Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Paltaryuyan maşınların eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə37/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   32   33   34   35   36   37   38   39   40
Mövzu ime

2.Paltaryuyan maşınların eyniləşdirilməsi və saxtalaşdırılması
Ağlara qulluq ilə bağlı ev işləri ən çox zəhmət tələb edən işlərdən biridir. Bu, ilk növbədə paltar yuma, qurutma və ütüləmədir.
Paltaryuyan maşınların tətbiqi paltar yuma vaxtını 2-5 dəfə azaltmağa imkan verir. Paltar yumaqla ilə yanaşı paltar qurutma prosesinin intensivləşdirilməsi də vacibdir. Ütü ilə paltar ütüləmək üçün çox vaxt sərf olunduğuna görə ütüləmə maşını istehsalı məsələsi qoyulur.
Paltaryuyan maşınların eyniləşdirilməsi – paltaryuyan maşınların keyfiyyət göstəricilərinin GOST 8051-83 standartının tələblərinə və markalanmasında, əmtəə-müşayətedici sənədlərində göstərilmiş informasiyaya, normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Paltaryuyan maşınların eyniləşdirilməsi zamanı aşağıdakı məsələlər öz həllini tapır:

  • çeşid (növ) qrupunun təyini;

  • maşının yuyub təmizləmək qabiliyyətinin müəyyən edilməsi;

  • ağları sıxma və durulama keyfiyyətinin müəyyən edilməsi;

  • ağların maşında yırtılmasının (köhnəlməsinin) müəyyən edilməsi;

  • markalanmasının, qablaşdırılmasının və əmtəə-müşayətedici sənədlərinin rekvizitlərinin müəyyən edilməsi.

Paltaryuyan maşınların çeşid eyniləşdirməsi – malın növ və çeşid mənsubiyyətinin məhsulların ümumrespublika təsnifatına (MÜT) uyğunluğunun müəyyənləşdirilməsidir.
Paltaryuyan maşınlar bir sıra əlamətlər üzrə qruplaşdırılır: paltaryuyan məhlulun aktivləşdirmə üsuluna görə (aktivatorlu və baraban); ağların emalı proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması dərəcəsi üzrə (СМ —sıxma əməliyyatını yerinə yetirməyən paltaryuyan maşın, СМР- əl ilə sıxma qurğusu olan paltaryuyan maşın, СМП— yarımavtomatik - bütün əməliyyatları mexanikləşdirilmiş olaraq yerinə yetirir, СМA — verilmiş proqrama uyğun olan bütün əməliyyatlar avtomatik olaraq yerinə yetirilir).
Paltaryuyan maşınlar konstruktiv xüsusiyyətlərindən asılı olaraq aşağıdakı kimi təsnif edilirlər: nominal yüklənmə üzrə (quru paltar kq ilə)1,0; 1,5; 2,0; 3,0; 4,0; 5,0; çənlərin sayına görə (bir bakli və iki baklı - Д); yükləmə üsuluna görə (yuxarıdan və frontal olaraq doldurmaqla - F); idarəetmə üsuluna görə (elektrik və elektron idarə ilə); proqramların sayına görə (bir-, iki- və çoxproqramlı); məhlulu isitmə və qızdırma xassəsinə sahib olmasına görə; markasına və modelinə görə; rahatlılığına (komfortuna) görə (adi və yüksək).
Sıxma əməliyyatını yerinə yetirməyən paltaryuyan maşınlar (СМ) kiçik qabaritli olur. Paltaryuyan məhlulun onların icərisində qarışdırılması paltaryuyanın yan divarında olan, tutumu 30 dm3 –dən çox olmayan plastmas disk aktivatorunun fırlanması hesabına həyata keçirilir. Enerji sərfiyyartı 150 Vt-dan çox deyil. Bu maşınlar 1-1,5 kg ağ üçün istehsal olunur. Belə maşınların çəkisi – 10 və 15 kg olur.
Əl ilə sıxma qurğusu olan paltaryuyan maşınlar (СМР) konstruksiyasının sadəliyi, yüksək davamlılığı ilə səciyyələnir və 1,5 və ya 2 kq quru paltarı yumaq üçün nəzərdə tutulur. Bu maşınların korpusu silindrik formaya malikdir. СМР-2 maşınlarının korpusu kvadrat formada olub bir, iki və ya üç yuma rejiminə malik olurlar. Maşınlar vaxt relesinin köməyi ilə yuma vaxtı qurtardıqda işə salınır və dayandırılır. Maşınların əksəriyyətində işlənmiş məhlulu boşaltmaq üçün nasoslar var.
Yarımavtomat paltaryuyan maşınlar (СМП) ağların emalı proseslərinin tam mexanikləşdirilməsini (yuma, sıxma, işlənmiş məhlulu boşaltma) və vaxt relesinin köməyi ilə qismən avtomatlaşdırılmasını təmin edir. Bu maşınlar baraban tipli birçənli və aktivator tipli ikiçənli bir, iki və ya üç yuma rejimli ola bilər. СМП tipli bütün maşınların korpusu düzbucaqlı formaya malikdir.
3 və 4 kiloqram paltar yumaq üçün nəzərdə tutulmuş avtomatik paltaryuyan maşınların (СМА) bir neçə modeli vardır. Lakin bu paltaryuyan maşınlar quraşdırılmasının mürəkkəbliyinə görə məişətdə geniş tətbiq olunmur. Buna baxmayaraq, bu maşınlar daha perspektivlidir, çünki ağların emalı zamanı çox az zəhmətlə bütün proseslərin yerinə yetirilməsini təmin edir.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin