Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Polimerləşmiş qətran əsaslı plastik kütlələrin əsas növləri



Yüklə 87,19 Kb.
səhifə14/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   10   11   12   13   14   15   16   17   ...   40
Mövzu ime

Polimerləşmiş qətran əsaslı plastik kütlələrin əsas növləri
Polietilen - bu ağ rəngli (bəzən sarımtıl rəngə çalır) bərk materialdır, yarımşəffafdır, nazik laylıları isə şəffaf olur. Xarici görünüşünə görə və əl ilə toxunulduqda parafinə bənzəyir, müxtəlif rəngdə boyanır. Zərbələrə və əyilmələrə qarşı davamlılığı, yüksək şaxtayadavamlılığı (-80°C qədər), qələvilərin və həlledicilərin təsirinə qarşı davamlılığı, istiliyə davamlılığı (110-130°C) və yüksək elektrik izolyasiyası xüsusiyyətləri ilə səciyyələnir. Yüksək təzyiqli polietilen və aşağıtəzyiqli polietilen olmaqla iki yerə bölünür. Polietilen demək olar ki, zərərsizdir və ətraf mühitə insan sağlamlığı üçün təhlükəli maddələr buraxmır.
Polivinilxlorid - yarımşəffaf və ya qeyri-şəffaf, rəngsiz və ya rənglənmiş, termoplastik (T=75°C-də yumşalır, T=140°C-də parçalanır), sürtülüb yeyilməyə qarşı dayanıqlı, kimyəvi davamlı, malik mexaniki möhkəm, yaxşı elektrik izolyasiya xassələri olan plastik kütlədir. "Vinilplast" adı altında sərt (plastifikatorsuz) və "plastikat" adı altında elastik (plastifikator ilə) olmaqla iki növdə istehsal olunur. Plastikat zaman keçdikcə köhnəlir, bu zaman onun sərtliyi artır, rəngi dəyişir. Temperatur - 200C olduqda plastikatdan hazırlanmış məmulat sərt və kövrək olur. Vinilplastdan kranlar, borular, cizgi ləvazimatları, xırdavat və digər məmulatlar hazırlanır. Plastikatdan plastinalar, şlanqlar, borular, plyonkalar alınır.
Floroplast - ağ və ya bozumtul rəngli, əl ilə toxonulduqda yağlı və sürüşkən səthə malik olan, xarici görünüşünə görə parafinə bənzəyən floroplast-4 (teflon) daha çox məlumdur. Yüksək sıxlığı (2300 kg/m3), yüksək istiliyədavamlılığı, kimyəvi dayanıqlılığı, möhkəmliyi, elastikliliyi, dielektrikliyi ilə səciyyələnir. Floroplastdan maşın detalları, plyonkalar, elektrik izolyasiya materialları, toxuculuq lifləri (ftorlon), qazanların və digər qabların daxili örtüyü istehsal edilir.
Polistirol- bərk, şəffaf, rəngsiz və ya rənglənmiş materialdır, T=800C-də yumşalır, bütün həlledicilərə, daha çox turşu və qələvilərə qarşı dayanıqlıdır, lakin benzinin təsiri ilə dağılır. Asanlıqla alışır və güclü his edərək alovla yanır, yaxşı elektrik izolyasiya xüsusiyyətinə malikdir. Polistiroldan vazalar, mücrülər, düymələr, daraqlar, fotokasetlər, qablaşdırıcı materiallar, dərman və kosmetik materiallar üçün qablar, oyuncaqlar, laboratoriya üçün kimyəvi qablar, plyonkalar, məsaməli materiallar və s. istehsal edirlər.



Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin