Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Müalicə bədən tərbiyəsi üzrə həkimin nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı müalicə bədən tərbiyəsi üzrə həkimin vəzifə
öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir.
2.
Müalicə bədən tərbiyəsi üzrə həkim vəzifəsinə baza ali tibb təhsili olan
şəxs təyin edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarda), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada “fizioterapiya və tibbi bərpa” ixtisası üzrə peşə hazırlığı
keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin edilir.
3.
Müalicə bədən tərbiyəsi üzrə həkim Azərbaycan Respublikasının qüvvədə
olan qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin
və vəzifədən azad edilir.
4.
Müalicə bədən tərbiyəsi üzrə həkim bilavasitə müalicə bədən tərbiyəsi
şöbəsinin müdirinə, onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun
müavininə tabe olur.
5.
Müalicə bədən tərbiyəsi üzrə həkim aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.4. fizioterapiya və tibbi bərpa xidmətinin təşkili, strukturu, ştatları və təchiz
edilməsi ilə bağlı məsələləri;
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
2
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.