Maqnit diskindən verilənlərin daxil və xarıc edilməsi. Blokların əlaqə göstəricisi.Uygun blokun izahı. Çesidləmə Sənədlərin əlilə hazırlanması
əvvəldən hasırlanmıs alqoritmlərdən və ya proqramlardan istifaMaqnit lentindən daxil etmə və ya maqnit lentinə çıxış.Verilənlərin əlilə masına daxil edilməsi Sənədlərin əlilə islənməsi kodlasdirma Informasiyanın rabitə kanallarına öttürülməsi
Xətti alqoritmlər çox sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və həmin əməliyyatlar yazıldıgı ardıcıllıqla da yerinə yetirilir.
Gündəlik həyatımızda hər hansı bir işi icra edərkən bir sıra qayda və qanunları yerinə yetiririk. Bir misala baxaq. Tutaq ki, biz kofe hazırlamaq istəyirik. Onda biz, ardıcıl aşağıdakı işləri yerinə yetirməliyik.
Suyu qaynadırıq;
Lazımı miqdarda şəkər tozu əlavə edib qarışdırırıq;
Dörd bənddən ibarət bu hərəkətlər ardıcıllığı kofe hazırlamaq alqoritmidir.
Alqoritmin təsvir vasitələri. Alqoritmi mümkün qədər əyani şəkildə göstərmək üçün aşağıdakı təsvir vasitələrindən istifadə olunur:
Adi dildə;
Blok-sxemlə;
Alqoritmik dildə.
1. Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.
2. Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
Alqoritmin blok-sxem vasitəsilə təsviri zamanı istifadə olunan əsas standart simvollar aşağıdakılardır:
- proqramın (alqoritmin) başlanğıcı və sonu;
- giriş-çıxış əməliyyatları;
- hesablama bloku;
- keçid (budaqlanma);
- çapetmə; və s.
3. Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsvir edilməsi (alqoritmik dildə).Alqoritmin proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın müəyyən əmrlərlə göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir. Çox vaxt proqramı yazmamışdan əvvəl məsələnin həll alqoritminin blok-sxemini qururlar, sonra isə ona uyğun proqram yazılır. Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsviri onun ixtiyari proqramlaşdırma dilində yazılmasının mümkünlüyünü göstərir.
İstifadə edilmiş ədəbiyyat:
C.Abdullayev,N.Mahmudov və başqaları-“İnformatikanı tədrisi metodikası” Bakı 2003
Ə.M.Rüstəmov “İnformatika” Bakı 2012
KərimovS.Q, Həbibullayev S.B və b. İnformatika, Bakı, 2012.
E.Məmmədov.”İnformatika”Bakı 2016
Mübariz Xəlilov, Nazlı Həsənova, İnformatika , Bakı 2014