Siemens S7-1200 (PLC-lərə misal)
Yuxarıda qeyd olunduğu kimi S7-1200 kompakt tip PLC modelidir. Yəni,
modul üzərində müəyyən sayda giriş/çıxışa malikdir, lakin siqnal modulları və
“board”ları əlavə etməklə giriş/çıxış sayını artırmaq mümkündür.Fərqli tələb-ləri
qarşılaya biləcək şəkildə 4 tip S7-1200 CPU-ları bazara çıxarılmışdır. Bun-lar:
CPU 1211C, CPU 1212C, CPU 1214C və CPU 1215C modelləridir.Hər tip CPU-
nun da AC/DC/Rly, DC/DC/DC və DC/DC/Rly növləri mövcuddur. Bura-da
göstərilən üçlü kodların (məs, AC/DC/Rly) mənası aşağıdakı kimidir:
Birinci yerdə duran kod (AC), CPU-nun qidalanma gərginliyinin
növünü gəstərir.(AC 220 V AC, DC olduqda isə 24 V DC olur.)
İkinci yerdə duran kod (DC), rəqəmsal girişlərin gərginlik
göstəricilərini bildirir.Yəni, rəqəmsal girişlərə sadəcə 24 V DC
siqnallar bağlanacaq.Bu yerdə sadəcə DC olur.
Üçüncü yerdə duran kod (Rly) rəqəmsal girişlərin növünü
göstərir.Bizim nümunədə Rly o deməkdir ki, CPU rele çıxışlıdır. (Rly
və DC ola bilər.DC o deməkdir ki, CPU transzistor çıxışlıdır.)
Qeyd olunduğu kimi, əlavə siqnallara ehtiyac olduqda siqnal modulları və ya
“board”larından istifadə olunur.Siqnal modulları CPU-nun sağ tərəfinə
|