Mövzunun adı Məşğulluq və işsizlik: Növləri, formaları və xüsusiyyətləri



Yüklə 46,08 Kb.
səhifə2/7
tarix14.04.2023
ölçüsü46,08 Kb.
#98093
növüXülasə
1   2   3   4   5   6   7
Firuzeee

Giriş


Əvvəlki illərə nəzərə saldıqda görə bilərik ki, regionların sosial-iqtisadi yüksəlişinə o qədər də çox diqqət yetirilməmişdir. Məhz bu səbəbdən regionlar arasında inkişafda kəskin fərqlər nəzərə çarpır. Lakin ölkənin tərəqqisi üçün bu inkişaf hər bir regionu əhatə etməlidir.Bu məqsədlə ölkə Prezidenti tərəfindən 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramı”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” qəbul edilmişdir. Qəbul olunmuş bu proqramlarda bəhs edilən problemin həll edilməsinin böyük əhəmiyyət kəsb etdiyi göstərilməklə yanaşı, həlli üçün tədbirlər planı layihələrinin hazırlanması və reallaşdırılması da vurğulanmışdır. Səbəb isə sadədir, regionların inkişafındakı axsamalar ümumilikdə dövlətin inkişafına təsir göstərməklə yanaşı, məhsuldar qüvvələrin produktiv inkişafına da öz mənfi təsirini göstərir. Bütün bu deyilənlər, regionlardakı məşğulluq və işsizliyin həll edilməsinin bütünlükdə ölkənin iqtisadi tərəqqisində mühüm rolu olduğunu göstərir. Bu isə mövzunun aktuallığını sübut edir.
Ölkəmizdə istiqlaliyyətinin ilk illərində iqtisadiyyatın tərəqqisi birbaşa olaraq neft sektorundan asılı idi və bu təkyönlü iqtisadi inkişaf digər regionların inkişafı arasındakı fərqi böyüdür, işçi qüvvəsinin paytaxta axınına səbəb olurdu. Məhz bu şəraitdə regionlararası iqtisadi inkişaf fərqinin azaldılmasına nail olmaq üçün dövlət tərəfindən müəyyən tədbirlərin görülməsi zəruri idi. Ölkəmizdəki sosial-iqtisadi durum müstəqilliyin ilk illərində həm daxili, o cümlədən, xarici mənfi amillərin təsirinə məruz qalırdı. Həmçinin, həyata keçirilən islahatların müəyyən dərəcədə ləng getməsi, regional istiqamətdə görüləcək tədbirlərə o qədər də fikir verilməməsi, qəbul edilmiş sərəncam, qanun və qərarların bütövlükdə ölkə səviyyəsində nəzərdə tutulması ayrı-ayrı regionlara məxsus plan, proqram, layihə və siyasətin olmaması səbəbi də mövcud idi. Belə bir böhranlı vəziyyətdən xilas olmağa "əsrin müqaviləsi"nin bağlanmasının böyük əhəmiyyəti olmuşdur. Bu sayədə ölkədəki böhranlı vəziyyət durulmuş və bazar iqtisadiyyatının bərqarar olunmasına, o cümlədən, iqtisadi tərəqqinin əldə edilməsinə şərait yaranmışdır.
Müxtəlif ərazilərin siyasi, sosial-iqtisadi, ekoloji inkişafına təsir etməklə regionların inkişafına nəzarət etmək mümkündür. Burada əsas məqsəd iqtisadiyyatın balanslaşdırılmış inkişafına nail olmaq, gəlirlərin ədalətlə bölüşdürülməsi, regionlarda həyat şəraitinin, sosial durumun, rifah halının yaxşılaşdırılması məsələlərini həyata keçirməkdir. Regionların balanslı, dinamik inkişafının əldə olunmasında ilk növbədə regional disproporsiyaların aradan qaldırılmasını və proporsiyaların rasionallaşdırılması nəzərdə tutulur. Tarixi təcrübə göstərir ki, regional tərəqqinin idarə edilməsi məsələsinə onlar arasında kəskin fərqlərin aradan qaldırılması, qeyri-bərabərlik əmələ gəlməsi şəraitində lazım olmuşdur. İndiki dövr üçün bu idarəetmənin məqsədi cari və gələcək nəsillərə əlverişli həyat şəraitinin bəxş edilməsi, əhali üçün yüksək rifah halının təmin edilməsi, müxtəlif infrastruktura sahələrinin yaradılmasını, əhalinin məşğulluğa cəlb edilməsini, işsizlik dərəcəsinin azaldılmasını nəzərdə tutur.
Məşğulluğun durumuna bir çox faktorlar təsir edə bilər. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
- sosial-demoqrafik amillərə: əhalinin sayı, onun yaş-cins tərkibi, ölkədəki demoqrafik durum, miqrasiya, təhsil səviyyəsi və əmək qabiliyyətli əhalinin təsnifatı aiddir;
- iqtisadi amillər: ölkənin iqtisadiyyatının strukturu, məhsuldar qüvvələrin inkişaf səviyyəsi, dövlət və qeyri-dövlət mülkiyyətlərinin nisbəti, sahibkarlıq faəliyyətinin formalaşmasının normativ-hüquqi bazası və sosial-iqtisadi mühiti, ilkin kapitalın yığım şərtləri, ETT-nin vəziyyəti və onun nəticələrinin istehsala tətbiq edilməsi imkanları;
- beynəlxalq amillər: ölkənin beynəlxalq əmək bölgüsündə yeri və ölkə iqtisadiyyatına xarici investisiyalarının həcmi;
- siyasi amillər: ölkədə və onun regionlarında siyasi-iqtisadi və hərbi-siyasi sabitlik, cəmiyyətin demokratikləşmə səviyyəsi;
- tənzimləyici amillər: dövlətin iqtisadi siyasətinin büdcə-vergi, pul-kredit, antiböhran, struktur, investisiya, antiinhisar və s. təbdirləri.
İqtisadiyyatda işsizliyin səviyyəsinin çox olması müxtəlif komplikasiyalara səbəb olur ki, bu sosial-iqtisadi tərəqqi vəziyyətinə mənfi təsir göstərir. İşsizlik səviyyəsinin yüksək olması halında baş verəcək zərərlərə bunları misal göstərmək olar:
- işlə təmin olunmayan şəxslərin həyat keyfiyyətinin pisləşməsi;
- ÜDM-nin həcminin kiçilməsi;
- çalışmayanlara ödənilən müavinətlərə görə dövlət büdcəsində xərclərin artması;
- vergi ödənişlərinin azalması və s.
Belə çıxır ki, işsizliyin yüksək həddə olması həm iqtisadiyyata, o cümlədən, fərdi olaraq hər bir şəxsə neqativ təsir göstərir.

  1. Yüklə 46,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin