güzəran keçirmişdir. Rəvayətə görə maddi ehtiyac onu varlı bir qadınla evlənməyə
məcbur etmişdir. Əslində isə belə bir əhvalat olmamışdır. Lesaj Parisdə közəl bir
qızla ailə qurmuşdur. Valideynlərinin vəfatından sonra o, özünü dolandırmaq üçün
kiçik yunan əsərlərini tərcümə etməyə, 1700-cü ildən isə «Teatr Evrapol» üçün
fransız dilinə kiçik pyeslər çevirməyə başlamışdır.
Nizami motivlərini səhnəyə ilk dəfə fransızlar gətirmişlər. «Larus» ensiklopedik
lüğətində, habelə Alen Rene Lesajın həyat və yaradıcılığından bəhs edən kitablarda
Nizami süjetlərinin səhnədə oynanılmasından danışılır. «Larus universal» (Paris,
1949) və «Böyük Larus ensiklopediyası» (Paris, 1960) lüğətlərində də bu haqda
dəyərli məlumata rast gəlirik.
Ümumbəşəri səciyyə daşıyan Nizami idealları əsrlər boyu bütün xalqları
maraqlandırmışdır. Mütəfəkkir şair cəmiyyətdə ekiz doğulan xeyirlə şərin,
xeyirxah qüvvələrlə bədxah qüvvələrin arası kəsilməyən mübarizəsini iki şəxsin
simasında, özünəməxsus sənətkarlıqla canlandırmışdır. Bəşər evladını daim
düşündürən bu əzəli və əbədi problem fransız sez ustalarının nəzərindən yayına
bilməzdi.
Doğrudur, bir çox fransız alimləri Alen Rene Lesajın «Yeddi gözəl»dəki dördüncü
novellanı, «Xeyir və Şər» nağılını opera üçün işləməsimi, «Çin şahzadəsi» adlı
kiçik həcmli opera mətni yazmasını Fransua dö La Kruanın «İran nağılları» ilə
əlaqələndirirlər. Bəlkə də belədir. Lakin onu da nəzərdən qaçırmaq olmaz ki,
XVIII əsrdə, yəni Alen Röne Lesajın yaşayıb-yaratdığı dövrdə Nizaminin əsərləri
Fransada geniş intişar tapmışdı. həm Kral kitabxanasında, həm də Şərqlə
maraqlanan alim və yazıçılarda onun bütün əsərləri var idi. Ayrı-ayrı ki-tablarda
(məsələn, Bartelemi D'Erblonun «Şərq kitabxanası»n-da, Paris, 1697) Nizaminin
bütün əsərləri sadalanmış, «Xəmsə»-nin adı çəkilməmişdi.
Şərqlə maraqlanan Alen Röne Lesaj kimi bir yazıçı və dramaturq Nizami
Gəncəvinin əsərlərini oxumaya bilməzdi. İnamla demək olar ki, Lesaj yuxarıda adı
çəkilən opera mətnlərini bilavasitə Nizaminin «Yeddi gözəl» əsərindən
bəhrələnərək yazmışdır. Opera 1729-cu ildə Parisdə «Komedi Fransez» teatrında
göstərilmişdir. Alen Röne Lesajın əsas qəhrəmanı Diamantindir.
İlk dəfə fransız səhnəsinə qədəm qoyan Nizami süjetləri sonralar italyan və alman
səhnələrinə do yol tapmışdı. İtalyan dramaturqu Karlo Qotsi «Nağıl teatrı»
yaratmışdı. Süjetlərini folklor materialları əsasında qurai Karlo Qotsi 1761-ci ildə
«Teatr üçün nağıllar» toplusunu, 1762-ci ildə isə «Turai-dot» əsərini yazmışdı.
Lesaj kimi Qotsi də Nizami Gəncəvinin «Yeddi közəl» əsərindəki «Xeyir və Şər»
nağılını əsas götürmüşdü
Dostları ilə paylaş: