadə, çimərliklərdən istifadə müddətinə görə qiymətləndirilir. Burada əsas kriteriya istifadənin orta müddəti ilə müəyyənləşir.
Milli Parklar və dağ ekosistemlərindən istifadəyə görə iqtisadi qiymətləndirmə aparıldıqda onlardan istifadə edən turistlərin sayının, qazanılan kapitalın onun bərpasına və digər məcburi xərclərə çəkilən dəyərin nisbəti ilə ölçülür.
115
Təbii turizm ehtiyatlarının iqtisadi qiymətləndirilməsi beynəlxalq təcrübədə daha çox yayılmışdır. İqtisadi qiymətləndirmədə dəyər vasitəsi kimi kapital qoyuluşu əsas ünsürlərdən biri sayılır. Kapital qoyuluşunun əsas xüsusiyyətləri ehtiyatın investitsiya tutumundan, onun qaytarılma imkanlarından, digər resursla birgə istifadəsindən asılıdır. Bu baxımdan kapital qoyuluşunun effektivliyi təbii turizm ehtiyatlarından istifadə zamanı gələcəkdə verə biləcəyi gəlirlərdən asılıdır.
Turizmdə kapital qoyuluşunun həcmi müəyyən vaxt üçün verildiyinə görə, qoyulmuş kapitaldan mənfəət, investitsiyaların orta məbləği əsasında hesablanır.
Göründüyü kimi təbii turizm ehtiyatlarının qiymətləndirilməsində bir neçə metod formalaşmışdır. Bunları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, təbii turizm ehtiyatlarının qiymətləndirilməsində iqtisadi metodların daha geniş tətbiqi vacibdir. Bu da ehtiyatların dəyərinin müəyyən edilməsinə, ondan istifadənin effektivliyinə, turizmin müxtəlif sahələrinin inkişafına şərait yaratmış olur.
Təbii turizm ehtiyatlarının yayıldığı ərazinin coğrafi şəraiti də onun qiymətləndirilməsinə təsir etmiş olur. Belə ki, bəzi rus və polyak tədqiqatçıları rekreasiya turizm ehtiyatlarını qiymətləndirərkən təbii komponentlərin əlaqələndirilməsini aşağıdakı kimi tövsiyyə edirlər:
Çimərlik-meşə-ekzotik landşaft belə təbii komponentlərin cəmi turizm və istirahət baxımından əlverişli sayılır. Qeyd olunan xüsusiyyətlərin yayıldığı ərazilərə İtaliya, Fransanın Aralıq dənizi sahilləri, Baham adalarını və s. misal göstərmək olar.
Çimərlik-yarımsəhra-meşə. Turizm baxımından istifadə üçün yararlı sayılır. Lakin belə ərazilərdə istirahət və turizmin inkişafı üçün bir neçə təbii komponentlərin olmaması ona olan tələbatı nisbətən azaldır. Burada hava şəraitinin mövsüm dövründə əlverişli olması, çimərlik mövsümünün davam etmə müddətinin artması turizm və istirahətin təşkilinə imkan yaradır.
116
Çimərlik-səhra-yarımsəhra. İlboyu çimərlik mövsümü üçün əlverişli şərait olsa da, turizm və istirahətin digər növlərinin təşkili üçün əlverişsiz sayılır. Qeyd olunan xüsusiyyətlər Qırmızı dəniz, İran körfəzi və Aralıq dənizinin Şm Afrika sahillərində geniş yayılmışdır.
Antropogen ehtiyatların qiymətləndirilməsi təbii turizm ehtiyatlarından fərqli olaraq onun ərazi üzrə təsnifatından və əhəmiyyətinə görə
qruplaşdırılmasından asılıdır. Antropogen ehtiyatların qiymətləndirilməsində 2 metod üstünlük təşkil edir:
Ehtiyatların beynəlxalq təsnifat sistemində yeri və istifadəsi;
Ehtiyatlardan istifadənin ekskursiya və digər turizm əhəmiyyətinə görə
qruplaşdırılması;
Ehtiyatların qiymətləndirilməsində tarixi-mədəni abidələr 3 qrupa bölünür:
Beynəlxalq əhəmiyyətli abidələr. Belə tarixi memarlıq nümunələri dünya irsinin əsas komponentləri kimi qorunur.UNESKO-nun tarixi –mədəni abidələr siyahısına daxil edilir. Beynəlxalq turist marşurtlarında daha çox istifadə olunur. məs: İçərişəhər abidələr kompleksi, Qobustan qayaüstü rəsmləri, Şəki xan sarayı və s.
Regional və ya ölkə əhəmiyyətli abidələr. Ölkənin tarixini özündə əks etdirən, memarlıq üslubuna seçilən, bir neçə tarixi abidələrinin müəyyən bir ərazidə yayılmasına görə fərqlənən milli irs və tarixi arxitektur abidələrə deyilir.
Yerli əhəmiyyətli abidələr. Bölgənin tarixini özündə əks etdirən tarixi memarlıq nümunələri, bəzi dini abidələr də daxil edilir. Yerli əhəmiyyətli
abidələrə kurqanlar, müxtəlif tarixi hadisələrlə bağlı olan muzeylər və tarixi diyarşünaslıq qoruqları və s. daxildir.
