MÜALİCӘ Bir pәrdәli komediyadır. Әhli-mәclis 1 m ә ş ә diMill ә t--çoxdan bәri azarlamış bir kişidir



Yüklə 39 Kb.
tarix26.05.2017
ölçüsü39 Kb.
MÜALİCӘ

Bir pәrdәli komediyadır. Әhli-mәclis
1) M ә ş ә d i M i l l ә t--çoxdan bәri azarlamış bir kişidir.
2) M i r z ә M ü c a h i d--hәkimdir, özü dә and içir ki, bütün tәbabәt elmini su kimi içibdir.
Mәclis vaqe olur Mәşәdi Millәtgildә. M ә ş ә d i M i l l ә t vayıldayır.
M ә ş ә d i M i l l ә t. Vay, azara düşәn canım vay, davasız dәrdә giriftar olan bәdәnim, vay, vay!
M i r z ә M ü c a h i d. Nә olub sәnә?
M ә ş ә d i M i l l ә t. Azarlamışam, dәrdә düşmüşәm!
M i r z ә M ü c a h i d. Nәbzini görüm, azarın nәdir? (baxır). Hә, bildim sәnin azarın nәdir, ancaq qorxma, heç bir şeyin yoxdur.
M ә ş ә d i M i l l ә t. Vay, vay!...
M i r z ә M ü c a h i d. Sәhәr ertә yerdәn duranda könlün bulanmır ki?
M ә ş ә d i M i l l ә t. Yox!
M. M ü c a h i d. Gәrәk bulanmasın.... Axşam çay içәndәn sonra qusmağın tutmur ki?
M. M i l l әt . Heç çay içә bilirәm ki ... vay!
M. M ü c a h i d. Gәrәk içә bilmәyәsәn ... hә, ürәyin xiyar istәyirmi?

M. M i l l ә t. İstәyir!
M. M ü c a h i d. Gәrәk istәsin!... Durduğun yerdә gözün qaralırmı?
M. M i l l ә t. Bәli, qaralır!
M. M ü c a h i d. Bәs, gәrәk qaralsın.... Badımcan dolması ilә aran necәdir?
M. M i l l ә t. Adını çәkmә, qusaram!
M. M ü c a h i d. Gәrәk qusasan.... Gündә neçә dәfә ayaqyoluna gedirsәn?

M. M i l l ә t. Heç ayaqyoluna getmirәm!
M. M ü c a h i d. Gәrәk getmәyәsәn.... Mәnim rәhmәtlik atamı tanıyırdın?
M. M i l l ә t. Yaxşı tanıyırdım.
M. Mücahid. Gәrәk yaxşı tanıyasan.... Hәbbi-sәlatin versәm içәrsәnmi?
M. M i l l ә t. İçә bilmәrәm!
M. M ü c a h i d. Gәrәk içә bilmәyәsәn.... Başın altına qoyduğun nәdir?
M. M i l l ә t. Pul kisәsidir....
M. Mücahid. Gәrәk pul kisәsi olsun.... Balıq yağının içinә bir az şәkәr töküb, içinә tüpürsәm ağzına ala bilәrsәnmi?
M. M i l l ә t. Yox, iyrәnirәm!
M. M ü c a h i d. Gәrәk iyrәnәsәn.... O kisәnin içindәki puldan mәnә verә bilәrsәnmi?
M. M i l l ә t. Götür yarısı sәnin olsun.
M. M ü c a h i d. (Pulu götürәndәn sonra) Gәrәk yarısı mәnim olsun.
Azarlının yanında hәkimin çox oturmağı yaxşı deyil. Gedirәm, xudahafiz! Amma heç qorxma, bir neçә gündәn sonra ayağa durarsan (gedir).
M ә ş ә d i M i l l ә t. Ay, başım töküldü, ay qarnım çatladı, ay qıçlarım sındı, ay, gözlәrim çıxdı, ay, beynim burnumdan gәldi, ay, vay, haray, hәkim hәkim hәkim!...

Pәrdә salınır.


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə