qanunları və formalarının rəngarəngliyi buradan irəli gəlir. Monteskyö
sosiologiyada coğrafi cərəyanın banilərindən biridir; ictimai quruluşun və adətlərin
formalaşmasında iqlimə, torpağa, səthə və s. xüsusi əhəmiyyət vermişdir. Bununla
belə Monteskyö ictimai
mühitin rolunu göstərmişdir; Monteskyödə ictimai mühit
siyasi quruluş və qanunvericilik anlayışı ilə uyğun gəlir. Monteskyö feodal
mütləqiyyət qaydalarını kəskin tənqid edərək burjuaziyanın və zadəganlığın siyasi
kompromis ideoloqu kimi mötədil konstitusiyalı monarxiya ideyasının və
hakimiyyətlərin bölünməsi prinsipnin müdafiəsində durmuşdur. Moteskyö 1748-ci
ildə “Qanunların ruhu haqqında” əsərini yazmışdı. Onun fikrincə siyasi
xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə
bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması
ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə
böyük təsir
göstərmişdir. “…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla
yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə
oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng
fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz
gündəlik
şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb keçmiş
qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”. Şarl Lui
Monteskyö (“İran məktubları” 1721)
“İran məktubları” 1721
Təxminən əlli ilə yaxıın idi ki, Fransada şərq dəb olmuşdu. Əsərdə Usbe və Rica
adında iki İranlı Avropa, xüsusilə Fransada səyahətə çıxır. İki səyyah
təəssüratlarını vətəndaşlarına yazır, onlar da İranda baş verənlərdən onları xəbərdar
edirlər. Məktub tərzi, Monteskyöyə sərbəst şəkildə
bir mövzudan digərinə
keçməsinə şərait yaradır. Bir hərəm fırıldağı əsərin süjetini yaradır. Hörmətli
Usbenin yoxluğunda, qaradərili hərəm ağası, ağasının sarayında hər cür
çətinliklərlə qarşılaşır. Beləliklə, İran məktublarına qeyri-adi
bir görünüş verərək
Monteskyu yalnız zamanın zövqünə uyğun gəlmir, eyni zamanda risk almadan
zahirən çox ciddi bir rejimə qarşı kifayət qədər sərt hücumlara keçir. Əsər
hərəkətlidir, oxucu özünü böyük bir portret qalereyasının içində hiss edir: Vergi
toplayan, aclıq çəkən şair, yaşlı döyüşçü, böyük nəcib insan, varlı adam, hekayəçi.
Parisdəki həyatdan da səhnələr xatırlanır: Oxucu, Homer barəsində mübahisə
edilən
bir klubdan, gözəl düşünənlərin qarşılıqlı öyündüyü bir Salona, Parisə xas
avaraların toplandığı Tuileriesden Fransa Akademiyasına qədər gəzə bilir.
Məktubların əksəriyyəti dini, əxlaqi və siyasi problemlərə toxunur. Müstəmləkə,
qul
ticarəti, qanunlar haqqında öz mülahizələrini irəli sürür.
İran məktubları
Fransanın XIV Lüdovik dövrünə və İran sivilizasiyasına iki İran səyyahının gözü
ilə baxan siyasi satira idi. 1726-cı ildə Monteskyö Parisə köçür və iki ildən sonra
Fransa Akademiyasına üzv seçilir. O, Avropa ölkələrinə çoxlu səyahətlər edir,
müxtəlif ölkələrin dövlət hakimiyyətinin quruluşunu müşahidə edir və təhlillər
aparır. Monteskyö dünyada ilk dəfə olaraq siyasi proseslərin inkişaf
qanunauyğunluqları haqqında ümumiləşdirilmiş nəticələr almaq üçün müxtəlif ölkə