Antropogen turizm ehtiyatlarının qiymətləndirilməsinə etibarlılıq və dayanıqlılıq, yüklənmə həcmi də təsir göstərir.
117
Təbii və antropogen resursların yayılması birbaşa turizm sənayesi ilə bağlı olduğuna görə onlardan kənd turizmində istifadə olunması xx əsrin 70-ci illərindən sonra Avropada başlanıb. Bu ehtiyatlardan istifadə kənd turizmində əhalinin istirahəti seçərkən ətraf mühitlə bağlılığı və ekoturizm hərəkatında iştirakı ilə müəyyənləşir. Kənd turizminin əsas təbii antropogen bazasına aşağıdakılar aiddir:
Milli parklar və təbiət əraziləri
Mədəni və milli irsin kənd yaşıl turizmdə istifadəsi
Tarixi arxitektur abidələrdən kənd yaşıl turizmində istifadə
Tətillər və istirahət seçilərkən ətraf mühitlə bağlılığı.
Kənd turizmi insanların ətraf mühitlə bağlılığına görə Avropada ekoturizmin tərkib hissəsi kimi inkişaf etdirilir. Kənd turizmi ayrıca olaraq şəhər mühitinin kənd mühiti ilə əvəz olunmasından başqa kəndlərdə kiçik sahibkarlığın inkişafı, kənd təsərrüfatı məhsullarının istehlakçılara birbaşa çatdırılmasının təmin olunmasına, müasir texnologiyanın inkişafı şəraitində kənd təsərrüfatı məhsullarının emalında yaranan problemlərin həllində, həmçinin mövcud ehtiyatlardan səmərəli istifadəyə görə digər turizm növlərindən fərqlənir.
Rekreasiya zonalarında tələbatın bölgüsü
İş günündən sonra bir neçə saatlıq istirahət-şəhərkənarı zona -3-5 saat
Bir günlük və ya həftə sonu istirahət –intensiv rekreasiya zonaları və bəzi şəhərkənarı kənd ərazilərinin seçilməsi -1-2 günlük
Həftəlik istirahətin seçilməsi – ayrı –ayrı istirahət zonaları və kənd turizmində iştirak-qısa müddətli istirahət
Məzuniyyət dövrlərində istirahətin seçilməsi-geniş rekreasiya zonaları və kənd turizmi – uzunmüddətli istirahət
Xarici turlarda iştirak mövsüm və mövsümlər arası dövrdə istirahət və beynəlxalq tədbirlərlə bağlı rekreasiya zonalarından istifadə - qısa və uzun müddətli istirahət.
118
Asudə vaxtın seçilməsi təbii mühitlə əlaqəli olduğuna görə əsasən yay ayları üstünlük təşkil edir. Bu baxımdan tətili seçərkən təbiətin vacibliyi uzun müddətli istirahət edənlərin tələbatında 67% təşkil edir. Bunlardan 18 % ekskursiyalar üçün,15% təbii və mədəni irs nümunələrinin öyrənilməsinə üstünlük verirlər. Qalan 33%-i seçimində birbaşa təbiətlə bağlı olmasa da, ətraf mühitlə əlaqəli istirahət üstünlük təşkil edir.
Kənd turizmində mədəni abidələrdən istifadə olunması müxtəlif sənətkarlıq, etnoqrafik nümunələr, kulinariya və qonaqpərvərlik aspektləri ilə bağlıdır. Qeyd olunan mədəni irsin turizm ehtiyatları kimi istifadə olunması Avropanın əksər ölkələrində geniş yayılıb ki, bunlara da misal olaraq İtaliya, Macarıstan, Çexiya, Ukraynanı misal göstərmək olar. Kənd turizmində mədəni irs nümunələrinin istifadəsi turizm marketinqi ilə bağlıdır. Belə ki ayrı-ayrı turizm seqmentlərində mədəni irs nümunələrinin payı sosial əhəmiyyət kəsb etməklə onun qiymətinə, ərazi üzrə paylanmasında turizm imicinin formalaşmasına təsir edir. məs: İtaliyada kənd turizmində istifadə olunan mədəni irs ehtiyatlarından şərab istehsalını . Ənənəvi üsulları müxtəlif tikmə sənəti, ağac üzərində oyma daha qabarıq verilir ki, bu da xarici turistlərin cəlb olunmasında mühüm vasitə sayılır. Ölkədə turizmin inkişafında mədəni irs nümunələrinin təbliği və kənd turizminin inkişaf etdiyi bölgələrdə satışının təşkili daha çox gəlir gətirib.
Təbii ehtiyatlardan kənd turizmində istifadə olunması aşağıdakı kimi qruplaşdırılır:
Ekoturizm məqsədilə Milli parklardan və təbiət ərazilərindən istifadə olunması;
Kənd mühitinin və ərazinin ekoloji sisteminin turizmdə istifadəsi;
Təbiət abidələrinin və landşaft ekzotikliyi ilə seçilən ərazilərin kənd
turizmində istifadəsi.
Tarixi-mədəni abidələrin kənd turizmində istifadəsinin aşağıdakı xüsusiyyətləri vardır:
119
Kənddə istirahəti seçənlərə ərazinin tarixini və etnoqrafiyasını özündə əks etdirən yerli əhəmiyyətli abidələrin istehlakçılara çatdırılması;
Tarixi – memarlıq abidələrinin qorunub saxlanılması və turizmdə istifadəsi;
İstehlakçıların tələbatına uyğun mövcud tarixi-memarlıq və dini abidələrdən yerli turist marşurutlarında istifadə.
Kənd turizmində qeyd olunan təbiət və tarixi-memarlıq abidələri birgə istifadə olunduğuna görə əksər ölkələrdə mövcud potensialdan maksimum bəhrələnilir. Bu baxımdan Almaniyanın təcrübəsi göstərir ki, yerli icmalar səviyyəsində təşkil olunan kənd turizmi strategiyası 90 təbiət parkı , 13 milli park, 4000 yaşayış məntəqəsi əhatə edib ki,bunlardan da istifadə edən yerli vətəndaşların sayı il ərzində 39 mln nəfər təşkil edir. Qeyd olunan yaşayış məntəqələrində kənd turizmini təbii mühitlə əlaqələndirməklə yanaşı milli parklardan, tarixi-memarlıq abidələrindən, milli irs nümunələrindən istifadəyə əsaslanır.
Kənd turizminin inkişaf istiqamətlərinə dair 2003 cü ildə İspaniyada keçirilən seminarda 35 ölkənin nümayəndələri iştirak edib ki,bunlar da mövcud ehtiyatlardan istifadəni kənd turizmini ölkənin iqtisadi həyatına təsirini aşağıdakı kimi qruplaşdırıblar:
Kənd turizminin ümumi inkişafda rolu –burada kənd icmalarında fermer və şəxsi kənd evlərində yerləşdirilən turistlərdən əldə olunan gəlirlər daxildir.
Kənd turizmdə təbii ehtiyatlardan istifadəni artırmaq yolu ilə turizm bazarında rəqabət şəraitinin təmin olunması. Son 16 ildə Avropada kənd turizmi 25 %- ə qədər artıb.
Kənd turizmində xalq yaradıcılığı və suvenir istehsalının artırılması hesabına inkişafdan geri qalmış bölgələrdə kiçik istehsalın həvəsləndirilməsi. Bu məqsədlə Avropada tranzit turların keçdiyi ərazilərdə kustar istehsalın inkişafı planlaşdırılır.
120
Kənd yaşıl turizminin mahiyyəti təkcə turistləri kənd evlərində yerləşdirmək deyil, infrastrukturun yaradılmasından, məşğulluğun artırılmasından ibarətdir.
Buna görə kənd yaşıl turizminin inkişafı aşağıdakı problemlərin həllinə yönəldilə bilər:
Şəhər mühitilə əvəz olunması;
Kəndlərdə yaşayan əhali üçün kənd yaşıl turizmindən gələn gəlirin kənd təsərüfatının inkişafında daxili investisiya mənbəyinə çevrilməsi;
İstirahətə gələnlərin vaxtlarını səmərəli keçirmək üçün təşkil olunan əyləncə vəistirahət yerlərinin inkişafı;
Turistlərə iaşə xidməti göstərə bilən kiçik restoranların, kafe və yeməkxanaların genişlənməsi.
Kənd sakinləri kənd yaşıl turizminin inkişafı ilə bağlı olaraq əlavə gəlirlər əldə edəcəklər;
Yerli kənd təsərrüfatı məhsullarına əlavə təlabat artacaq;
Kənd yaşıl turizminin inkişafı yerli iqtisadiyyatda fəallaşma və yeni istehsalın meydana gəlməsinə dünya görüşünün artması və yeni vərdişlərin yaranmasına səbəb olacaqdır;
Digər turist xidmətlərindən fərqli olaraq kənd yaşıl turizminin ekzotikliyi;
İnsanlar arasında münasibətlərin inkişaf imkanları
Sosial problemlərin birgə həlli;
Kənd yaşıl turizminin iqtisadi baxımdan əlverişli olması.
Kənd yaşıl turizminin digər turizm növlərindən ucuz başa gəlməsi onun kütləviliyində təmin etmiş olur. Buna görə Avropa ölkələrində turizmin bu növünün inkişafı yerli əhalinin kütləvi turizmə cəlb olunmasında əsas vasitə kimi sayılır.
121
KTRE
İ
dağ
eko
sistemlər
i
meşə
|
Milli
|
Milli
|
Mədə əmək
|
resus
|
parkl
|
irs
|
niyyə
|
ehtiy
|
rları
|
ar
|
nümu
|
t
|
atları
|
|
|
nələri
|
ocaql
|
|
Səyah
|
Səyah
|
Istira
|
ekotu
|
|
Nosta
|
Dərk
|
Məşğ
|
|
Kənd
|
ətləri
|
ət və
|
hət
|
rizm
|
|
lji
|
etmə
|
ulluğ
|
|
əhalis
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
n
|
|
istira
|
|
safari
|
|
|
|
|
turiz
|
turlar
|
|
un
|
|
|
ininin
|
təşklil
|
hət
|
|
|
|
|
|
m
|
ı
|
təmin
|
|
əlavə
|
Rekreasiya-turizm ehtiyatlarından kənd turizmində istifadə. Cədvəl .4.
122
Mövzu:11. Turizmdə infоrmasiya resursları
Plan:
Turizm mədəniyyəti və kütləvi informasiya vasitələri
2.Turizmin inkişаfının infоrmаsiyа bаzаsının təşkili
3.Regionlarda reklamın və ictimai rəyin formalaşması
Müəssisədaxili səviyyədə informasiya texnologiyasınıın tətbiqi
1.Turizmin inkişafı ilə bağlı mühüm amillərdən biri də öz sərvətlərimizi, öz qabiliyyətimizi dünyaya gözəl şəkildə göstərmək və insanları buraya cəlb etməkdir. Süfrəmizdən, təbiətimizdən tutmuş tariximizə qədər Azərbaycanda turizmin inkişafı üçün çox böyük üfüqlər var və Azərbaycan gələcəkdə yalnız bölgədə deyil, dünyada ən aparıcı turizm ölkələrindən birinə çevrilə bilər. Zəruri normativ-hüquqi aktlar yaradılması, əlverişli infrastrukturun formalaşdırılması ilə yanaşı ölkəmizin turizm potensialının dünyaya tanıtdırılması istiqamətində də xeyli iş görülüb.
Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Respublikamızın turizm potensialını əks etdirən reklam xarakterli səhifə İngiltərənin "ABTA" soraq kitabçasında hər il yerləşdirilir. Avropada ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə populyar "Travel İQ" və "Faints and Projects" jurnallarında Azərbaycanın görməli yerlərini əks etdirən məqalələr dərc edilib.
Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb. Qeyd olunan saytın adı beynəlxalq telekanallarda nümayiş olunan, Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarında, beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında, eləcə də digər rəsmi xarici mənbələrdə göstərilir və sayt mütəmadi olaraq yeniləşdirilir.
Ölkəmizə səfər edən xarici ölkə vətəndaşları üçün Azərbaycanın turizm imkanları haqqında məlumatın artırılması məqsədilə "Austrian Airlines", "British 123
Airways", "AZAL" aviaşirkətlərinə məxsus təyyarələrin bort jurnallarında reklam səhifələri, məlumatlar və ekranlarda reklam çarxları yerləşdirilib.
2006-cı ildən etibarən Azərbaycanın imic reklam çarxları hazırlanmağa başlanıb. Bu məqsədlə Rusiyanın NTV kanalının "Şan dizayn", yerli "MaxMedia", "Salnamə" şirkətləri tərəfindən çəkilişlər aparılıb. 2006-2010-cu illər ərzində CNN, "Euronews" "National Geographic", "Travel Channel", BBC və CNBC kimi xarici televiziya kanallarında respublikamızın turizm potensialını təbliğ edən reklam çarxları yerləşdirilib. Həmçinin "Rostropoviç", "Jazz" festivalları və "Bakı İslam Mədəniyyətinin Paytaxtı" ili ilə əlaqədar CNN və "Euronews" kanalında müvafiq reklam çarxları yer alıb.
Hər il "AİTF" Beynəlxalq turizm sərgisi Bakı şəhərində keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin cografiyası genişlənir və turizm şirkətlərinin sayı ildənilə artır. 2010-cu ildə ölkələrin sayı 32-yə, şirkətlərin sayı isə 120-yə çatıb. Rusiyada dərc olunan "Exo planetı" jurnalının əməkdaşları 2010-cu ildə jurnalda məqalələr üçün tələb olunan materialların toplanılması məqsədilə Bakıya gəliblər. "Exo planetı" jurnalında mütəmadi olaraq ayda 2 dəfə Azərbaycanın mədəni tədbirləri, mədəniyyəti, tarixi, tarixi abidələri və turizm haqqında məqalələr dərc olunub. Ötən il Avstriyanın "World Travel Guide" bələdçisində Azərbaycanın reklam səhifəsi yerləşdirilib. Digər belə çoxsaylı tədbirlər Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə turizmin inkişafı üçün reklam və təbliğatdan geniş istifadə etməsinin bariz göstəricisidir.
Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb. Təbii ki, bütün bunlar ölkəmizin tezliklə dünyanın turizm mərkəzlərinin birinə çevrilməsinə öz töhfəsini verəcək.
124
Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda bu imkanların realizə edilməsi, qarşıdakı illərdə turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün əhatəli tədbirlər planı əks olunub. Bu baxımdan aprelin 28-30-da Bakıda keçirilən ənənəvi Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) çərçivəsində ilk dəfə olaraq Azərbaycanın daxili turizm potensialına həsr olunmuş ayrıca pavilyonun təşkil olunması əlamətdar hadisə idi.
Hələ o vaxt mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Azərbaycanın daxili turizm imkanları, dövlət proqramının başlıca müddəaları, ölkəmizdə turizmin inkişafı üçün həlli vacib məqamlar barədə ətrafdı məlumat vermişdi.
"AİTF-2010" sərgisində Azərbaycanın daxili turizm potensialının geniş şəkildə təqdim edilməsi mühüm əhəmiyyət daşıyırdı. İlk dəfə olaraq, beynəlxalq sərgidə bütöv bir pavilyon ölkəmizin istirahət zonaları, sanatoriyaları və mehmanxanalarının ekspozisiyasına həsr edildi. İndi Azərbaycana gələn turistlər hər bir regionun milli koloritini duya bilir, Azərbaycanın müxtəlif və zəngin folkloru, mətbəxi və ənənələri ilə yaxından tanış olmaq imkanı qazanır. Azərbaycanda turizm sektorunun inkişaf perspektivləri bu cür sərgilərin aktuallığını artırır. Azərbaycanın daxili turizm imkanlarının sistemləşdirilməsi baxımından da belə sərgilərin keçirilməsi vacibdir.
Ölkəmizin turizm potensialının dünya miqyasında təbliği məqsədilə nazirlik hər il dünyanın aparıcı ölkələrində 20-yə yaxın beynəlxalq turizm sərgisində iştirak edir. Ölkənin turizm imkanlarının genişliyindən bəhs edən 9 dildə reklam-çap məhsulları hazırlanaraq bu sərgilərdə ziyarətçilərə paylanır. Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanıb. Ölkəmizin turizm potensialına dair reklam çarxları “EuroNews”, “Travel Channel”, “CNN”, “National Geographic”, “BBC” və “CNBC” kimi dünyanın məşhur telekanallarında mütəmadi yayımlanır. Hər ilin
125
aprelində Bakıda “AİTF” Beynəlxalq Turizm Sərgisi və Ümumrespublika Daxili Turizm Sərgisi keçirilir. Ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə xarici ölkələrin turizm şirkətləri və media nümayəndələri üçün mütəmadi olaraq infoturlar təşkil edilir.
2. Turizminfəаliyyəti оnundüzgünplаnlаşmаsıvəidаrə
оlunmаsıturizmininfоrmаsiyа təminаtıiləölçülür. Хаrаktеr еtibаrıiləbusаhəqеyri-
müəyyənsituаsiyаlаrdаn аsılıdır. Turizminqеyri-müəyyənliyiidаrə еtməbахımındаninfоrmаsiyа təminаtının,
оnunişlənməsiyоllаrınınklаssikmеtоdlаrınıvəmüаsirşərаitdəyеnitехnikаnıntətbiqin
itələb еdir. Infоrmаsiyаnınqəbulu, оnlаrınişlənməsi,
sахlаnılmаsıvəprоqnоzuturizmsаhəsində аdеkvаt, rеаlqərаrqəbulunа səbəb оlur. Turizminfоrmаsiyаlаrıcаrivəpеrspеktivməlumаtlаrа bölünür. Cаriinfоrmаsiyа stаtistikvəhеsаbаtməlumаtlаrınıifаdə еdir. Turizmsfеrasındа mühаsibаtlıq, uçоt,
turizmfəаliyyətinin аuditikiminəzаrətfunksiyаlаrıhəyаtа kеçirilir. Infоrmаsiyа qıtlığı оlаnşərаitdəqеyri-müəyyənlikmеtоduistifаdə оlunurvə аrаlıqbоşluğudоldurmаqüçünvеrilənləriqiymətləndirilir. Turizmininfоrmаsiyа
bаzаsınıdövlət оrqаnlаrıyеrli оrqаnlаrvəqеydiyyаtdаnkеçənturisttəşkilаtlаrıtəmin еdir. Bеləki, fizikivəhüquqişəхskimituristtəşkilаtlаrıstаtistikа idаrəsinə, vеrgilərnаzirliyinə, hеsаblаmа pаlаtаsınа, özününfəаliyyətinitənzimləməküçün аudit оrqаnlаrınа mürаciət еdir. Turizmininfоrmаsiyа bаzаsınıntəşkilivəidаrə оlunmаsısistеmhаlındа təsvir оlunur.
-
Resurs
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İnformasiya
|
|
|
|
|
|
|
|
Turiz
|
|
|
|
Qərar
|
|
təmina
|
|
|
|
|
|
|
|
|
|
nın
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
m
|
|
|
|
qəbulu
|
|
Kadr
|
|
|
|
|
|
|
|
|
|
|
i l nm si
|
|
|
|
|
|
sferası
|
|
|
|
|
|
|
potens
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Əks
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Xarici
|
|
|
|
|
|
|
|
|
|
|
|
əlaqə
|
|
|
|
əlaqələ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Sхеm. Turizmininfоrmаsiyа sistеmi
|
|
|
|
|
|
126
Turizmininfоrmаsiyа
bаzаsınıgеnişləndirməküçünhərbirtеstmüəssisəsindəinfоrmаsiyа üzrəmеnеcеrlər
оlurvəuyğuntехnikаlаrtətbiq оlunur. Müаsirtехnikаlаrinfоrmаsiyаnınqəbulu,
оnlаrınsistеmləşməsivətəkmilləşməsiistiqаmətləriniözündəəks еtdirir.
Kоmputеrtехnоlоgiyаsı, prоqrаmlаrıvəinfоrmаsiyаnın
аvtоmаtlаşdırılmаsısistеmləriyаrаdılır.
Tехnikаlаrhəmçininplаnlаşmаnınmехаnizmlərini,
uzunmüddətliprоqnоzlаrıvəvаriаntlаrıəаsаslаndırır.
Turizmməhsulununvаriаntıüzrəiqtisаdisəmərəsiqiymətləndirilir.
Turizmfəаliyyətindətəhlilvəprоqnоzüçünuçоtvəidаrə еtməküçünzəruri оlаnfоrmаlаrəsаslаndırılır. Turizminfəаliyyətininyеnitехnikаlаrıəsаsındа idаrə
оlunmаsındа turistlərintələbаtı, оnlаrınmоtivlərivəturizmməhsulunа еhtiyаclаrıplаnlаşdırılır.
3.Turizmin inkişafının, onun təşkilinin əsas şəraiti və amili olaraq reklamçılıq, əmək işi əhəmiyyət kəsb edir. Reklam fəaliyyəti bazarın öyrənilməsi, turizm bazarının tədqiqi və turizmin tələbatının artırılması üçün köməkçi fəaliyyətdir. Reklam fəaliyyəti turizm fəaliyyətinin tərkib hissəsidir. Əgər reklam fəaliyyətini ixtisaslaşma üzrə bölsək turizm həm reklamçıların obyektidir, həm də turizm fəaliyyətinin özünün obyektidir. Respublikada reklam haqqında qanun fəaliyyət göstərir. Reklamın formaları, vasitələri ondan gələn gəlirlərin istifadəsi, bölgüsü, reklamın yerləşməsi müxtəlif normativ, hüquqi, iqtisadi prinsip əsasında qurulur. Reklam məqsədli, qərəzsiz olmalıdır. Azad rəqabət şəraitində istehlakçını artırmaq məqsədi güdür. Reklam məhsulu turizmin öz məhsuludur. Reklamın vəzifəsi həmin məhsulların nəticələrini ictimaiyyətə çatdırmaqdır. Ona görə də reklamçılar fəaliyyəti mövcuddur. Hər bir turist şirkəti öz məhsulunu reklam etmək üçün xüsusi icazə ala bilər. Reklamın arxasında xərclər və gəlirlər dayanır. Həmin xərclər reklamın vasitələrinin seçilməsi onlardan istifadə və yaxud reklamların yerləşməsini əhatə edir. Televiziya radio, nəqliyyat, metro, əhalinin toplaşdığı meydanlar, küçələr və s. reklam yeri ola bilər. Lakin bu yerlər
127
heç də kortəbii baş vermir. Reklamın xüsusi lisenziyası olmalıdır. Reklam xərcləri material xərclərinə və reklam ediləcək obyektlərə verilən haqqlarla, ödəmələrlə baş verir. Hər bir müəssisə öz məhsulunu yaymaq üçün müəyyən xərc çəkir və xərcin hesabında onun effekti formalaşır. Təcübə göstərir ki, reklam xərcləri turizmin məhsulunun maya dəyərinə oturur və bu xərcin dəyişməsi tələb və təklifdən asılıdır. Reklamin əhatə dairəsi nə qədər çox olarsa, nə qədər informasiya yayılarsa bir o qədər seçim üçün xərclər çoxalar. Bu da gəliri formalaşdırır. Buna görə də turistlər turizm reklam bazarında onun şəraiti, göndərişlərin qiyməti, kommunikasiya və digər şəraitlərlə tanış olur və özünə turizm obyektlərinə uyğun xərcləri seçir. Turizmin gəliri xalis gəlirdir.
Turizmin xərclərində maddi və reklam xərcləri də öz əksini tapır. Reklamdan gələn gəlir reklam təşkilatının gəliridir. Reklam xərclərini aşağı salmaq, artırmaq turizm mənfəətini maksimumlaşdırmağa, artırmağa imkan verir. Reklamın təşkili informasiya bazasından asılıdır. Hər bir turist müəssisəsinin mülkiyyət formasından asılı olaraq onun xarakteristikası, qiyməti və həmin turist müəssisəsinə getməyin, gəlməyin şərtləri elektron variantda verilir. Hər bir reklamın qiyməti ona çəkilən xərclərdən asılı olaraq formalaşır.
Reklam bazarı turizm bazarına, xidmət bazarına, sahə strukturuna malikdir. Xalis reklamçılar bazar münasibətləri şəraitində özünün maliyyə resurslarının göstərdiyi xidmətdən yaradır. Sifarişçilər isə həmin bazara çıxmaq üçün özlərinin fəaliyyət dairələrini layihələşdirib reklam bazarında əldə etdikləri maraqlara uyğun addımlar atırlar.
Reklamın təşkili və idarə olunması hər bir turist müəssisəsinin xüsusi vəsaitləri hesabına da baş verir, amma bu xərclər məhduddur, çünki birbaşa xərclərdən fərqli olaraq bu xərclər dolayısı xərc strukturuna daxildir. Hər bir turistin aldığı turist xidməti onun məqsədinə tam cavab verdikdə, o reklamçı kimi öz ətrafına yeni müştərilər toplayır.
128
Reklam əhalinin ictimai vəziyyətini, onların iqtisadi imkanlarını, təhsil səviyyəsini, həyat tərzini öyrənməklə real şəraitə uyğun həyata keçirilir. Reklamın təşkilində dövlətin rolu vacibdir.
Bu gün turizm sənayesində informasiya texnologiyalarından geniş istifadə olunur. Oteldə kompüter sistemi qonaqların təhlükəsizliyini qoruyur, mehmanxananın müştəri bazasını genişləndirir və bir çox marketinq məsələlərinin həllini tapmağa imkan verir.
Bu gün turizm sənayesi kompüterləşməyə keçib və ilk növbədə bu o deməkdir ki, kompüterləşmə turizm sənayesində bütövlüklə iş prosesini dəyişdirir və tədricən kompüterlərin vasitəsilə bütün mühüm məsələlər həll olunur. İkincisi, kompüterləşmə prosesi əlavə vəsait tələb edir və çox bahadır. Üçüncüsü, kompüterləşmə əməyi yüngülləşdirməyə xidmət edir. Kompüterləşmə prosesi müxtəlif ölkələrdə, müxtəlif müəssisələrdə müxtəlif cür baş verir. Bu, ölkənin iqtisadi və turizm sənayesindəki vəziyyətindən, müəssisənin rəhbərliyi tərəfindən problemlərin başa düşülməsi, müəssisənin maliyyə durumunun və ixtisaslaşmış kadrların mövcudluğundan asılıdır.
Turizm sənayesində kompüterləşmə prosesi başqa sahələrə nisbətən gec başlayıb. Bir çox sahələrdə kompüterləşmə 1960-cı ildə başlamışdır. Turizm sənayesi avtomatlaşdırma imkanlarından 1970-ci ilin əvvəlinədək geniş miqyasda istifadə etmirdi. Kompüterləşmənin gec tətbiq olunması turizm sənayesi müəssisələrinin daha az vəsaitlə daha mükəmməl kompüter texnologiyalarını almağa imkan verdi.
Beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir.Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu, turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyi və s. ilə izah olununr. Bundan başqa turizm biznesinin müəyyən dərəcədə mövsümi xarakter
129
daşıması, movsümlərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq yüksəlməsi, turistlərin tələbatlarının ödəniləməsi üçün turizm müəssisələrindən əlavə digər çoxlu sayda müəssisələrin də bu işə cəlb olunması da burada etibarlı və sürətli informasiya mübadiləsi zərurətini ortaya qoyur. Kompüter texnologiyasının və sürətli informasiya mübadiləsinin tətbiqi turizmin təşkilində aparıcı rola malik olan turoperatorların fəaliyyətinə təsir edir.
Təşkilati cəhətdən istənilən turizm müəsisəsinin informasiya texnologiyaları
ilə təchiz olunması ənənəvi olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılmasından əlavə yerli elektron şəbəkə və elektron sənəd dövriyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəlcədən sifariş olunmasına qədər istənilən miqyyasda həyata keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnologiyasının istifadə olunmasının struktur sxeminə nəzər salsaq, burada üç səviyyənin- müəssisədaxili, müəssisələrarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını misal göstərmək mümkündür.
4.Müəssisədaxili səviyyədə informasiya texnologiyasınıın tətbiqi turizmlə məşğul olan müəsisənin profilindən və işinin həcmindən asılı olarq dəyişilə bilər. Burada əsas məsələ turizm xidmətinin göstərilməsi zamanı alınan informasiyanın qəbul edilməsi, işlənib hazırlanması, və mühafizə olunmasıdır. Müəssisədaxili belə informasiyanın (mühasibat, marketinq və s.) işlənib hazırlanması üçün müasir səviyyəli komputerlər, informasiyanın verilməsi və qəbul edilməsi üçün avadanlıqlar tələb olunur. Bundan əlavə turizm müəssisəsində tətbiq olunan digər elektron tipli informasiya texnologiyası və onların müəssisədaxili yerli şəbəkədə (intrenet) fəaliyyət göstərmək imkanının olması həmin müəssisənin struktur bölmələri arasında operativ əlaqə yaradılması, habelə mühafizə olunan informasiyaları əldə etmək üçün maneələrin ortadan qaldırılması baxımından çox əhəmiyyətlidir. İnformasiya texnologiyasının turizm biznesində tətbiq olunması müəssisələrarası şəbəkədə birgə istifadə formasında da geniş yayılmışdır. Bu cür informasiya şəbəkəsinin istifadə olunması ilə müəssisədə idarəetmə işlərini xeyli
sadələşdirmək, turların təşkili prosesini təkmilləşdirmək, maliyyə 130
əməliyyatlarının sürətli şəkildə həyata keçirmək mümkündür. Bu cür səviyyəli informasiya şəbəkəsinin yaradılması turizm agentlikləri, turopepatorlar və potensial müştərilər arasındakı əlaqələri sürətləndirib, turistlərin tələbatları ilə turizm müəssisəsinin iqtisadi mənafelərinin ödənilməsi üçün şərait yaradır.
İnternetin turizm müəssisəsi üçün yaratdığı imkanları qısa olaraq aşağıdakı kimi göstərə bilərik.
Şəbəkə marketinqinin həyata keçirilməsi.
Təklif etdiyi xidmətin «On-line» rejimi üzərindən satılması.
Ərazicə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi.
Ucuz kommunikasiya vasitələri ilə əlaqəyə çıxış (elektron poçt, rəqəmli telefon, videotelefon, və s.)
İnternetin köməyi ilə biletlərin satılması, otel nömrələrinin bronlaşdırılması.
Səmərəli reklamın həyata keçirilməsi.
Elektron sərgilərdə, yarmarkalarda, sərgilərdə və s. iştirak.
Uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi.
365 gün, 24 saat operativ iş rejimi.
Potensial əməkdaşların axtarılması.
sürətlə aparılması.
• Müəssisənin korporativ saytının yaradılması və onun İnternetdə yerləşdirilməsi.
Potensial turistin İnternet vasitəsilə əldə edə biləcəyi informasiyaları qısa şəkildə belə göstərmək mümkündür:
Məsafədən asılı olmayaraq istənilən turizm müəssisəsinin xidmətlərindən istifadə etmək.
Öz marşurutunu müəyyənləşdirmək, nəqliyyat vasitələri və bilet qiymətləri haqqında məlumatlar almaq.
Nəqliyyat vasitələrinə və otel nömrələrinə yerləri bronlaşdırmaq.
131
İstifadə etdiyi xidmət və əmtəələrin haqqını ödəmək.
İnternetin axtarma sistemlərindən istifadə etmək.
Elektron poçtdan istifadə etmək.
İnformasiya, onun etibarlı mübadilə vasitələri (İnternet, intranet və s.) turizm üçün niyə bu qədər vacibdir. Bu suala cavab vermək üçün turizm xidmətinin özünəməxsus xüsusiyyətlərini, turizm məhsulunun yaradılması, istifadə olunması zamanı qarşıya çıxan məsələlri araşdırmaq, turistlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.
İqtisadiyyatın bütün sahələri kimi turizmdə də göstərilən xidmətin istehlakçıya çatdırılması (marketinq) və onun daha tez və sərfəli şəkildə reallaşdırılması mühüm məslələrdən biri hesab olunur. Əgər turizm şirkəti üçün bu məsələ nə qədər vacibdirsə, istehlakçı üçün də eyni aktuallıq daşımaqdadır. Özünün qısa məzuniyyətini daha mənalı şəkildə keçirə bilmək istəyən hər bir işgüzar adam çoxlu sayda turizm məhsulu təklif edən firmaların seçimi qarşısında qalırlar. Bu isə çaşqınlığa və məsələnin reallığa çevrilməsinə maneələr yarada bilər. Bundan əlavə göstərmək lazımdır ki, turizm xidmətinin özü bir sıra unikal xüsusiyyətləri ilə də fərqlənir. Bunlar turizm məhsulunun bir yerdən başqa yerə daşına bilməməsi, turizm xidmətinin nisbətən mövsümi xarakter daşıması, turizm xidmətinidən istifadə edən insanların yüksək tələbkarlıqları ola bilər. Potensial turistlərə nəzər salsaq onların kifayət qədər təhsilli, yaxşı maddi imkanlı, öz işində ciddi olan, dinamik həyat tərzinə və tez-tez sərbəst səyahət etməyə meylli olan şəxslər olduğunu görərik. Bu insanlar onlara ayrılmış iş vaxtına ciddi əməl etdiklərii kimi istirahətlərini də mənalı keçirməkdə maraqlıdırlar. Əgər tarixə geri dönüb, məsələn, məşhur «Orient Express» ilə səyahətə nəzər salsaq, həmin dövrdə turizmin hələ bir aristokrat əyləncəsi xarakteri daşıdığını görərik. Turizmin keçən XX əsrin 50-ci illərindən etibarən geniş bir vüsət aldığını və indi onun artıq kütləvi hal daşıyaraq planet əhalisinin üçdə birinin tələbatına çevrilməsi məhz sıx informasiya mühitində mümkün olmuşdur. Müasir dünyada İnternetin Yer kürəsinin istənilən nöqtəsinə qədər yayıldığını nəzərə alarıqsa
132
potensial müştərilərin məhz bu şəbəkədən istifadə edərək öz istəkləri çərçivəsində seçimlərinin etdiklərini tamamilə təbii bir hal kimi qəbul etmək olar. Məsələnin populyarlığını başa düşən turizm firmaları ümümdünya şəbəkəsində təmsil olunam bilmək üçün özlərinin səhifələrini təqdim edirlər. İnternet hər bir müştəriyə (potensial turistə) yönəlmiş fərdi yanaşmanı təmin edir. Müasir dövrdə bütün dünya üzrə belə səhifələrin sayının 80 minə çatdığını göstərməklə məsələnin nə qədər populyar olduğunu bir daha göstərmək mümkündür. Ümümdünya şəbəkəsindəki belə səhifələrin bəziləri çox böyük olub, istifadəçiyə-bizim misalda potensial turistə kommersiya xarakterli informasiyadan əlavə, səyahətçi məsləhətləri, turizm mərkəzlərinə bələdçiliyi, görkəmli yerlərin foto və video təsvirləri, hava məlumatları, valyuta kursları, xəritə planlar haqqında məlumatlar verirlər. Dünya üzrə onlardan- www.world-touris.org,
www.yahoo.com
Dostları ilə paylaş: |