Ms power Point proqramında təqdimatların yaradılması Microsoft PowerPoint



Yüklə 18,39 Kb.
tarix14.12.2022
ölçüsü18,39 Kb.
#74732

MS Power Point proqramında təqdimatların yaradılması
Microsoft PowerPoint (tam adı — Microsoft Office PowerPoint) — təqdimat yaratmaq üçün istifadə olunan Microsoft Office proqramıdır, Microsoft Windows və Mac OS əməliyyat sistemlərində istifadə olunur.
Tarixi
PowerPoint-in yaradılması ideyası ilk dəfə Berkli universitetinin tələbəsi Bob Haskins tərəfindən irəli sürülmüşdür. 1987-ci ildə PowerPoint-in Apple Macintosh üçün olan ilk versiyası PowerPoint 1.0 buraxılmışdır. 1987-ci ildə PowerPoint Microsoft forması tərəfindən 14 milyon $ dəyərində alınmışdır. 1990-cı ildə Windows üçün olan versiyası yaradılmış və Microsoft Office proqram paketinə daxil edilmişdir.
Microsoft PowerPoint proqramı vasitəsilə slaydlar yaradılır və onları bir-birinin ardınca istənilən qaydada düzməklə təqdimat təşkil olunur. Təqdimat vasitəsilə qeydlər, çıxış tezisləri, reklamlar, dissertasiya, hesabat və s. məlumatlar dinləyicilərə gözəl tərtibatda çatdırılır. Təqdimatlarda qrafik redaktorların məhzullarından və multimediya vasitələrindən geniş istifadə etmək mümkündür.
MS PowerPoint proqramında təqdimatları üç üsulla yaratmaq olar: Master, Şablon və Boş Təqdimat.
Masterlərin köməyilə MS PowerPoint proqramında təqdimat yaradarkən bu işə 10 dəqiqə sərf olunur, qalan vaxt isə strukturun yaranmasına sərf olunur. Pis və ya zövqsüz işlənmiş təqdimatlar auditoriyanı tərəfindən soyuq qarşılanacaq. Baxmayaraq ki, orada rənga­rəng illüstrasiyalardan, videokliplər­dən, hiperistinadlar­dan və s. is­tifadə edilmişdir. Digər tərəfdən yaxşı düşünülmüş və sadə təqdimatlar dinləyicilərin marağına səbəb ola bilər.

Yeni slaydın yaradılması
New Создать File → New Файл → Создать Bu menyu əmri icra olunur və yeni slayd yaradılır. Bu zaman ekranın sağ tərəfində New Presentation (Создание презентации) pəncərəsində yaddaşda yerləşdirilmiş hazır Təqdimatlardan biri seçilir. Həmin Təqdimatın üzərində istənilən bir obyekt yaratmaq mümkündür. New Presentation→Slide layout (Создание презентации →Новая презентации) əmri icra edilir. Bu zaman ekranın sağ tərəfində Apply slide layout (Разметка слайда) pəncərəsi görünür. Tələbə uyğun hazır slaydlardan biri seçilir. Ekranda göründüyü kimi bu slayd üzərindəki nişanları sadəcə aktivləşdirməklə şəxsi mətn, diaqram, şəkil daxil etmək olur.
Təqdimatda əlavə düymələrdən istifadə
düyməsini basdıqda köməkçi siyahı açılır. Burada əmrlərin tam siyahısı verilmişdir. Əsas əmrlər aşağıda göstərilmişdir:

  1. Bir slayddan digərinə keçmək üçün:

a.Slayd üzərində mausun sol düyməsi basılır;
b."Enter" düyməsi basılır;
c."N" düyməsi basılır;
d.SPACE və ya üzərində ox işarəsi olan düymə basılır;
e.kontekst menyusundan Далее əmri seçilir.

  1. Əvvəlki slayda qayıtmaq üçün:

f."P" düyməsi basılır;
g."PageUp" düyməsi basılır;
h.üzərində ox işarəsi olan düymə basılır;
i.kontekst menyusundan Назад əmri seçilir.

  1. Təqdimatnın göstərilməsi rejimindən çıxmaq üçün:

"Esc" düyməsi basılır;

  1. "B" – slaydlar arasında qara ekran görünür.

  2. "W" – slaydlar arasında ağ ekran görünür.

  3. "Tab" – slaydda yerləşdirilmiş istinadlar üzərində gəzmək üçün.

  4. "Home" – Təqdimatnın birinci slaydına keçmək üçün.

  5. "End" – Təqdimatnın axırıncı slaydına keçmək üçün.

Tam yüklənmiş təqdimat slaydı 6 hissədən ibarətdir:

  • Başlıq – sənədin yuxarı hissəsində yerləşir.

  • Slaydın mətni – nömrələnmiş və ya markirovka olunmuş siyahı şəklində olur.

  • Qrafik obyekt – şəkillər, videokliplər.

  • Tarix – slaytda adətən sol aşağı küncdə yerləşdirilir.

  • Slaydın nömrəsi – bütün slaytlarda aşağıda yerləşdirilir.

PowerPoint proqramında yaradılmış fayllar 3 tip genişləndiricilərə malikdirlər:

  • Təqdimat (.ppt)

  • Şablon (.pot)

  • Demonstrasiya (.pps)

Yüklə 18,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin