I Sual: Müəssisədə maliyyə planlaşdırılmasının mahiyyəti.
I Sual: Müəssisədə maliyyə planlaşdırılmasının mahiyyəti.
Planlaşma – idarəetmənin ümumi funksiyalarındandır.
Planlaşma – kəmiyyət və keyfiyyət ifadəsində məqsədli tapşırıqların işlənməsi və qəbul edilməsi prosesidir.
Maliyyə planlaşdırılmasının vəzifələri:
-i stehsal, investisiya və maliyyə fəaliyyətinin zəruri maliyyə resursları ilə təmin edilməsi;
- səmərəli kapital qoyuluşunun yollarını müəyyən etmək;
- mənfəətin artırılması üçün təsərrüfat daxili ehtiyatların aşkar edilməsi;
bank, büdcə və s ilə səmərəli maliyyə münasibətlərinin müəyyən olunması
Qısamüddətli maliyyə planları müəssisələrdə pul ödəmələrinin və digər maliyyə əməliyyatlarının daha səmərəli aparılması və ona nəzarəti təmin etmək məqsədi ilə tərtib edilir. Operativ maliyyə planları rüb, ay və on gün üçün tərtib edilir. Operativ planlara kassa və təqvim planları daxildir.
Müəssisənin icmal maliyyə planına aşağıdakılar daxildir:
Müəssisənin icmal maliyyə planına aşağıdakılar daxildir:
- alış və satış planları;
- müəssisənin istehsal gücü və istehsal proqrammı;
- istehsal xərcləri smetası;
- nəqd pul ödənişlərinin proqnozlaşdırılmış qrafiki;
- dövrün sonuna material ehtiyatları smetası;
- əmək haqqı, ümum zavod və inzibati xərclər smetası;
- müəssisənin kassa planı;
- mənfəət və zərərlər haqqında hesabat proqnozu;
likvidlik və rentabellik əmsallarının plan hesablamaları,müəssisənin maliyyə inkişafı haqda nəticələr.
Maliyyə planı aşağıdakılara proqnoz qiymətini verməlidir:
müəssisənin gələcək maliyyə fəaliyyətinə;
gəlirlər və xərclər balansına;
pul vəsaitinin hərəkətinə.
I. Maliyyə resurslarının formalaşması və bölüşdürülməsi büdcəsi. (proqnoz balansı)
I. Maliyyə resurslarının formalaşması və bölüşdürülməsi büdcəsi. (proqnoz balansı)
Proqnoz balansı - müəssisənin maliyyə fəaliyyətinə proqnoz verir. Bu zaman balansın əsas maddələri üzrə qalıqları proqnozlaşdırmaq lazımdır:
2. Gəlirlər və xərclər büdcəsi (mənfəət və zərərlər haqqında proqnoz hesabatı)
Bu zaman aşağıdakıların proqnozu hesablanmalıdır:
- satışın həcmi;
- satılan məhsulun maya dəyəri;
- kommersiya və idarə xərcləri;
- maliyyə xarakterli xərclər (kreditldər və istiqrazlar üzrə faizlər), ödəniləcək vergilər və s.
II Sual: Perspektiv maliyyə planlaşdırılması
II Sual: Perspektiv maliyyə planlaşdırılması
Perspektiv maliyyə planlaşdırılması aşağıdakıları müəyyən edir:
- geniş təkrar istehsalın həcmi və nisbətliklərini;
- geniş təkrar istehsalın vacib göstəricilərini;
Perspektiv maliyyə planlaşdırılması müəssisənin məqsədinin realizasiyasının əsas forması kimi çıxış edir. Belə planlaşma bir ildən üç ilə qədər dövrü əhatə edir. Lakin bu dövr şərti xarakter daşıyır.
Perspektiv maliyyə planlaşdırılmasına daxildir:
- maliyyə strategiyasının işlənilməsi;
maliyyə fəaliyyətinin proqnozlaşdırılması;
Strateci planlaşma zamanı müəyyən edilir:
Müəssisənin məqsədi və inkişafının uzun müddətli istiqamətləri;
Beləliklə, maliyyə strategiyası maliyyə fəaliyyətinin uzun müddətli məqsədini və həmin məqsədə çatmaq üçün daha səmərəli üsulların seçilməsini müəyyən edir.
Perspektiv planlaşdırmaının əsasını proqnozlaşdırma təşkil edir. Proqnozlaşdırma perspektivdə müəssisənin maliyyə imkanlarının öyrənilməsidir. Planlaşmadan fərqli olaraq, proqnozların icrası qarşıya qoyulmur. Proqnozlaşdırmanın əsasında mövcud informasiyanın ümumiləşdirilməsi və təhlili, vəziyyətin və maliyyə göstəricilərinin mümkün inkişaf modellərindən istifadə dayanır.
Perspektiv planlaşdırmaının əsasını proqnozlaşdırma təşkil edir. Proqnozlaşdırma perspektivdə müəssisənin maliyyə imkanlarının öyrənilməsidir. Planlaşmadan fərqli olaraq, proqnozların icrası qarşıya qoyulmur. Proqnozlaşdırmanın əsasında mövcud informasiyanın ümumiləşdirilməsi və təhlili, vəziyyətin və maliyyə göstəricilərinin mümkün inkişaf modellərindən istifadə dayanır.
Perspektiv maliyyə planlaşdırılması nəticəsində aşağıdakı maliyyə sənədləri hazırlanır:
- mənfəət və zərərlər haqqında hesabatın proqnozu;
- pul vəsaitlərinin hərəkətinin proqnozu;
mühasibat balansının proqnozu;
Bu sənədlərin hazırlanmasında məqsəd planlaşdırılan dövrün sonuna müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsidir.
Perspektiv maliyyə planlaşdırılmasının tərkibinə daxil olan mühasibat balansı kapitalın mənbəyini (passiv) və onun yerləşdirilməsini (aktiv) əks etdirən yekun cədvəlidir.
Müəssisələrdə pul gəlirlərinin faktiki daxil olması və xərclənməsi üzərində nəzarəti təmin etmək üçün operativ planlar tərtib olunur.
Operativ maliyyə planlarına ödəmə təqvimi, kassa planı və kredit planı daxildir.
Ödəmə təqvimi aşağıdakı vəzifələri yerinə yetirir:
- müəssisələrdə pul daxilolmalarının və gözlənilən xərclərin vaxt etibarı ilə kəsişməsinin uçotunun təşkili;
- pul daxilolmaları və xərclənməsi haqqında informasiya bazasının formalaşdırılması;
- Informasiya bazasında gündəlik dəyişikliklərin uçotu;
- ödəmələrin təhlili və onların aradan qaldırılması üçün konkret tədbirlərin görülməsi;
- qısamüddətli kreditlərə tələbatın hesablanması;
- müəssisənin müvəqqəti sərbəst vəsaitlərinin hesablanması;
- müvəqqəti sərbəst pul vahidlərinin daha etibarlı və səmərəli yerləşdirilməsi baxımından maliyyə bazarının təhlili;
Ödəmə təqvimi müəssisələrdə bütövlükdə pul vəsaitlərinin hərəkətini tənzimləməyə imkan verirsə, nəqd pul vəsaitlərinin hərəkətini planlaşdırmaq üçün kassa planından istifadə edilir.
Ödəmə təqvimi müəssisələrdə bütövlükdə pul vəsaitlərinin hərəkətini tənzimləməyə imkan verirsə, nəqd pul vəsaitlərinin hərəkətini planlaşdırmaq üçün kassa planından istifadə edilir.
Kassa planı müəssisə ilə onun işçiləri arasında münasibətləri planlaşdırmağa və idarə etməyə imkan verir. Bundan başqa, nəqd pulun faktiki hərəkəti ilə plan göstəricilərini müqayisə etməklə onlar arasında fərqi aşkar etmək və aradan qaldırılması üçün tədbir görmək olar.
Müəssisələr kassada müəyyən olunmuş həcmdə nəqd pul saxlaya bilər. Artıq məbləğ banka təhvil verilməlidir.
Kassa planı rüblük tərtib edilir və bir nüsxəsi banka verilir. Kassa planının tərtib edilməsi üçün əmək haqqı fondu üzrə ödəmələrin, mükafatların verilmə müddətləri və məbləği, malların nəqd pula (kənara və işçilərə) satışının həcmi, digər pul daxilolmaları və ödəmələrinin həcmi haqqında məlumatlardan istifadə edilir. Kassa planının tərtib edilməsi və istifadəsinə banklar nəzarət edir.
V Sual: Biznes – plan
V Sual: Biznes – plan
Müəssisənin maliyyə planlaşdırılmasında qarşıya qoyulan məqsədlərə çatmaq üçün müəyyən vəzifələr irəli sürülür. Bu məqsədlə müəsssədə uzun müddətli inkişafın konsepsiyası hazırlanır və həmin konsepsiya əsasında strateci uzun müddətli planlar tərtib olunur. Maliyyə fəaliyyətinin uzun müddətli məqsədləri maliyyə strategiyası işlənilən zaman proqnozlaşdırılır.
Müəssisədə strateci plan kimi biznes - plan hesab olunur.
Biznes – plana strateci planlaşma kimi baxılır.
Biznes – planı müəssisənin investisiya layihəsinin elementi kimi baxılır.
Biznes – plan biznesin idarəolunması alətidir.
Biznes – plan 2 ildən 5-6 ilə tərtib olunur. Ümumiyyətlə, biznes plan cari və perspektiv planlaşmanı əhatə edir.
Perspektiv planın ən mühüm növünü biznes – plan təşkil edir.
Perspektiv planın ən mühüm növünü biznes – plan təşkil edir.
Biznes – planın məqsədi yaxın dövr və gələcək üçün müəssisənin təsərrüfat fəaliyyətini planlaşdırmaqdır. Lakin bu zaman mütləq bazarın tələbatları və zəruri maliyyə resurslarının formalaşma imkanları nəzərə alınmalıdır.
Aşağıdakı vəzifələrin həlli zamanı biznes – planın tərtibinə ehtiyac yaranır:
- 3-5 ilə müəssisənin inkişafına dair perspektiv planın hazırlanması zamanı (yeni müəssisənin təşkili);
- fəaliyyyətdə olan müəssisənin fəaliyyətinin istiqamətinin dəyişməsi;
- müəssisənin maliyyəsinin sağlamlaşdırılması və böhrandan çıxması;
- investisiya layihəsinin hazırlanması və investorların tapılması;
- kredit almaq üçün investisiya layihəsinin banka verilməsi;
- xarici bazara çıxış və xarici investisiyaların cəlb olunması;
Mövzuya daxil olan suallar:
Mövzuya daxil olan suallar:
Müəssisənin iflasının mahiyyəti, səbəbləri və mərhələləri.
Müəssisənin müflisləşməsinə səbəb olan amillər.
Iflasın əlamətləri.
Müəssisənin maliyyəsinin sağlamlaşdırılması üçün tətbiq edilən taktikanın növləri.
Ə D Ə B I Y Y A T L A R
«Iflas və müflisləşmə haqqında» AR Qanunu. Bakı 1995
I Sual: Müəssisənin iflasının mahiyyəti, səbəbləri və mərhələləri.
I Sual: Müəssisənin iflasının mahiyyəti, səbəbləri və mərhələləri.
Müəssisənin iflası – onun, kreditorların tələblərini ödəmək qabiliyyətinə malik olmaması deməkdir.
Iflasın xarici əlamətini müəssisənin cari ödənişlərinin dayandırılması təşkil edir.
Əgər kreditorlara olan borclar müəssisənin Nizamnamə fondunun 10 %-dən az olarsa, o zaman kreditorların borclu müəssisəyə olan əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir.
Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətində qeyri – bərabərlik yaranır. Rəqabət, riskli tədbirlərin həyata keçirilməsi, istehsalın səviyyəsinin aşağı düşməsi və s. hallar müəssisənin müflisləşməsinə gətirib çıxara bilər.
Yol verilən müflisləşmədə sahibkarlıq fəaliyyətindən mənfəətin itirilməsi qorxusu yaranır.
Böhranlı müflisləşmə, müəssisənin öz fəaliyyətini həyata keçirmək üçün xərclərinin kreditorların vəsaiti hesabına ödənilməsi ilə baş verir.
II Sual: Müəssisənin müflisləşməsinə səbəb olan amillər.
II Sual: Müəssisənin müflisləşməsinə səbəb olan amillər.
Müflisləşmə mənfi amillərin təsiri ilə baş verir. Mənfi amillər özü də daxili və xarici amillərə ayrılırlar.
Xarici amillərə konkret olaraq aşağıdakılar aid edilir:
Müəssisələrdə maliyyə mexanizminin ən mühüm metodlarından birini maliyyə təhlili təşkil edir. Maliyyə təhlili vasitəsilə müəssisədə iflasın (müflisləşmənin) əlamətlərini vaxtında aşkar etmək olar. Müasir dövrdə maliyyə menedcerinin əsas vəzifəsi müflisləşmənin əlamətlərini həmişə nəzarətdə saxlamaqdan ibarətdir.
Müəssisədə aşağıdakı maliyyə göstəricilərinin nisbəti də təhlil olunmalıdır:
- xalis mənfəətin müəssisənin bütün aktivlərinə (dövriyyədən kənar və dövriyyə) nisbəti;
- dövriyyə aktivlərinin bütün aktivlərə olan nisbəti;
- bütün passivlərin (öhdəçiliklərin) aktivlərin (vəsaitlər) məbləğinə nisbəti;
- nəqd pulun daxil olmasının bütün öhdəçiliklərə nisbəti;
borc vəsaitlərin xüsusi vəsaitlərin məbləğinə nisbəti.
III. Ödəmə qabiliyyətinin bərpası (itirilməsi) əmsalı.
Ö2 = cari likvidlik əmsalı hesablaşma
cari likvidlik əmsalı müəyyən olunan
IV Sual: Müəssisənin maliyyəsinin sağlamlaşdırılması üçün tətbiq edilən taktikanın növləri
IV Sual: Müəssisənin maliyyəsinin sağlamlaşdırılması üçün tətbiq edilən taktikanın növləri
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyəti həmişə risklə bağlıdır. Risk hadisəsi baş verdikdə müəssisənin maliyyəsinin sağlamlaşdırılması üçün taktikanın
Əvvəlcə, müəssisə «müdafiə» taktikasından istifadə etməlidir, yəni bir sıra təcili tədbirlər həyata keçirməlidir. Məsələn, istehsal və satışla əlaqədar xərcləri ixtisar etməli; əsas fondların və işçilərin saxlanması xərclərini azaltmalı və s.
«Müdafiə» taktikasında müəssisə aşağıdakı vəzifələri həll etməlidir:
- rentabelliyin sərhəddini müəyyən etməli;
- dolayı xərclərin xüsusi çəkisini ixtisar etməli;
- normativdən yuxarı əmtəə – mal qiymətlərini satmalı;
- təsərrüfat daxili ehtiyatları aşkarlayıb istifadə etməli;
- ümüdsiz borcları silməli;
- sair.
Müəssisədə maliyyə sağlamlaşdırılmasının ikinci taktikası olan «hücum» islahat xarakterli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu taktika müəssisədən aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir:
Müəssisədə maliyyə sağlamlaşdırılmasının ikinci taktikası olan «hücum» islahat xarakterli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu taktika müəssisədən aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir:
- xaricdən investisiyaların daxil olması (vençur kapitalı, kredit, portfel);
«Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının Qanununda müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar «Sağlamlaşdırma» maddələri də nəzərdə tutulub.
Iflasın mikro səviyyədə idarə olunmasının antiböhran sistemi müəssisədə istehsal kəskin surətdə aşağı düşdükdə tətbiq olunur.
Antiböhran idarəetmə mexanizmi aşağıdakıları nəzərdə tutur: