Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə13/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
Mövzu ime

Saxtalaşdırma istehsal prosesi zamanı keyfiyyətli məhsulların digər öz adına uyğun olmayan məhsullarla dəyişdirilməsi, qəlpləşdirilməsi kimi müəyyənləşdirilir. Saxtalaşdırma üsulundan asılı olaraq SYV istehlakçıları çeşid, miqdar, qiymət, informasiya və keyfiyyət saxtalaşdırılması ilə üzləşirlər.
Çeşid saxtalaşdırılması zamanı istehlakçıların aldadılması kompleks təsirinin və SYV-in istifadə üsulunun dəyişdirilməsi yolu ilə həyata keçirilir.
Miqdar saxtalaşdırması zamanı istehlakçıların aldadılması malın miqdarının qablaşdırmasında və ya fakturasında qeyd olunmuş miqdara uyğun olmaması yolu ilə həyata keçirilir. Məsələn, malların qəbul zamanı daxil olan malların faktiki sayı əmtəə-müşayətedici sənədlərdə göstərilmiş məlumatlara uyğun deyil. Həmçinin SYV-in çəkisinə görə də istehlakçıların aldadılması hallarına rast gəlmək olar.
Qiymət saxtalaşdırması – istehlakçının qiymətlərin yüksəldilməsi yolu aldadılmasıdır. Bir qayda olaraq, belə saxtalaşdırma informasiya və keyfiyyət saxtalaşdırması ilə müşaiyət olunur.
İnformasiya saxtalaşdırılması - mal barədə şübhəli və ya açıq-aşkar yalan məlumat köməyi ilə istehlakçının aldadılmasıdır. İstehsalçı firma, tozun təyinatı, istifadə qaydaları haqqında məlumatlar təhrif oluna bilər.
Keyfiyyət saxtalaşdırması zamanı malın saxtalaşdırılması keyfiyyət göstəricilərini və məhsulun təhlükəsiz istifadəsini aşağı salan müxtəlif əlavələrin köməyi ilə həyata keçirilir.

Mövzu№14:Təsərüfat təyinatlı plastmas qabların və silikat mallarının eyniləşdirilməsi və saxtalaşdırılnası
Plan:
1.Plastik kütlədən hazırlanmış təsərrüfat təyinatlı məmulatların eyniləşdirilməsi və saxtalaşdırılması
2.Silikat mallarının eyniləşdirilməsi və saxtalaşdırılması
Plastik kütlədən hazırlanmış təsərrüfat təyinatlı məmulatların eyniləşdirilməsi və saxtalaşdırılması P/k-dən hazırlanmış məmulatın eyniləşdirmə ekspertizası – bu malın müəyyən p/k növünə və ondan hazırlanmış məmulata uyğun oldyğunu, həmçinin normativ-texniki sənədlərdə göstərilmiş müəyyən siyahıya aid olduğunu müəyyənləşdirmək məqsədilə həyata keçirilir. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələr qoyula bilər:

  • bu mal hansı növ p/k-ə aiddir;

  • bu mal hansı çeşid qrupuna aiddir;

  • xarici görünüşünün, p/k-dən hazırlanmış məmulatın istehsal üsulunun müəyyən edilməsi;

  • p/k-dən hazırlanmış məmulatın ölçülərinin müəyyən edilməsi;

  • p/k-dən hazırlanmış məmulatın kimyəvi və fiziki-mexaniki xüsusiyyətinin müəyyən edilməsi;

  • p/k-dən hazırlanmış məmulatın təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi;

  • p/k-dən hazırlanmış məmulatın sanitar-gigiyenik xüsusiyyətinin müəyyən edilməsi;

  • məmulat əla sortludurmu;

  • məmulat mövcud markalanmaya uyğundurmu.

P/k-dən hazırlanmış məmulatların çeşid eyniləşdirilməsi bu məmulatın təsərrüfat, qalantereya (xırdavat) və ya mədəniyyət malları qrupuna aid olmasının müəyyən edilməsi üçün aparılır. Məmulatın bu və ya digər mal qrupu çeşidinə mənsubiyyəti bu sahə üzrə standartlarda və preyskurantlarda göstərilmiş kimyəvi, fiziki-mexaniki və sanitar-gigiyenik xüsusiyyətlərinə görə müəyyən edilir.
P/k-dən hazırlanmış məmulatlar dörd yarımsinifə bölünürlər: təsərrüfat malları; xırdavat mallar; mədəniyyət mallarılar və xırda məmulat hazırlamaq üçün materiallar (yarımfabrikatlar).
Təyinatı üzrə təsərrüfat məmulatları aşağıdakı qruplara bölürlər:

  1. yeməklərin hazırlanması, qəbulu və saxlanılması prosesində istifadə olunan (mətbəx işləri, yemək süfrəsinin hazırlanması, məhsulların saxlanması üçün məmulatlar);

  2. qida maddələri və yeyinti məhsullarının qablaşdırılması üçün;

  3. avtomotonəqliyyat vasitələrinə xidmət üçün (parçlar, qıflar, kanistrlər və s.);

  4. bağ, bostan və yardımçı təsərrüfat üçün (vedrə, borular, müxtəlif qablar, alətlər üçün yeşiklər, istixanaların üçün plyonkalar);

  5. müxtəlif məişət əşyaları (abajurlar, gül üçün dibçəklər, fırçalar, xalçalar və s.).

Xırdavat məmulatları funksional təyinata görə aşağıdakı qruplara bölürlər:

  1. şəxsi əşyaların saxlanması üçün əşyalar;

  2. şəxsi gigiyena əşyaları (sifətin və bədənin gigiyenası üçün, saçlara qulluq üçün, su və günəşdən qorunmaq üçün);

  3. rəhbər üçün əşyalar;

  4. siqaret çəkmək üçün ləvazimatlar;

  5. geyim furnituru.

Mədəniyyət mallarıları funksional təyinata görə yeddi qrupa bölünür:



  1. dəftərxana məmulatları (orqtexnika, məktəb ləvazimatları);

  2. cizgi ləvazimatları;

  3. müxtəlif əşyaların saxlanması üçün məmulatlar;

  4. fotoləvazimatlar;

  5. oyuncaqlar və oyunlar;

  6. idman malları;

  7. bədii məmulatlar.

Xırda məmulat hazırlamaq üçün materiallara laylı və qazilədoldurulmuş p/k, həmçinin plyonka materialları aiddir.
Laylı p/k qatran hopdurulmuş və preslənmiş kağız vərəqələri, parça və digər materiallardan ibarətdir. Onlar müxtəlif qalınlıqda təbəqə və plastin şəklində istehsal olunur (tekstolit (tekstil parça əsasında), şüşə-tekstolit (şüşəparça əsasında)). Onların fiziki-mexaniki xassəsi əsasən laylı aşqarların xassələrinə əsasən müəyyən olunur.
Qazdoldurulmuş p/k - bu materialların məsaməli strukturu var və kütləsi çox azdır.
Penoplastlar duru qətrana buxar və ya qazlar ayıran maddələr əlavə etdikdən və ya onları köpüklətdikdən (hava və ya digər qazları vurmaq yolu ilə) sonra bərkitməklə alınır. Adətən penoplastların qapalı yuvaları (məsamələri) olur. Poroplastlar dedikdə açıq və məsamələri birləşdirən məsaməli p/k nəzərdə tutulur.
Peno- və poroplastların istehsalında fenolformaldeqid və fenolformaldehid qətranları, polistirol, polivinilxlorid, poliuretan və digər qətranlar istifadə olunur. Fenolformaldeqid və sidikcovhərifenolformaldeqid (мочевиноформальдегидные) qətranı, polistirol, polivinilxloriddən əsasən istilik və səs izolyasiyası (tikintidə, soyuducu və s. üçün) üçün tətbiq olunan məsaməli sərt və möhkəm materiallar alınır. Plastikat поливинилхлорида və poliuretan qətranı əsaslı poroplastlar yumşaq və elastik süngər çəklində olur.
Plastik kütlənin əsas qrupunu plyonka p/k (sellofan, polietilen, polipropilen və s.) təşkil edir.
Makrostrukturuna görə məmulatlar həmcins (tökülmüş plastik kütlələrdən) və müxtəlif tərkibli (presstoz, laylı və qazdoldurulmuş p/k) olmaqla fərqləndirilir.
P/k məhsullarının saxtalaşdırılmasının qarşısının alınmasında əhəmiyyətli olan p/k növünün və onların kimyəvi təbiətinin müəyyən edilməsidir.
Makrostrukturun xarakterinə görə p/k-nin aşağıdakı əsas növləri vardır: sadə (həmcins) və kompozisiyalı (müxtəlif tərkibli). Adətən sadə p/k-nin qırılma yeri şüşəyəoxşardır.
Birləşdirici maddələrin təbiətinə görə p/k-nin əsasını aşağıda qeyd maddələr təşkil edir:

  1. sintetik polimerlər;

  2. kimyəvi emal edilmiş təbii polimerlər;

  3. təbii polimerlər və qətran;

Belə ki, sellüloidin tərkibində ikinci qrupa aid olan birləşdirici vasitə sellüloz anın nitrat turşusu (азотнокислый) efiri - kolloksin var.
Sintetik qətran alınması (sintezi) prosesinin əsasını təşkil edən kimyəvi reaksiyaların xarakterinə görə plastik kütlələri üç qrupa bölürlər:

  1. polimerləşmə (polietilen, polistirol, polivinilxlorid və s.) reaksiyası ilə əldə olunan polimerləşmiş qətran əsaslı plastik kütlələr;

  2. Polikondensasiya (fenoplastlar, aminoplastlar poliefirlər, poliamidlər və s.) reaksiyası ilə əldə olunan polikondensasiyalaşmış qətran əsaslı plastik kütlələr;

  3. sellüloz efirləri əsaslı plastik kütlələr.


Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin