Təbii-resurs potensialının iqtisadi inkişafda yeri. Təbii-resurs potensialın təsnifatı.
Təbii resurs və milli sərvət anlayışları “Resurs” termininin mənası fransız mənşəli sözdən - “ressource”-dən formalşmışdır və mənası “köməkçi” vəsait kimi səslənir. Təbii resurslar dedikdə əsas etiban ilə təbiətdə maddi nemətlərin istehsalı üçün formalşan və onlardan istifadəsi mümkün olan resurslar nəzərdə tutulur. Təbii resurslann əsas xüsusiyyətləri onlardan istehsal təyinatı üzrə istifadə edilməsi ilə fərqlənirlər, başqa sözlə, təbii resurslardan insan əməyinin və əqlinin tətbiqi vasitəsilə yeni məhsulların, maddi nemətlərin alınması nəzərdə tutulur. Təbii resursların əsas mənbələri kimi - torpaq resursları, su mənbələri, filiz və qeyri-filiz yataqları götürülür. Təbii resurslar onlardan istifadə edilməsi xüsusiyyətlərinə və təyinatına görə əsasən iki yerə - insanlann yaşaması üçün vacib olan (istehlak təyinatlı materiallar, enerji resursları, su və hava) və əmək vasitəsi (istehsalın təşkili məqsədilə tələb olunan resurslar) kimi labüd olan təbii varlıqlara bölünür. 76 Azar bay can iqtisadiyyatı Təbii ehtiyatlar anlayışı, ilk növbədə müxtəlif təbiət elementlərinin və çoxsaylı təbii varlıqlann insanların real həyatlannda, bununla bərabər təsərrüfat fəaliyyətində vacib və zəruri istifadə etdikləri təbiət komponentləri nəzərədə tutulur. Öz xüsusiyyətlərindən və təbii xassələrindən, təbii transfermasiyalanndan asılı olaraq təbii ehtiyatlan iki qrupa ayırmaq mümkündür: ilk növbədə tükənməyən və daim varlığı ilə insanlar üçün, canlı həyatın fəaliyyəti, təsərrüfat işlərinin təşkili üçün mühüm olan təbiət komponentləri günəş və külək, iqlimlər, vulkanlar, nüvə komponentləri, geotermal elementlər, dəniz və okean cərəyanları və s. nəzərdə tutulur; ikinci qrup təbii ehtiyatlara isə bütün dünyanın ciddi narahatlığına səbəb olan və daim be)məlxalq qurumlarda bunlarla əlaqədar müzakirələr apanlan, preventiv tədbirlərin görülməsi vacib sayılan tükənməkdə olan təbii ethiyatlar başa düşülür. Bu kateqoriyadan olan təbii ehtiyatlara əsasən bərpa edilməsi mümkün olmayan bütün növ faydalı qazıntılar və bununla bərabər, bərpa olma xüsusiyyətlərinə malik digər faydalı qazıntılar - bioloji ehtiyatlar, su enerjisi və torpaq daxildirlər. Təbii sərvətlər qrupu. Müxtəlif təsnifləşdirmələri və elmi- metodoloji yanaşmaları əsas götürsək, təbii ehtiyatlardan və yaxud təbii resurslardan insan cəmiyyətinin bəhrələnməsi prosesləri və bununla əlaqədar olaraq iqtisadi sahələrin, təsərrüfat sahələrinin inkişaf etidilməsi baxımından, təbii sərvətlər qrupuna müxtəlif növ yanacaq, filiz, mineral, meşə, torpaq və su resursları aid edilir. Milli sərvət. Milli sərvət və ya bir çox hallarda iqtisadçı alimlərin də “xalq sərvəti”, “xalqların sərvəti” və s. bu kimi adlan- dırdıqlan bu anlayışın kökündə istənilən millətin məskunlaşdığı hər hansı bir dövlətin, ölkənin iqtisadi qüdrəti, potensialı və gücü dayanır. Milli sərvətlər kimi yer üzünün ən qüdrətli varlığı olan insanın yaratdığı maddi nemətlər, əmtəələr, istehlak materialları və təbiətin insanlara bəxş etdiyi varlıqlar-ehtiyatlar başa düşülür. Milli sərvətlər məcmusu - özündə milli iqtisadiyyatın fəaliyyəti ilə bağlı onun ehtiyatında və fəaliyyət dövriyyəsində olan kapital, pul vəsaitləri, valyuta ehtiyatlan, qiymətli kağızlar, qiymətli metallar, digər fövqəladə hallar üçün nəzərdə tutulmuş ehtiyatlar. 77 Darslik, SDU - 55 həmçinin təbiətdən qaynaqlanan çox mühüm milli sərvət komponentləri - torpaq və su ehtiyatlan, qiymətli faydalı qazıntılar, meşələr və s. birləşdirir.